Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Gizli xəstəlik: 550-dən çox yoluxma, 70 ölü

Gizli xəstəlik: 550-dən çox yoluxma, 70 ölü

03.06.2022 [10:21]

MİKAYIL

Meymunçiçəyi nadir virus infeksiyasıdır. Həmin xəstəlik insana əsasən heyvandan keçir. Yoluxanlar ilə təmasda olmuş şəxslər üçün üçhəftəlik karantin tətbiq etməyi məsləhət görürlər. Xoşbəxtlikdən Azərbaycan ərazisində bugünkü tarixədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmasa da, dünyada bu virusun aşkarlandığı ölkələrin və yoluxma ilə bağlı təsdiq olunmuş halların sayı getdikcə artır. Yoluxma hallarının müşahidə edildiyi ölkələrin siyahısına gündən-günə yeniləri əlavə edilir. ÜST-ün son məlumatına görə, 30 ölkədə 550-dən çox meymunçiçəyi virusuna yoluxma halı qeydə alınıb. Qurumun  baş direktoru Tedros Adhanom Qebreyesus təsirə məruz qalan ölkələri nəzarəti artırmağa çağırıb. Baş direktor müşahidənin geniş əhalini əhatə etməli olduğunu vurğulayıb. Belə ki, bu ilin əvvəlindən Afrikanın beş ölkəsində meymunçiçəyi xəstəliyindən 70-ə yaxın adam ölüb, virusun yayıldığı qeyri-endemik ştatlarda isə ölüm halı qeydə alınmayıb.

ÜST 50 ildir ki, Afrika ölkələrində meymunçiçəyi adlı xəstəliyi qeydə alır və ölüm halları hər il baş verir. Və bu xəstəliyin gizli olaraq keçirilməsi haqqında məlumatlar da xarici KİV-lərdə yer alır.

Bununla belə artıq dünya ölkələri bu virusu aşkarlayan PCR testinin tətbiq olunmasına başlayıb. İsveçrənin məşhur əczaçılıq şirkətlərindən biri tərəfindən təqdim edilən bu testlə tez bir zamanda meymunçiçəyi virusunu aşkar etmək və onun epidemioloji yayılmasının qarşısını almaq mümkündür. Hətta ABŞ-da səhiyyə nümayəndələri virus üçün PCR testindən geniş istifadə etməyə çalışırlar. Xatırladaq ki, Azərbaycan da son günlər testin əldə edilməsi üçün ÜST-ə müraciət edib.

Azərbaycanın reaksiyası

“Meymunçiçəyi bəzi hallarda ölümlə nəticələnə bilər. Bu, daha çox dəri səthindəki səpgilərə ikincili bakteriyalar qoşulan zaman baş verə bilər. Xəstəliyi çox ağır keçirənlər arasında da ola bilər. Amma ölüm ehtimalı kifayət qədər azdır”.

Bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib. Şöbə müdiri bildirib ki, bu virusun yayılmış iki alt tipi var: “Qərbi və Mərkəzi Afrika tipləri. Bunlardan birinin öldürücülüyü heç bir faiz olmadığı halda digərində 6-11 faiz təşkil edir. Meymunçiçəyi virusu koronavirus qədər yüksək yoluxduruculuğa malik deyil”.

Paylaş:
Baxılıb: 496 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30