Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / IX Qlobal Bakı Forumu Dünyada Azərbaycanın nüfuzunu gücləndirir

IX Qlobal Bakı Forumu Dünyada Azərbaycanın nüfuzunu gücləndirir

23.06.2022 [17:13]

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumu  keçirilmişdir.

Forumun bir sıra dünya əhəmiyyətli məsələlər müzakirə edildi. Ən önəmlisi "Qlobal dünya nizamına təhdidlər" mövzusunda bir sıra nəticələr əldə edildi. Belə ki, İlk paneldə dünyamız  İkinci Dünya Müharibəsinin dəhşətlərindən sonra razılaşdırılmış dəyərlər və beynəlxalq nizamın davamlı şəkildə aşındırılması ilə sürətlə dəyişdiyi qənaətinə gəlindi.

Təxminən 75 il bundan əvvəl müxtəlif sosial qruplar və millətlər arasında həmrəylik, demokratik, liberal, plüralist dəyərlər əsasında yeni institutlar və strukturlar yaradılsa da, bu strukturlardan bəziləri bu gün funksionallığını demək olar ki, itirib.

Qeyd etmək lazımdır ki, ən aktual müzakirələrdən biri də Beynəlxalq təşkilatlarla ilə bağlı idi. Belə ki, Birləşmiş Millətlər Təşkilatı “bir daha heç vaxt” şüarı altında yaradılmışdır. Atlantik Xartiya NATO-ya çevrildi, insan hüquqlarına dair konvensiyalar razılaşdırıldı və daha sabit maliyyə siyasəti üçün Bretton Woods institutları (Dünya Bankı və BVF) fəaliyyətə başladı. Bu institut və strukturların bəziləri və demokratik dəyərlər indi ekzistensial təhlükələrlə üz-üzədir.

Uzun illər beynəlxalq ictimaiyyətin dominant metodu olan çoxtərəflilik problemlə üzləşir və o, digər problemli qlobal tendensiyalar və fenomenlərlə uyğunlaşır və uzlaşır.

Bunun necə və niyə baş verdiyini başa düşmək sağalmaq üçün çox vacibdir.

Məhz ekspertlərin Dünyanın bu ilki top 5 forumundan olan IX Qlobal Bakı Forumu bu problemləri hər tərəfli ələ almışdır. 52 ölkədən tanınmış hazır ki dövlət və hökümət başçıları və tanınmış siyasətçilərin özündə birləşdirdi.

IX Qlobal Bakı Forumu təşkili üçün tarix 2022-ci il  Dünya Nizamının üzləşdiyi problemlərin yeni zirvələrə çatdığı bir vaxta təsadüf edir. Ən maraqlı məqamlardan biri də Forum iştirakçılarının Şuşa şəhəri olmuşdur. Bu səfər çərçivəsində Forum iştirakçıları Qarabağda ermənilərin törətdiyi vəhşiliyin və sürətlə gedən abadlıq və quruculuq işlərinin bilavasitə şahidi oldular.

Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi keçmişdən öyrənmək, bu günü qiymətləndirmək və gələcəyi təsəvvür etmək üçün öz görkəmli üzvlərinin və iştirakçılarının müdrikliyini və təcrübəsini açıq və qeyri-məhdud debatlarda təqdim etdi.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının foruma verdiyi qiymət: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələləri müzakirə edən və geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq institutlardan birinə çevrilmişdir.” və bu forumun Azərbaycanda keçirilməsi Azərbaycan yalnız regionda yox dünyada söz sahibinə çevrilən dövlət arasında bərqərar olduğunu göstərir.

Abbas Pənahov

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 354 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31