19-cu sənədin davamı...
25.04.2026 [09:54]
Yeni sənədə 120 fiziki və hüquqi şəxs daxil edilib
Rusiyanın Ukraynaya qarşı hücumlarının gücləndiyi bir vaxtda Kiyevin müttəfiqləri və tərəfdaşları Moskvaya təzyiq üçün müxtəlif addımlar atırlar. Belə addımlardan biri də Rusiyaya qarşı sanksiyaları daha da genişləndirməkdir. Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrinin səfirlərinin toplantısında 20-ci sanksiyalar paketinin qəbul olunması bunun növbəti göstəricisidir.
Rusiyanın enerji sektoruna qarşı məhdudiyyətlər artıb
Avropa Komissiyası Rusiyaya qarşı 20-ci sanksiya paketini fevralın 24-dək təsdiqləməyi planlaşdırsa da, buna nail ola bilməmişdi. Fikir ayrılığı Rusiya neft ixracında iştirak edən xarici limanlara və banklara qoyulan məhdudiyyətlərlə bağlı idi. Nəhayət, Aİ üzvləri ortaq məxrəcə gələrək sənədi qəbul ediblər. 20-ci sanksiyalar paketi Moskvaya təzyiqi artırmaq və onun Ukraynaya qarşı hərbi əməliyyatları davam etdirmək imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır. Avropa Komissiyasının yaydığı məlumata görə, Aİ Ukraynanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə sarsılmaz sadiqliyini qoruyur. Gözlənildiyi kimi, yeni tədbirlər paketi Rusiyanı Kiyev üçün məqbul şərtlərlə danışıqlara sövq etməlidir.
Sanksiyalar məhdudiyyətlərdən yayınmaya qarşı mübarizəyə aydın şəkildə istiqamətlənib və enerji sektorunu, maliyyə xidmətlərini, ticarəti, eləcə də informasiya məkanını əhatə edir. İlk dəfə olaraq sanksiyalardan yayınmağa qarşı xüsusi mübarizə mexanizmi aktivləşdirilib. Belə ki, paket çərçivəsində Rusiyanın enerji sektorunun 36 şirkətinə, o cümlədən neftin kəşfiyyatı, hasilatı, emalı və nəqlində iştirak edən müəssisələrə qarşı məhdudiyyətlər tətbiq edilib. Aİ həmçinin “kölgə donanması” adlandırılan donanmaya qarşı tədbirləri genişləndirib: sanksiya siyahısına daha 46 gəmi daxil edilib, bununla da onların ümumi sayı 632-yə çatıb. Əlavə olaraq, Aİ-dən Rusiyaya tanker satışına məhdudiyyətlər tətbiq edilib və müqavilələrə onların Moskvanın maraqları naminə istifadəsinin yolverilməzliyini nəzərdə tutan şərtin daxil edilməsi məcburi edilib. Murmansk və Tuapsedəki Rusiya limanları, eləcə də İndoneziyadakı Karimun neft terminalı da sanksiyalara məruz qalıb. Perspektivdə G7 tərəfdaşları ilə razılaşdırıldıqdan sonra Rusiya nefti və neft məhsullarının daşınması üçün dəniz xidmətlərinin göstərilməsinə qadağa qoyulması planlaşdırılır.
Sənəddə maliyyə məhdudiyyətləri də əksini tapır. Aİ 20 Rusiya bankları ilə əməliyyatlara qadağanı genişləndirərək, məhdudlaşdırılmış maliyyə müəssisələrinin ümumi sayını 70-ə çatdırıb. Həmçinin, sanksiyalardan yan keçməyə kömək edən üçüncü ölkələrdəki banklara qarşı tədbirlər tətbiq edilib. İlk dəfə olaraq mərkəzləşdirilməmiş platformalar da daxil olmaqla, Rusiya kripto-xidmətləri ilə əməliyyatlara tam qadağa tətbiq edilib. Məhdudiyyətlər rəqəmsal rubl layihəsi də daxil olmaqla, rəqəmsal maliyyə alətlərinə də şamil edilir.
Ticarət və hərbi-sənaye kompleksinə gəlincə, paketə dəyəri 365 milyon avrodan çox olan mallara yeni ixrac məhdudiyyətləri, eləcə də 530 milyon avrodan çox məbləğdə idxal qadağaları daxildir. Məhdudiyyətlər Rusiya hərbi-sənaye kompleksini sarsıtmağa yönəlib. Hərbi məhsulların, o cümlədən dronların istehsalında iştirak edən 58 şirkət və onlarla əlaqəli şəxslər sanksiyalara məruz qalıb. Siyahıya, həmçinin Çin, BƏƏ və Qazaxıstan da daxil olmaqla, üçüncü ölkələrdən olan təchizatçılar daxil edilib.
Sanksiyalardan yayınanlarla mübarizə güclənəcək
Sənəddə sanksiyalardan yayınmağa qarşı mübarizə də nəzərdə tutulur. Belə ki, Aİ ilk dəfə olaraq Qırğızıstana qarşı sanksiyalardan yayınmaya qarşı mübarizə mexanizmini işə salaraq, onu sanksiya tətbiq edilmiş malların Rusiyaya sistemli şəkildə təkrar ixracında ittiham edib. Ümumilikdə, yeni paketə 120 fiziki və hüquqi şəxs daxil edilib. Onlara qarşı aktivlərin dondurulması və maliyyə resurslarının təqdim edilməsinə qadağa, fiziki şəxslər üçün isə həmçinin ölkəyə giriş qadağası tətbiq edilir.
Aİ, qadağan olunmuş medianın “güzgü” saytlarının bloklanması da daxil olmaqla, Rusiya təbliğatının yayılmasına qarşı tədbirləri gücləndirib. Həmçinin, Rusiya tərəfindən Aİ-dəki elmi və tədqiqat layihələrinin maliyyələşdirilməsinə qadağa tətbiq edilib. Paketin ayrı-ayrı əsasnamələri, ticarət, maliyyə və xidmətlər sahələrindəki tədbirlər də daxil olmaqla, Belarusa da şamil edilir. Avropa Komissiyası bəyan edib ki, sanksiya təzyiqi hərbi əməliyyatlar dayandırılana, eləcə də Rusiya-Ukrayna münaqişəsinin siyasi həlli əldə olunana qədər qorunub saxlanılacaq və gücləndiriləcək.
20-ci sanksiyalar paketinin qəbulundan sonra Aİ bu yöndə növbəti sənədin hazırlanmasını nəzərdə tutur. Aprelin 21-də Lüksemburqda Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin iclasında Rusiyaya qarşı sanksiya təzyiqinin artırılmasının zəruriliyi ilə bağlı razılıq əldə olunub. Nazirlər artıq 21-ci paket üzərində də işə başlamağı təklif ediblər. Bu da təsadüfi deyil. Çünki ötən ilin noyabrında Kiyevdə ABŞ, Böyük Britaniya və Avropa İttifaqı ölkələri də daxil olmaqla 21 dövlətin nümayəndələrinin iştirakı ilə keçirilən ilk “sanksiyalar” sammitində Rusiyaya qarşı beynəlxalq sanksiya koalisiyasının gücləndirilməsi qərara alınıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09

