Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Payızda yoluxma sayı artacaq?

Payızda yoluxma sayı artacaq?

02.09.2022 [10:34]

Yeganə BAYRAMOVA

Mütəxəssislər payız-qış aylarında koronavirusa yoluxma ehtimalının daha çox olduğunu bildirirlər. Qonşu ölkələrin statistik məlumatlarına nəzər yetirsək, görərik ki, hazırda infeksiyaya gündəlik yoluxma sayı Gürcüstanda, Rusiyada, Türkiyədə və İranda dəfələrlə artıb. Azərbaycanda da son zamanlar yoluxma sayında artım müşahidə olunur. Son zamanlar qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirus infeksiyasının yoluxma sayında artım qeydə alınır. Buna səbəb əksər məhdudiyyətlərin xeyli vaxtdır ki, aradan qaldırılması, zaman keçdikcə qazanılmış kollektiv immunitetin zəifləməsi ola bilər.

Məlumdur ki, payız mövsümündə bir çox infeksiyalar aktivləşir. Fəsil dəyişkənliyi insanların orqanizmində müəyyən dəyişikliyə səbəb olur. Havalar soyuduqca bədənin müqaviməti azalır, orqanizm zəiflədiyi üçün xəstəliyə yoluxma halları çoxalır. Payız aylarında tənəffüs yolu infeksiyalarının artmasının daha bir səbəbi isə havaların soyuması ilə mövsümə uyğun geyinməmək, qapalı məkanlardan daha çox istifadə etməkdir. Məlumdur ki, pandemiyanın hər yeni dalğası infeksiyanın daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantları törədir. Bütün bunları nəzərə alaraq ölkəmizdə koronavirus infeksiyasına yoluxma halının payızda yüksəlməsi istisna deyil.

Zaman keçdikcə kollektiv immunitet zəifləyir

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən həkim Şahvələd Məmmədov bildirib ki, payız-qış aylarında hava-damcı yolu ilə yayılan infeksiyaların yoluxma dinamikasında artım çox olur: “COVID-19 da hava-damcı yolu ilə yayılan infeksiya olduğu üçün mövsümlərə görə yoluxma dinamikasında dəyişiklik ola bilər. Bu tip infeksiyalar payıza doğru aktivləşir. Unutmayaq ki, zaman keçdikcə əldə olunmuş kollektiv immunitet zəifləyir. Pandemiyanın hər yeni dalğası virusun daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantları törədir. Bundan əlavə, əksər qadağaların aradan qaldırılması virusun yayılması üçün münbit şərait yaradır. Ona görə də ölkəmizdə yoluxma halının payızda yüksəlməsi istisna deyil”.

Sadə tövsiyələri arxa plana atmaq olmaz...

Ş.Məmmədov qeyd edib ki, payız aylarında yoluxma sayının minimuma enməsi üçün hər kəs diqqətli olmalıdır: “Soyuq havalarda insanlar daha çox qapalı məkanlarda olurlar, bu da yoluxma ehtimalını artırır. Mümkün qədər qapalı, insanların çox toplaşdığı məkanlardan uzaq durmalı, əgər gedilirsə, mütləq maska taxılmalıdır. Dezinfeksiyaedici məhsullardan istifadəni də arxa plana atmaq olmaz.

Bu sadə tövsiyələr pandemiyanın şiddətli vaxtlarında özünü dəfələrlə doğruldub. Bir müddət gündəlik yoluxmada ikirəqəmli göstəricilər insanlarda bir arxayınlıq formalaşdırdı, sanki hər şey geridə qaldı. Epidemiyanın alovlanma dövrlərində bu sadə qaydalara etinasızlığın nələrə səbəb olduğunu artıq öz acı təcrübəmizdən bilirik və bunu unutmamalıyıq.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son zamanlar dünya üzrə virusa yoluxma sayında müşahidə olunan artım əsasən Avropa və Amerikanın bəzi ölkələrində “Omikron” ştammının mutasiya olunan yeni növləri hesabına baş verib. Həmçinin qeyd edilir ki, virusun təkamülünün istiqaməti və yeni ştammların xüsusiyyətləri qeyri-müəyyən olaraq qalmaqdadır. Hesab olunur ki, bu ştammlar digər koronavirus ştammlarından, məsələn, delta ştammından daha az öldürücü olsalar da, yoluxma sürətinə görə birincidirlər. Virus əsasən yuxarı tənəffüs yollarında sürətlə çoxaldığından hava-damcı yolu yoluxmada xüsusi rol oynayır. Məhz buna görə ÜST dünyada müşahidə olunan yüksək artım fonunda qapalı məkanlarda maskalardan istifadə etməyi və gigiyena qaydalarına əməl olunmasını tövsiyə edir”.

Paylaş:
Baxılıb: 448 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31