Bakı - Pekin: qarşılıqlı inam, etimad və inkişaf prioritetləri
25.04.2026 [11:53]
Azərbaycan ilə Çin arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir
XXI əsrin siyasi-iqtisadi çağırışları bərabərtərəfli əməkdaşlıq, sülh və sabitlik, beynəlxalq hüquqa hörmət kimi ali prinsiplərlə tənzimlənir. Yeni dövrdə, xüsusilə regional ələqalərin inkişafı, qitələrarası inteqrasiyanın gücləndirilməsi, sivilizasiyalararası dialoqun yüksəldilməsi əsas prioritet kimi ön plana çıxır. Strateji əməkdaşlığın əsas formulu sayılan bu prinsiplər bütövlükdə geosiyasi mənzərənin aydın və əməkdaşlığa hədəflənən ştrixlərini özündə birləşdirir. Nəticə etibarı ilə, bu formul üzərindən inkişaf edən əməkdaşlıqlar qısa zaman kəsiyində oturuşmuş ikitərəfli əlaqələrə çevrilir - yeni nizamın mühüm bir parçası kimi qəbul olunur. Bu münasibətlər isə paralel olaraq həm siyasi, həm də iqtisadi meyarları ən üst səviyyəyə qaldırır. Son bir neçə ildə əsaslı bir mərhələ adlayan, özündə kompleks inkişaf imkanlarını əks etdirən Azərbaycan-Çin münasibətləri də məhz bu kontekstdə tənzimlənir.
Strateji tərəfdaşlıqdan hərtərəfli strateji tərəfdaşlığa...
Xüsusilə 2024-cü ilin iyulunda və ötən ilin aprelində imzalanmış strateji əlaqələrin qurulması və inkişaf etdirilməsi ilə bağlı bəyanatlar ikitərəfli münasibətlərə yeni nəfəs, yeni şəkil qazandırıb. İmzalanan sənədlər, müzakirə edilən məsələlər, o cümlədən, proqnozlaşdırılan geniş əməkdaşlıq sferası mühüm bir regionda gələcək onilliklərin iqtisadi xəritəsini müəyyənləşdirir. Ötən il aprelin 23-də imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” isə ikitərəfli əməkdaşlıqda yeni səhifə açıb. Bu sənəd strateji tərəfdaşlıq səviyyəsinin ən yüksək səviyyədə inkişafına - Azərbaycan və Çinin genişmiqyaslı layihələr həyata keçirməsinə, vizasız rejimin tətbiqinə yol açıb, əməkdaşlıq isə siyasət və iqtisadiyyatdan humanitar mübadiləyə qədər getdikcə daha çox sahəni əhatə edir. Çinin Azərbaycandakı səfiri Lu Meyin mediaya müsahibəsində səsləndirdiyi kimi, hərtərəfli strateji tərəfdaşlığın qurulduğunun elan edilməsi Çin-Azərbaycan münasibətlərində yeni tarixi səhifə açıb. Səfir bildirib ki, iki ölkə liderinin əldə etdiyi konsensusu rəhbər tutaraq, hər iki tərəf siyasi qarşılıqlı etimadı dərinləşdirib, əməkdaşlıq potensialını üzə çıxarıb, insanlar arasında qarşılıqlı anlaşmaya töhfə verib və Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığını yeni tammiqyaslı inkişaf mərhələsinə yüksəldib.
İkitərəfli əlaqələrdə lider amili...
Vurğulandığı kimi, iki ölkə arasında son illərdə siyasi dialoq, iqtisadi tərəfdaşlıq əlaqələri genişlənir - üst-üstə düşən maraqlar, uzlaşan mövqelər yaxın təmaslar və xüsusilə də dövlətlərarası münasibətlərin formalaşmasında və inkişafında liderlərin şəxsi münasibətləri mühüm rol oynayıb. İki ölkənin rəsmiləri arasında səfərlər intensivləşib, bütün sahələr üzrə danışıqlar və razılaşmalar dinamik xarakter alıb. Çinin Sədri Si Cinpin ikitərəfli münasibətlərin yüksək dinamika ilə inkişafında Azərbaycan Prezidentinin rolunu həmişə yüksək dəyərləndirib və cənab İlham Əliyevi Çinin böyük dostu adlandırıb. Beləliklə, dinamik və işgüzar xarakter daşıyan bu əlaqələr yeni mərhələdə yeni müstəviyə qədəm qoyur. Eyni zamanda, dövlət başçılarının üzbəüz görüşləri, telefon danışıqları, məktub mübadiləsi, beynəlxalq tədbirlərdəki təmaslar əsasında formalaşmış sıx dialoqu, qarşılıqlı hörmət və etimadı Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrdə dərinləşməsində əvəzsiz rol oynayır. Səfir də qeyd edib ki, ikitərəfli mübadilələr getdikcə mütəmadi xarakter alır. Prezident İlham Əliyevin 2025-ci ilin aprel ayında Çinə dövlət səfərindən sonra Azərbaycan lideri Tyantszində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində və Çin xalqının Yaponiya işğalçılarına qarşı Müqavimət Müharibəsində və faşizmə qarşı müharibədə Qələbənin 80-ci ildönümünün qeyd olunmasında iştirak etmək üçün 30 avqust - 3 sentyabr tarixlərində Çində ikinci dəfə səfərdə olub.
Suverenlik prinsipi qorunur və tanınır...
Azərbaycan və Çn dövlətləri ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət prinsipini daim yüksək dəyərləndiriblər. Bunun nəticəsidir ki, Bakı hər zaman “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır - Azərbaycan istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin Hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir. Çin tərəfi də öz növbəsində Azərbaycan tərəfinin cənubi Qafqazın inkişafı üçün təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir. Qeyd edək ki, “Tayvan problemi” uzun illərdir ki, davam edir və məsələ ilə bağlı Azərbaycanın mövqeyi birmənalıdır - Bakı “vahid Çin” siyasətini dəstəkləyib. Səfir müsahibəsində bu məqama toxunaraq qeyd edib ki, siyasi qarşılıqlı etimad daim möhkəmlənir. Prezident İlham Əliyev Çin hökumətinin milli birliyə yönəlmiş bütün səylərinə dəstəyini aydın şəkildə bildirib. Azərbaycan tərəfi dəfələrlə vahid Çin prinsipinə sadiqliyini təsdiqləyən və Tayvanın müstəqilliyinin tərəfdarı olan separatçı qüvvələri pisləyən bəyanatlar verib: “Çin və Azərbaycan, Qlobal Cənub ölkələri olaraq, BMT, ŞƏT və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) kimi çoxtərəfli mexanizmlər çərçivəsində səmərəli əməkdaşlıq edir, birlikdə həqiqi multilateralizmi tətbiq edir və beynəlxalq bərabərliyi və ədaləti müdafiə edirlər”.
Praqmatik əməkdaşlığın nəticələri ...
İki ölkə arasında iqtisadi-ticari əlaqələr də yüksək səviyyədədir. Ötən il Çin və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 4,87 milyard ABŞ dollarına çataraq ardıcıl üçüncü dəfə rekord nümayiş etdirib və yüksək artım tempini qoruyub. Bu ilin əvvəlində Çin ilk dəfə Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşına çevrilib. Bu ilin yanvar-fevral aylarında iki ölkə arasında ikitərəfli ticarətin dəyəri 780 milyon ABŞ dollarına çatıb. İki tərəf arasında iqtisadi münasibətlərin tarixi nöqtəyə çatmasını Çin səfiri də müsahibəsində vurğulayıb. O bildirib ki, Çin və Azərbaycan “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılması üzərində birlikdə çalışır, Trans-Xəzər marşrutu üzrə Çin-Avropa dəmir yolu xətti isə Orta Dəhliz vasitəsilə əsas mal tədarükünü təmin edir və qlobal istehsal və təchizat zəncirinin sabitliyinin qorunmasında mühüm rol oynayır. Səfir qeyd edib ki, Prezident İlham Əliyevin cari ilin əvvəlində mətbuata müsahibəsində qeyd etdiyi kimi, Çinlə praqmatik əməkdaşlıq Azərbaycanın strateji qərarı olub və layihələrin icra peşəkarlığı, keyfiyyəti və sürəti bu seçimin düzgünlüyünü təsdiqləyir. Eyni zamanda, Azərbaycan Çinin altı şəhərində ticarət evləri açıb, “Made in Azerbaijan” brendi altında getdikcə daha çox keyfiyyətli mallar Çin bazarına daxil olur və istehlakçılar arasında böyük populyarlıq qazanır.
Münasibətlərdə Orta Dəhliz amili...
İkitərəfli əlaqələrdə Orta Dəhliz amili isə xüsusi əhəmiyyət daşıyır. Orta Dəhliz vasitəsilə Şərq-Qərb ticarət yolunun ən aparıcı logistik mərkəzlərindən sayılan Bakı yeni dövrdə bu əlaqələrin şaxiləndirilməsinə də töhfə verir. Çin regional bağlantının gücləndirilməsi, regional iqtisadi inkişafa töhfə verilməsi və qlobal istehsal və təchizat zəncirinin sabitliyinin təmin edilməsində “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu”nun (TBNM) mühüm roluna böyük əhəmiyyət verir. Səfir bildirib ki, 2025-ci ildə TBNM üzrə yükdaşımaların həcmi yeni rekord səviyyəyə çataraq 4,7 milyon ton olub. Bu ilin birinci rübündə Trans-Xəzər marşrutu üzrə Çin-Avropa yük qatarları (Sian) ilə ümumilikdə 85 qatar yola salınıb ki, bu da illik müqayisədə 150 % faiz artım deməkdir: “Çin Azərbaycan tərəfi ilə birlikdə “Bir kəmər, bir yol” layihəsini həyata keçirməyə davam edəcək və TBNM-in ötürmə qabiliyyətini artıracaq. Onu da vurğulamaq istəyirəm ki, Çin iki ölkə arasında yol əlaqəsini və transsərhəd nəqliyyat əməkdaşlığını yeni səviyyəyə çıxarmaq üçün Azərbaycanla avtomobil daşımaları üzrə hökumətlərarası beynəlxalq sazişlərin imzalanmasına fəal şəkildə töhfə verməyə hazırdır”.
Yaşıl enerji gündəliyi dəstəklənir
İkitərəfli əlaqələrdə yaşıl gündəlik də mühüm əhəmiyyət daşıyır. İmzalanan strateji tərəfdaşlıq sənədlərində tərəflərin iqlim dəyişikliyi ilə mübarizədə, o cümlədən “yaşıl” enerji sahəsində əməkdaşlığa, iki ölkənin müəssisələrini yeni enerji mənbələrinə əsaslanan yeni istehsal, enerjinin saxlanması, yeni enerji daşıyıcıları, elektrik enerjisinin ötürülməsi, enerjiyə qənaət və emissiyaların azaldılması və s. kimi yaşıl və aşağı karbonlu texnologiyalar sahələrində əməkdaşlığı dərinləşdirməyə təşviq etməyə, təmiz enerji sahələrində əməkdaşlıq üçün qlobal tərəfdaşlığın qurulmasını birgə təşviq etməyə hazır olduqları xüsusi şəkildə bildirilir. Çinin səfiri də vurğulayıb ki, bərpa olunan enerji mənbələri (BOEM) sahəsində əməkdaşlıq Çin və Azərbaycan arasında praqmatik əməkdaşlığın mühüm istiqamətidir. İki ölkənin yaşıl inkişaf konsepsiyaları əhəmiyyətli dərəcədə üst-üstə düşür: “Məhz Çin texnologiyaları və avadanlıqları Azərbaycanın yaşıl inkişafa nail olmasına imkan yaradır. Çin və Azərbaycan arasında BOEM sahəsində əməkdaşlıq səmərəli nəticələr verib. Çin kapitalının iştirakı ilə fəaliyyət göstərən müəssisələr fotovoltaik və külək enerjisi üzrə irimiqyaslı əməkdaşlıq layihələrinin həyata keçirilməsinə qoşulub və bir sıra mühüm nəticələr əldə edib”.
2023-cü ilin oktyabrında Çin şirkəti tərəfindən Qobustanda inşa edilmiş 230 meqavat gücündə günəş elektrik stansiyası elektrik enerjisi istehsalı üçün Azərbaycanın enerji şəbəkəsinə uğurla qoşulub. Bu, Çinin Azərbaycanda BOEM sahəsində iştirak etdiyi ilk irimiqyaslı layihə sayılır. 2025-ci ilin iyununda Mingəçevirdə Çin şirkətlərinin iştirakı ilə inşa edilmiş Azərbaycanın ən böyük istilik elektrik stansiyası “8 Noyabr” istismara verilib. Prezident İlham Əliyev bu layihəni “beynəlxalq əməkdaşlığın yaxşı nümunəsi” adlandırıb. 2026-cı ilin yanvarında Çin şirkəti tərəfindən həyata keçirilmiş “Xızı-Abşeron” külək enerjisi layihəsini də vurğulamaq yerinə düşər - bu, Cənubi Qafqaz regionunda ən böyük külək enerjisi layihəsidir.
Süni intellekt sahəsi üzrə əməkdaşlıq
Azərbaycan hər zaman müasir innovativ çağırışları nəzərə alıb - yeni dövrün aparıcı komponentlərindən birinə çevrilən süni intellekt sahəsinin inkişafı yeni prioritetlər sırasına qədəm qoyub. Ötən il Prezident İlham Əliyev iərəfindən imzalanan “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası” və “ Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncam da bunları təsdiqləyir. Çinin bu sahədə xüsusi inkişaf tempi əldə etməsi isə sözügedən müstəvidə ikitərəli münasibətləri yaxınlaşdırır. Qeyd edək ki, Çin hazırda süni intellekt sahəsində patentlərin sayına görə dünyanın ən böyük ölkəsidir. Ölkədə süni intellektin əsas bazar həcmi 1,2 trilyon yuanı (165,5 milyard ABŞ dolları - red.) ötüb, müvafiq sahə üzrə müəssisələrin sayı isə 6200-dən çoxdur ki, bu da onu qlobal intellektual transformasiyanın əsas hərəkətverici qüvvəsinə çevirir. Səfir deyib ki, Çin tərəfi Azərbaycan tərəfi ilə süni intellekt sahəsində qabaqcıl texnologiyaları və inkişaf təcrübəsini bölüşməyə, siyasi tədbirlər üzrə mübadilə, texniki dəstək, kadr hazırlığı və birgə tədqiqatlar vasitəsilə texnologiya sahəsində potensialı gücləndirməyə, rəqəmsal uçurumun aradan qaldırılmasına kömək etməyə, birlikdə parlaq “rəqəmsal gələcəyə” və “ağıllı gələcəyə” doğru irəliləməyə hazırdır.
İkitərəfli qaydada viza rejiminin ləğvi cəmiyyətləri daha da yaxınlaşdırır
İkitərəfli münasibətlərdə ən aparıcı məqamlardan biri qarşılıqlı vizasız rejimin tətbiqidir. Çinin ölkəmizə qarşı yanaşmasında sərgilədyi əməkdaşlıq mövqeyi Bakının regional lider statusu ilə uzlaşır. Azərbaycan dünyaya açıq bir ölkədir - biz bərabərhüquqlu tərəfdaşlığı, investisiya mühitinin inkişafını, cəmiyyətlərarası inteqrasiyanı gücləndirməyi təşfiq edirik və bu yöndə addımlar atırıq. Viza rejiminin ləğvi ölkələrimiz arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə müsbət təsir göstərir - turistlərlə yanaşı, biznes dairlərinin nümayəndələri üçün də gediş-gəliş daha da asanlaşır ki, bu da nəzərdə tutulan layihələrin sürətlə həyata keçirilməsi anlamına gəlir. Viza rejiminin ləğvinin müsbət nəticələrindən biri də, heç şübhəsiz ki, xalqlar arasında daha sıx əlaqələrin qurulması, mədəni-humanitar, təhsil sahələrində əməkdaşlığın güclənməsidir. Cəmiyyətlərin yaxınlaşması isə dövlətlərarası münasibətlərin təməl sütunlarından biridir. Çin səfiri də bildirib ki, vizasız rejim sayəsində hər iki ölkədən olan turistlərin qarşılıqlı səfərlərinin dinamikasında davamlı artım müşahidə edilir. Azərbaycan ənənə və müasirliyi, eləcə də Şərq və Qərb mədəniyyətlərini birləşdirən unikal cazibəsi ilə getdikcə daha çox sayda çinli turist cəlb edir. İçərişəhər, Qobustan qayaüstü rəsmləri, Heydər Əliyev Mərkəzi və digər məkanlar yeni populyar turizm istiqamətlərinə çevrilib. 2025-ci ildə 60 mindən çox Çin vətəndaşı Azərbaycana səfər edib ki, bu da rekord göstəricidir.
Aviareyslərin sayının artırılmasına gəldikdə, bu gün “China Southern Airlines” və “Azerbaijan Airlines” aviaşirkətləri Pekin, Urumçi və Bakı arasında həftədə ondan çox birbaşa reys həyata keçirir. Bu isə iki ölkə əhalisinin səfərlərini əhəmiyyətli dərəcədə asanlaşdırır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09

