Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan nümayəndəsi BMT-nin Komitəsinə üzv seçilib

Azərbaycan nümayəndəsi BMT-nin Komitəsinə üzv seçilib

24.06.2022 [11:01]

Nyu-York şəhərində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Konvensiyasına tərəf dövlətlərin 22-ci iclası çərçivəsində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, seçkilərdə Komitədə mövcud olan 12 vakant yer uğrunda 23 ölkənin namizədi, o cümlədən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri, BMT-nin sözügedən Komitəsinin hazırda üzvü və sədr müavini olan Elgün Səfərov mübarizə aparıb.

Azərbaycanlı namizəd 187 dövlətin iştirak etdiyi səsvermədə 109 səs toplayaraq Komitənin növbəti müddətə yenidən üzvü seçilib.

Qeyd edək ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi təşkilatın müvafiq konvensiyasının müddəalarının tərəf dövlətlər tərəfindən yerinə yetirilməsinin monitorinqini aparır və qlobal səviyyədə insan hüquqlarının müdafiəsi sahəsində başlıca beynəlxalq mexanizmlərdən biri hesab edilir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan nümayəndəsinin bu mötəbər quruma seçilməsinə dəstək vermiş bütün dövlətlərə öz minnətdarlığını bildirir.

Paylaş:
Baxılıb: 507 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30