Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Almaniya: CDU ilk dəfə hər hansı əyalət parlamentində təmsilçilik hüququ qazana bilməyib

Almaniya: CDU ilk dəfə hər hansı əyalət parlamentində təmsilçilik hüququ qazana bilməyib

21.09.2026 [11:41]

Almaniyada sentyabrın 20-də iki federal əyalətdə - paytaxt Berlində və Meklenburq-Ön Pomeraniyada keçirilən seçkilərdə səslərin böyük əksəriyyəti artıq açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Berlində yerli qanunverici orqan olan Deputatlar Evinə seçkilərin ilkin nəticələrinə əsasən, 5 partiya Deputatlar Evində təmsilçilik hüququ qazanıb. Belə ki, əsas namizədi Türkiyə əsilli Elif Eralpın olduğu Sol Partiya 25,6 faiz səslə liderdir. Xristian Demokratlar İttifaqı (CDU) 18,9 faiz səslə ikinci, Almaniya üçün Alternativ (AfD) partiyası 16,1 faizlə üçüncü sıradadır. Yaşıllar Partiyası səslərin 14,3 faizini, Sosial Demokratlar Partiyası (SPD) 12,1 faizini toplayıb. Sahra Vaqenknext İttifaqı (BSW) isə (4,7 faiz) və Azad Demokratlar Partiyası – FDP (2,6 faiz) 5 faizlik həddi keçə bilməyib. Digər partiyalar isə ümumi səslərin 5,1 faizinə sahib olublar. Bu nəticə ilə 159 yerlik Deputatlar Evində Sol Partiya 47, CDU 35, AfD 29, Yaşıllar 26, SPD isə 22 mandat qazanır.

Sol Partiyanın əsas namizədi Elif Eralp qurulacaq koalisiya hökumətinə rəhbərlik edəcəyi təqdirdə Berlinin miqrant əsilli ilk bələdiyyə sədri olacaq.

Meklenburq-Ön Pomeraniya əyalətində keçirilən seçkilər Kansler Fridrix Mertsin lideri olduğu CDU üçün ağır məğlubiyyətlə başa çatıb. Səslərin cəmi 4,9 faizini toplaya bilən CDU ölkə tarixində ilk dəfə olaraq hər hansı əyalət parlamentində təmsilçilik hüququna sahib ola bilməyib. Bu nəticələr Kansler üzərində təzyiqin daha da artmasına səbəb olub.

Meklenburq-Ön Pomeraniyada səsvermədə 38,2 faiz səs toplayan AfD birinci partiya olub. Əyalətin hazırkı Baş naziri Manuela Şveziqin partiyası SPD 35,5 faiz səslə ikincidir. Sol Partiya 6,5 faiz, Yaşıllar 5,7 faiz səs toplayıb. Bununla da 71 yerlik əyalət parlamentində AfD 32, SPD 29, Sol Partiya və Yaşıllar hər biri 5 mandat qazanırlar.

Bu əyalətdə AfD birinci yerdə olsa da, təkbaşına hökumət qurmaq üçün tələb olunan çoxluğu əldə edə bilməyib. Digər ənənəvi partiyaların AfD ilə koalisiya qurmaqdan imtina etməsi səbəbindən əyalətin hazırkı Baş naziri Manuela Şveziq ARD-yə açıqlamasında bir daha Baş nazir vəzifəsinə namizəd olacağını bildirib.

Paylaş:
Baxılıb: 53 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Neft ucuzlaşır

21 Sentyabr 10:47

Gündəm

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

19 Sentyabr 08:57  

Ədəbiyyat

Sərçənin itməkliyi

19 Sentyabr 08:31

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30