Şahdənizlə başlayan mavi yanacaq epoxası
10.08.2022 [10:29]
6 ayda 13 milyard kubmetr qaz hasilatı
M.FEYİZLİ
Son illərdə Azərbaycan qlobal miqyasda özünü həm də etibarlı qaz təchizatçısı kimi təsdiqləməkdədir. Hazırda respublikamız Avropa üçün yeni mavi yanacaq mənbəyi qismində çıxış edir və “qoca qitənin” enerji təhlükəsizliyinə sanballı töhfələr verir. Avropanın ayrı-ayrı ölkələri özlərinin enerji təhlükəsizliyinə yaranan çətinlikləri aradan qaldırmaqdan ötrü respublikamızdan daha böyük həcmlərdə qaz almaq istəyirlər. Azərbaycan isə hasilatı və ixracı artırmaq üçün böyük potensiala malik olan ölkədir. Respublikamızın digər bir üstünlüyü isə Cənub Qaz Dəhlizinin timsalında müasir nəqletmə infrastrukturuna malik olması ilə bağlıdır.
Şahdənizdə artan hasilat həcmləri
Azərbaycanın qaz epoxası milli geoloqların kəşf etdikləri Şahdəniz yatağının istismarına start verilməsi ilə başlayıb. Ölkəmiz bu yataqdan hasil olunan mavi yanacağı 2021-ci ilin əvvəlindən etibarən Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa məkanına nəql edir. Şahdənizdə iştirak payları belədir: bp (operator - 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), SOCAR (14,35%), NİKO (10,0%), Cənub Qaz Dəhlizi (6,67%).
Şahdənizin istismarı cari ildə də uğurla davam etdirilir. 2022-ci ilin birinci yarısında Şahdəniz üzrə fəaliyyətlərə təxminən 1 milyard 260 milyon dollar əməliyyat xərcləri və 186 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub. Bəhs olunan dövrdə Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam etdirilib. İlin ilk altı ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 13 milyard standart kubmetr qaz və 2 milyon ton (18 milyon bareldən artıq) kondensat hasil edilib. Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir.
Şahdəniz 2 layihəsi üzrə
2022-ci ilin birinci yarısında Şahdəniz 2 layihəsi çərçivəsində aparılan tikinti işləri qərb-cənub cinahından bu ilin üçüncü rübünə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləyib. “Xankəndi” sualtı tikinti gəmisi qərb-cənub cinahında əsas sualtı quraşdırma işlərini təhlükəsiz şəkildə başa çatdırıb. Bu işlərə sualtı boru xətlərinin, hasilat üçün fontan armaturlarının, manifoldlar və idarəetmə sistemləri üçün sualtı elastik kabellərin quraşdırılması daxildir. Sualtı xətlərin bağlanması üçün dalğıc işləri də əsasən başa çatdırılıb.
Qərb-cənub cinahından hasilatın başlanması layihəsi çərçivəsində Şahdəniz Bravo platformasının üzərində aparılan işlər də irəliləyib və hazırda başa çatmaq üzrədir. Layihənin hər iki hissəsində - həm platformanın üstündə, həm də sualtı hissədə ilkin istismar sınaqları və yoxlama fəaliyyətləri qrafikə uyğun davam etdirilir. İlk dərinsulu cinah olan şərq-şimal cinahının keçən il işə salınmasından əldə edilmiş ən yaxşı təcrübə və bilgilər qərb-cənub cinahının istismara verilməsi üçün aparılan bütün tikinti işlərində geniş tətbiq olunur.
Qazma əməliyyatları
İkinci rübdə Şahdəniz Alfa platformasında quyularda bir sıra əməliyyatlar aparılıb, sonra isə platformanın qazma qurğusunda profilaktik işlər davam etdirilib. İstiqlal və Maersk Ex?lorer qazma qurğuları Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 21 quyu qazıb və bunlardan 19-unu tamamlayıb - yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında dörd quyu, şərq-şimal cinahında iki quyu tamamlanıb. Eyni zamanda, qərb cənub cinahında bir quyu və şərq-şimal cinahında bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.
Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə ixrac
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: bp (29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), SOCAR (14,35%), NİKO (10,00%), Cənub Qaz Dəhlizi (6,67%).
İlin birinci yarısında CQBK-nin əməliyyat xərcləri təqribən 29 milyon dollar, əsaslı xərclər isə 2 milyon dollar olub. CQBK 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycanla yanaşı, Gürcüstana, Türkiyəyə Şahdəniz qazını çatdırır. CQBK ilə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlanıb. İlin ilk altı ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 56,9 milyon kubmetr təşkil edib.
Geoloji kəşfiyyat işləri
Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin mart ayında Fasilə lay dəstində 7189 m dərinlikdə tamamlanıb. Quyunun keçdiyi lay dəstlərində qaz-kondensat ehtiyatları aşkar edilib. Hazırda ilkin seysmik məlumatların emalı da daxil olmaqla qazma zamanı quyudan əldə edilmiş məlumatların təhlili aparılır. Bunun ardınca isə nəticələrin interpretasiyası həyata keçiriləcək. Bu təhlil karbohidrogen kəşfini dəyərləndirmək və kəşfiyyat işlərinin növbəti mərhələsini planlaşdırmaq üçün lazımdır.
Abşeron yarımadasının dayazsulu hissəsi (AYDH) layihəsi çərçivəsində üçüncü geoloji-kəşfiyyat quyusu - QBDX01 - 25 may 2022-ci il tarixində təhlükəsiz şəkildə bağlanıb və daimi tərk edilib. Saziş sahəsinin cənub-şərq hissəsində yerləşən Qarabatdağ ərazisində qazılmış bu quyuda iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatları aşkarlanmayıb. Bundan qabaq AYDH çərçivəsində Şimal Xalı (2021-ci ilin dekabrında tərk edilib) və Bibiheybət (2022-ci ilin mart ayının ortalarında tərk edilib) sahələrində qazılmış iki kəşfiyyat quyusu da eyni nəticə ilə tamamlanıb. QBDX01 quyusu AYDH layihəsinin kəşfiyyat qazma proqramı üçün planlaşdırılmış fəaliyyətlərin sonuncu mərhələsi olduğundan “Satti” özüqalxan qazma qurğusu AYDH proqramında iştirakını bitirib.
Milli kadrlar
İkinci rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2268 nəfər olub. Bura müddətli müqavilə əsasında çalışan işçilər də daxildir. 2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir. bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini bundan sonra da davam etdirəcək.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39