Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dərslər başlayır: Əvvəlki problemlər yenə qalacaq?

Dərslər başlayır: Əvvəlki problemlər yenə qalacaq?

03.09.2022 [10:44]

Yeganə BAYRAMOVA

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Artıq avqust ayının sonlarından etibarən məktəbli ləvazimatlarının satışında canlanma müşahidə olunur. Valideynlərin əksəriyyəti məktəbə lazım olan ləvazimatları almaqla yeni tədris ili üçün tədarük görüblər. 1-2 ay öncə onları narahat edən məsələ mağazalardakı qiymətlər idisə, indi gileyləndikləri məsələ tamamilə fərqlidir. Bu gileylərdən, daha doğrusu narazılıqlardan biri məktəbli formaları ilə bağlıdır.

Xatırladaq ki, bu il yeni məktəbli formaları satışa çıxarıldı. Bununla bağlı Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi” haqqında qərar imzalayıb. Ancaq yuxarı siniflərdə təhsil alan şagirdlərin valideynləri qısaqol formaların olmadığını söyləyirlər. Onların iddialarına görə, yuxarı sinif şagirdləri üçün satışda yalnız uzunqol məktəbli forması var.

Dərslərin başlaması məktəblərdə daha bir problemi gündəmə gətirə bilər, bu da şagirdlərin mobil telefonlardan istifadəsidir. Ümumiyyətlə, məktəblinin mobil telefon işlətməsi mübahisəli mövzulardan biridir. Çünki bir qism insanlar bunun düzgün olduğunu, şagirdin valideyni ilə mütəmadi əlaqə saxlamasının vacibliyini söyləsə də, digərləri mobil telefonu şagirdin dərsdən yayınması üçün əsas vasitələrdən biri hesab edir. Bir çox halda müəllimlər də şagirdlərin mobil telefondan istifadəsinin düzgün olmadığını qeyd edirlər, ancaq valideynlər bununla razılaşmır, övladı ilə daimi şəkildə əlaqə qurmaq istədiklərini bildirirlər.

Tədris prosesində valideynlərin narazı olduqları digər bir məqam isə iş dəftəri və test kitabçaları ilə bağlıdır. Belə ki, bəzi valideynlərin iddiasına görə, müəllimlər bir çox halda şagirdlərə iş dəftəri, yaxud test kitabı olaraq ötən illərdə çap edilmiş vəsaiti almağı söyləyir. Bu durum valideynlərin beynində suallar yaradır ki, son illərdə buraxılmış test vəsaiti varsa, nə üçün müəllimlər əvvəlki illərdəki materiallara üstünlük verir?

Telefon ancaq valideynlə ünsiyyət vasitəsi olmalıdır

Sualımızı cavablandıran sabiq təhsil naziri Firudin Cəlilov “Yeni Azərbaycan”a açıqlamasında söyləyib ki, şagirdlərin mobil telefon istifadəsində bir problem yoxdur. Onun sözlərinə görə, hazırda ölkəmizdə narkomaniyanın sürətli yayıldığı bir dövrdə valideynlərin övladları ilə daimi şəkildə ünsiyyət qurmaq haqqı var: “Məktəb uşaqlarına nəzarət mütləq lazımdır. Hər valideyn övladını nəzarətdə saxlamalıdır. Məktəbdə olan uşaqlarla isə yalnız telefon vasitəsilə əlaqə qurmaq mümkündür. Ona görə də şagirdlərin telefonla məktəbə getməsinin qarşısını almaq düzgün deyil. Ən azı bu, onların təhlükəsizliyi üçün vacibdir. Amma şagirdlərin qarşısına şərt qoymaq lazımdır. Onlar məktəbə daxil olarkən telefonu söndürməli, yalnız tənəffüs zamanı valideynləri ilə əlaqə qurub, hər şeyin yaxşı olduğunu, dərsə davam etdiyini söyləyə bilərlər. Bu zaman valideynlər də arxayın olacaqlar. Belə məqamları nəzərə alıb, ciddi nəzarət etməklə şagirdlərin telefon istifadəsinə icazə verilə bilər”.

Aşağı siniflərdə dərs yükü azaldılmalıdır

F.Cəlilov test tapşırıqlarının buraxılış ili, şagirdlərin dərs yükü ilə bağlı məsələyə də toxunb. Sabiq nazir qeyd edib ki, müəllimlərin nə üçün əvvəlki illərdə nəşr edilən test tapşırıqlarına üstünlük verdiyini aidiyyəti qurumlar araşdırmalıdır: “Ümumiyyətlə, çoxlu sayda iş dəftəri, test tapşırıqları var. Şagirdləri çox yükləmək lazım deyil. Hər bir məktəblinin yaş həddinə fikir verilməlidir. Biz 1-ci sinifdə oxuyan zaman çantalarımız dəftər-kitabla dolu olmurdu. Xüsusilə, azyaşlı uşaqları dəftər-kitabla yükləmək onlara həm fiziki, həm əqli baxımdan ziyandır. İbtidai sinif şagirdlərinə baxanda adamın ürəyi ağrayır. Fikrimcə, aşağı sinif şagirdlərinin dərsini yüngülləşdirmək lazımdır. Bizdə isə əksinədir, 1-ci sinif şagirdini yükləyirlər, yuxarı sinif şagirdlərini isə başlı-başına buraxırlar ki, repetitor yanına getsinlər. Düşünürəm ki, bu məsələləri mütləq həll etmək lazımdır”.

Vahid məktəbli forması

Məktəbli formaları ilə bağlı məqama gəlincə F.Cəlilov vurğulayıb ki, sovet dövründə hər bir məktəblinin vahid və özəl forması var idi: “Şagirdləri görəndə artıq bilinirdi ki, onlar hansı məktəbdə oxuyurlar. Məktəbli formaları bir növ şagirdlərin qürur mənbəyi olmalıdır ki, yəni onlar bir kollektivi təmsil edirlər. Ona görə də məktəbli forması vacibdir, ancaq elə etmək lazımdır ki, bu geyimlər çox baha olmasın və valide?nlərə yük düşməsin”.

Paylaş:
Baxılıb: 412 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31