Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Revanşistlərin “parlament şousu” baş tutmadı

Revanşistlərin “parlament şousu” baş tutmadı

04.06.2022 [10:41]

Simonyan iclası tərk edib

N.PAŞA

Artıq bir neçə aydır Ermənistanda radikal müxalifət etiraz aksiyaları keçirir. Hər dəfə yeni xəyallara qərq olan revanşistlər hansısa yeni mərhələlər elan edirlər və ya kökündən cəfəngiyat olan vədləri dəyişirlər. Amma ortada bir nəticə yoxdur... Bu ölkənin adi vətəndaşları mövcud hakimiyyəti devirməyə məcbur etmək üçün edilən bütün cəhdlərə reaksiyasız qalırlar. Revanşistlər isə buna görə onları  müxtəlif vasitələrlə - yolları bağlamaqla, nəqliyyatın hərəkətini pozmaqla “cəzalandırırlar”, bununla da insanların alışdığı həyat tərzini pozurlar. Beləliklə, “Qarabağ klanı”ndan olan hazırkı müxalifətin kölgə liderləri - keçmiş prezidentlər Robert Köçəryan və Serjik Sarkisyan hakimiyyətdə olduqları illərdəki kimi, erməni xalqına ancaq itkilər, məşəqqətlər və qurbanlar gətirməkdə davam edirlər.

Köçəryanın marioneti olan Saqatelyan bir müddət əvvəl bildirmişdi ki, iyunun 3-də müxalifətdə olan “Hayastan” və “Şərəfim var” fraksiyalarının tələbi ilə Ermənistan parlamentinin növbədənkənar iclası çağırılaraq, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətləri ilə bağlı bəyanat qəbul ediləcək. Daşnakın səsləndirdiyi bəyanat layihəsində deyilir ki, revanşistlər Qarabağın Azərbaycanın tərkibində qalmasını nəzərdə tutan istənilən sülh müqaviləsini istisna edirlər. Bundan əlavə, revanşistlər Qarabağla Ermənistan arasında “etibarlı quru dəhlizi”nin yaradılmasını “tələb edirlər”. Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına gəlincə, Saqatelyanın fikrincə, bu, “bütün hərbi əsirlər geri qayıtmayana qədər” mümkün deyil.

Bir sözlə, erməni revanşistləri parlamentdə “səsvermə” yolu ilə “Qarabağın taleyini” həll etməyi planlaşdırırdılar...

Nəhayət, geridə qoyduğumuz gün maraqlı dairələrin arzusuyla alışdığı “böyük gün” yetişdi. Amma sadəcə təqvim günü olaraq. Çünki həmişə olduğu ???? bu dəfə də Ermənistan siyasi uğursuzluqla üzləşməli oldu. Belə ki, elə Ermənistan mətbuatının yaydığı məlumatda bildirilir ki, parlamentin müxalifətin təşəbbüsü ilə keçirilən növbədənkənar sessiyası kvorum olmadığı üçün baş tutmayıb. Erməni mətbuatının yazdığına görə, hakim “Mülki Müqavilə” fraksiyası Ermənistan Milli Assambleyasının Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulmasına dair bəyanatının müzakirəsi olduğunu qeyd edərək iclasa gəlməyib.

Parlamentin spikeri Alen Simonyan bildirib ki, cəmi 33 deputat qeydiyyatdan keçib. Elə ona görə də kvorum təmin edilməyib.

“Ermənistan” fraksiyası açıqlama vermək istəsə də, Simonyan buna imkan verməyib və iclas zalını tərk edib. Beləliklə, erməni revan?istlərin yeni “parlament şousu” baş tutmayıb.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbədən sonra bütün reallıqlar dəyişdi. Ermənistanın illərdir qurduğu məkrli planlar, dünya qarşısında axıtdığı timsah göz yaşları fayda vermədi. Ali Baş Komandanın rəhbərliyi altında möhtəşəm qalibiyyət əldə edən Azərbaycan Ordusu hər kəsi bizimlə hesablaşmağa məcbur etdi. Və ən əsası, artıq sadə erməni əhalisi də yaxşı başa düşür ki, o günlər bir də geri dönməyəcək.

Paylaş:
Baxılıb: 404 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30