Sabitliyin və yüksək etimadın göstəricisi
25.04.2026 [10:35]
Son 20 ildə Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 170 milyard dolları ötüb
Prezident İlham Əliyev Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı ölkə iqtisadiyyatına yatırılan investisiyalardan bəhs edərkən bildirib ki, son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan çox investisiya yatırılıb və həmin sərmayələrin təqribən 170 milyard dolları xarici investisiyalardır. Dövlət başçısı sərmayə qoyuluşlarında bir sıra mühüm amillərin, o cümlədən dayanıqlı sabitlik, əhatəli islahatlar, güclü iqtisadi iradə və s. faktorların rol oynadığını xatırladıb.
Ölkəmizdə əlverişli və sağlam investisiya iqliminin mövcud olduğunu deyən Milli Məclisin deputatı Vüqar Bayramov hesab edir ki, sahibkarlar üçün vergi yükünün optimallaşdırılması, bölgələrdə, o cümlədən azad ərazilərdə və Naxçıvanda yerli və xarici investorlar üçün müxtəlif güzəşt və iqtisadi stimulların verilməsi sərmayə qoyuluşlarının artmasında mühüm rol oynayır. Millət vəkili iqtisadi idarəetmədə elektron xidmətlərin genişlənməsinin və şəffaflığın artırılmasının da sərmayə axıcılığı üçün əlverişli stimullar yaratdığını qeyd edib. Eyni zamanda, investisiya mühitinin yaxşılaşdırılması sayəsində qeyri-neft sektoruna qoyulan xarici investisayaların da həcminin artdığını vurğulayıb.
Sağlam və münbit investisiya mühiti
Müstəqilliyi qazandıqdan etibarən Azərbaycan xarici investorlarla əməkdaşlığa xüsusi önəm verərək dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atıb. Eyni zamanda, sərmayə qoyuluşlarının artmasında ən mühüm amillərdən biri ölkədə güclü sabitlik arxitekturası möhkəmlənib, sağlam və münbit investisiya mühiti təmin edilib. İnvestorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər fəaliyyət şəraitinin yaradılması, “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyaların qorunması haqqında” qanunların qəbul edilməsi, Rəqabət Məcəlləsinin qüvvəyə minməsi sərmayə cəlbediciliyini artırıb.
Azərbaycan hökumətinin bir sıra xarici ölkələrlə ikiqat vergi tutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalaması da investisiya qoyuluşunu təşviq edib. Ölkəmiz beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq çərçivəsində 30-dək ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalayıb ki, həmin dövlətlərin investorlarının ölkəmizin iqtisadiyyatında potensial sərmayədar kimi xüsusi payı artmağa başlayıb.
Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı “İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamının icrası, həyata keçirilən digər hüquqi və institusional islahatlar da sərmayə axıcılığının davamlılığını təşviq etməkdədir.
Nəticədə, 2003-2025-ci illər ərzində ölkə iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcmi təxminən 350 milyard dolları ötüb ki, onun 170 milyard dolları xarici investisiyalardır. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir.
Azad ərazilərdə sərmayəçilər üçün güzəştlər
Ölkəmizin ərazi bütövlüyü təmin olunandan sonra Azərbaycanın səyləri ilə regionda uzunmüddətli sülh, sabitlik və dayanıqlı inkişafın əsası qoyulub. Hazırda Azərbaycan xarici siyasətində artıq iqtisadi diplomatiyaya üstünlük verərək diqqətini yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, qeyri-neft sahələrinin, xüsusilə də ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir.
Müasir inkişaf gündəliyində əsas prioritetlərdən biri isə müasir texnologiyalar, süni intellekt və “yaşıl enerji” sahələrinə investisiyaların cəlb olunmasıdır. Resurs zənginliyi ilə diqqəti cəlb edən işğaldan azad edilmiş ərazilərə xarici investorların marağı böyük olduğundan çoxsaylı iqtisadi stimullar, güzəştlər tətbiq olunmaqdadır. Dövlət başçısının “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamına əsasən, azad ərazilərdə uçotda olan və fəaliyyət göstərən sahibkarlıq subyektləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən, eləcə də sosial vergilərdən azad olunublar ki, bu amil həmin bölgəyə xüsusi axınları sürətləndirəcək.
Eləcə də, Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir. Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır. Gələcək illərdə, xüsusilə də Zəngəzur koridorunun işə düşməsi ilə bu göstəricinin daha da artması gözlənilir. Nəticədə, bu amillər xarici şirkətlərin fəaliyyəti və sərmayələrini daha da təşviq edəcək.
Azərbaycanın investisiya reytinqi “BBB” səviyyəsinə yüksəlib
Məhz bu tədbirlər sayəsində Azərbaycanın beynəlxalq miqyasda investisiya cəlbedicliyi yüksəlib. “Standart & Poor’s” və “Moods” reytinq agentlikləri Azərbaycanın investisiya və kredit reytinqini artıraraq “BB+” səviyyəsinə qaldırıb. Eyni zamanda, “Fitch Ratings” agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren investisiya reytinqini “pozitiv” proqnozu ilə “BBB” səviyyəsində təyin edib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan inkişaf etmiş ölkə kimi dünyanın aparıcı investitorlarının daim diqqət mərkəzindədir.
Beynəlxalq Valyuta Fondu (BVF) dünya ölkələrində investisiya cəlbedicliyi mühiti ilə bağlı hesabatında Azərbaycanı ən yaxşı ölkələr qrupunda qərarlaşdırıb. Belə ki, ölkəmiz ən yaxşı investisiya mühitinə malik “Top-7”qrupunda yer alıb. BVF-nin reytinqində xarici investorlar üçün əlverişli münbit iş şəraitinin yaradılması, bütün hüquqi təminatlarla əhatə olunması təqdir edilir.
Hazırda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin sayı 7 mindən artıqdır. Təkcə, 2025-ci ildə Azərbaycanda qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin təxminən 900-ü xarici investisiyalı şirkət olub. Bu, ölkəmizdə müasir korporativ idarəetməyə əsaslanan, rəqabətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına mühüm töhfədir.
2026-ci ildə investisiya fəallığı davam edir
Azərbaycan iqtisadiyyatına daxili və xarici kapital qoyuluşlarında artım dinamikası 2026-ci ilin birinci rübündə də davam edib. Yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyard 49,8 milyon manat və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 44,6 faiz, qeyri neftqaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 2,2 faiz çox olub. Ümumi sərmayənin 2 milyard 286,6 milyon manatı və ya 56,5 faizi məhsul istehsalı sahələrinin, 1 milyard 252,8 milyon manatı (30,9 faizi) xidmət sahələrinin, 510,4 milyon manatı (12,6 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 34,3 faizi dövlət, 65,7 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 72,2 faizini təşkil edib.
Xarici maliyyə mənbələrindən əsas kapitala 1 milyard 125,5 milyon manat məbləğində investisiya yatırılıb ki, bu da 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 17 faiz çoxdur. Xarici investisiyaların 941,3 milyon manatı neft-qaz sektoru, 184,2 milyon manatı isə qeyri-neft-qaz sektoru üzrə həyata keçirilib.
Azərbaycana yatırılan birbaşa xarici investisiyalar yatıran ölkələrin sırasında Böyük Britaniya,Türkiyə, Cənubi Kipr, İsveçrə, BƏƏ, Rusiya, ABŞ, Yaponiya, Macarıstan, Fransa və Hindistan sərmayədarlarının payı artıb.
Hazırda Azərbaycan tərəfdaş ölkələrlə, eyni zamanda biznes sektoru öz partnyorları ilə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, qabaqcıl ideyaların və layihələrin tətbiqi və yeni investisiyaların cəlb olunması sahəsində təmasları daha da artırmaqdadır. Bu, Azərbaycan iqtisadiyyatına sərmayə yatırımlarının davamlılığını təmin etməklə, xarici biznesin fəallığını daha da gücləndirəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09

