Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İstifadəyə yararlı və yararsız çimərliklər məlum olub

İstifadəyə yararlı və yararsız çimərliklər məlum olub

08.06.2022 [15:30]

Abşeron yarımadasında və sahilyanı ərazidə yerləşən çimərliklərin monitorinqi aparılıb".

APA xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov "Çimərlikdə dəniz suyunun monitorinqi" mövzusunda danışarkən deyib.

O bildirib ki, monitorinqlər Bakı şəhərində yerləşən 7 rayonu əhatə edib: "Eyni zamanda respublikanın cənub və şimal zonalarında və Sumqayıtda da monitorinqlər həyata keçirilib. Əsasən çimərlik ərazisində dəniz suyunun 3 nöqtəsindən - mərkəzi, sağ və sol - nümunə götürülüb. Bağırsaq çöplərinin miqdarı müəyyən olunur. Bu standartdan yuxarı olursa, insanlarda xəstələnmə hallarına səbəb ola bilər. Çirklənməyə əsas səbəb məişət-çirkab suları heç bir təmizləmə aparılmadan dənizə buraxılmasıdır".

Şöbə müdiri deyib ki, iyunun 10-15-də monitorinqlərin nəticələri barədə geniş məlumat veriləcək.

Ziyəddin Kazımov qeyd edib ki, aparılan monitorinqlərin nəticəsinə görə, Xəzər və Binəqədi rayonu ərazisindəki çimərliklərdən vətəndaşların istifadə etməsi məqsədəuyğundur.

O vurğulayıb ki, Qaradağda Sahil, Səbaildə Şıx, Hövsan və Türkan çimərliklərindən vətəndaşların istifadə etməsi məqsədəuyğun sayılmır.

Paylaş:
Baxılıb: 514 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31