Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan Ordusunun gücü, qüdrəti beynəlxalq səviyyədə etiraf edilir

Azərbaycan Ordusunun gücü, qüdrəti beynəlxalq səviyyədə etiraf edilir

22.06.2022 [16:10]

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri 

44 günlük İkinci Qarabağ müharibəsində şanlı tarix yazan 104 yaşlı  rəşadətli Ordumuzun inkişaf yolundan bəhs etmək  harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı  üçün  böyük qürurdur. Azərbaycanın bu gün dünyanın ən güclü orduları sırasında qərarlaşan Ordusunun olması  dövlətimizin bu sahəyə xüsusi diqqət və qayğısının aydın mənzərəsini yaradır.

Bu mühüm məqamı da  qeyd edək ki,  1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin  cəmi 23 ay yaşamasına baxmayaraq, bu günümüz üçün gördüyü işlərdən biri də  ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atmasıdır.  Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli Silahlı Qüvvələrin yaradılması istiqamətində mühüm addım olmuşdur.

Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra ilk illərdə yaşadığı uğursuzluqlar ordu qurruculuğundan da yan keçmədi. Həmin illərdə Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi  ərazilərimizin   mənfur düşmən tərəfindən işğalına səbəb oldu. O dövrün xarakterik xüsusiyyətlərindən biri orduda fərarilik hallarının geniş vüsət alması idi. Mövcud vəziyyət Azərbaycan gənclərinin  hərbi xidmətdən yayınmalarına yol açmışdı. 1993-cü ildə  ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə bütün sahələrdə, o cümlədən ordu quruculuğunda yeni mərhələnin əsası qoyuldu. Ümumilikdə Ulu Öndərin  hakimiyətinin hər iki dövründə ordu quruculuğuna diqqət və qayğı prioritet olub. Belə ki, Ümummilli Liderin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Dahi şəxsiyyət Heydər Əliyevin böyük səyləri nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sahəsinə  marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  C.Naxçıvanski adına hərbi lisey ordu quruculuğunun əsas bazalarından birinə çevrildi.

“Silahlı Qüvvələrin yaradılması Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini təsdiq edən, onu nümayiş etdirən amillərdən biridir” söyləyən ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində  1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqqında müqavilənin  imzalanması ölkəmizdə sabitliyin təmin edilməsi fonunda  bütün sahələrin inkişafı istiqamətində əhəmiyyətli addımlara yol açdı. Qısa müddətdən sonra Ümummilli Lider bu tezisi böyük əminliklə qeyd etdi ki, Azərbaycanın milli təhlükəsizliyini, əmin-amanlığımızı təmin edən, sərhədlərini qoruyan, ərazi bütövlüyünü, torpaqlarını müdafiə edən, ən əsası işğal altında olan ərazilərimizi azad etməyə qadir Ordusu var.  Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı əsasında  Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün- 26 iyun tarixinin  Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması  və  dövlət bayramı kimi qeyd edilməsi bu sahəyə diqqət və qayğının göstəricisi olmaqla yanaşı, hər il bu tarixdə ordu quruculuğu sahəsində görülən işlərin  hesabatı oldu. Artıq sonrakı illərdə Ümummilli Liderin Fərman və Sərəncamları hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin önəmini bir daha açıqladı.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu son 18 ildən artıq dövrdə bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin  2003-2020-ci illərdə bütün fəaliyyəti torpaqlarımızın işğalına hazırlıq dövrü kimi xarakterizə olunur. Azərbaycan bütün sahələrdə gücləndi, ordumuzun maddi-texniki bazası möhkəmləndirildi, beynəlxalq standartlara cavb verdiyi böyük əminliklə qeyd olundu. Azərbaycan Silahlı Qüvvələr Günündə təşkil olunan  hərbi paradlar, ölkəmizdə keçirilən  Beynəlxalq Müdafiə Sərgiləri ordumuzun hansı imkanlara malik olduğunu nümayiş etdirdi.

Əvvəldə də böyük qürurla bəhs etdiyimiz tarixi Zəfərimiz  bütün uğurlarımızın zirvəsi oldu. Xalqımız bu Qələbəni bizlərə yaşadan dövlət başçısı İlham Əliyevə, rəşadətli ordumuza daim minnətdardır.  Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. 44 gündə 30 ilin işğalına son qoyuldu.  44 günün  hər günü Azərbaycan tarixinə Zəfər səhifəsi kimi yazıldı. Hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Azərbaycan əsgəri, zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın.

Ərazi bütövlüyümüz bərpa olundu. Yazılan Zəfər tarixinin müəllifi,  Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, qalib milli Ordumuz, müzəffər Azərbaycan xalqı düşmənə tarixdə  heç vaxt unuda bilməyəcəyi dərsi verdi. Bir daha təsdiq etdik ki, Qarabağ bizimdir. Vətəni uğrunda döyüşən, şəhid olan hər bir azərbaycanlınındır.

Azərbaycan Ordusunun gücü, qüdrəti  beynəlxalq səviyyədə  etiraf edilir. Belə ki, aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında, hətta, dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. İkinci  Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik kimi dəyərləndirilir  və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.

Paylaş:
Baxılıb: 371 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31