Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Özbəkistanda qədim freskalar tapılıb

Özbəkistanda qədim freskalar tapılıb

12.11.2025 [20:34]

Özbəkistanın Kanka yaşayış məntəqəsində yerləşən böyük bir karvansaranın ərazisində qədim freskalar aşkar edilib.

AZƏRTAC Özbəkistan Elmlər Akademiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, karvansara qədim şəhərin cənub qapısından təxminən 60 metr məsafədə yerləşir və ümumi ölçüləri təxminən 100x70 kvadratmetrdir. Bina memarlıq əzəməti ilə seçilir.

Karvansara otaqlarından birində aparılan qazıntılar zamanı divarlardan düşmüş freska parçaları tapılıb. Bu tapıntılar göstərir ki, ərəb işğalından sonra müvəqqəti olaraq yoxa çıxan divar rəsmləri sənəti X-XI əsrlərdə Daşkənd bölgəsində yenidən canlanıb.

Arxeoloji məlumatlara görə, oxşar rəsmlər Səmərqənd və Axsikent abidələrində də aşkar edilib. Bu rəsmlərin Mədəni İrs Agentliyinin Səmərqənd Arxeologiya İnstitutunun bərpaçılarının iştirakı ilə apardığı tədqiqi Daşkənddə də divar rəsmləri məktəbinin mövcudluğunu göstərir. 2023-cü ildə ərazidə aparılan arxeoloji tədqiqatlar zamanı V-VII əsrlərə aid divar rəsmləri aşkar edilmişdi. Kankadakı kəşf təkcə bölgədəki mədəni həyatı və divar rəsmləri sənətinin inkişafını anlamaq üçün deyil, həm də Daşkənd bölgəsinin orta əsrlər tarixini öyrənmək baxımından əhəmiyyətlidir.

Paylaş:
Baxılıb: 48 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30