Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / ŞƏT-in Səmərqənd Zirvə Toplantısı: Dünyada dialoq və əməkdaşlıq

ŞƏT-in Səmərqənd Zirvə Toplantısı: Dünyada dialoq və əməkdaşlıq

13.09.2022 [10:30]

Şavkat Mirziyoyev,

Özbəkistan Respublikasının Prezidenti

Özbəkistanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sədrliyi müxtəlif hadisə və tendensiyalarla zəngin, dinamik, bir dövrün bitib digərinin başladığı, hələlik gözlənilməz və naməlum bir dövrə - tarixi bölünmə” dövrünə təsadüf etmişdir.

Ümumbəşəri prinsip və normalara əsaslanan müasir beynəlxalq əmək­daşlıq sistemi əhəmiyyətli dərəcədə iflasa uğramağa başlayır. Bunun əsas səbəblərindən biri qlobal səviyyədə dərin etimad böhranıdır ki, bu da öz növbəsində geosiyasi qarşıdurmaya və düşüncə stereotiplərinin dirçəldilməsi riskinə səbəb olur. Bu qarşılıqlı təcrid prosesi qlobal iqtisadiyyatın yoluna qayıtmasını və qlobal təchizat zəncirlərinin bərpasını çətinləşdirir.

Dünyanın müxtəlif yerlərində davam edən silahlı münaqişələr ticarət və investisiya axınını sabitsizləşdirir, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi problemlərini kəskinləşdirir.

Bununla yanaşı, qlobal iqlim sarsıntıları, təbii və su ehtiyatlarının qıtlığının artması, biomüxtəlifliyin azalması, təhlükəli yoluxucu xəstəliklərin yayılması cəmiyyətlərimizin həssaslığını əvvəl görülməyən dərəcədə üzə çıxarmışdır. Onlar ekzistensial ümumi nemətlərin məhvinə gətirib çıxarır, insanların dolanışıq əsaslarını təhdid edir və gəlir mənbələrini azaldır.

Bu şərtlər altında heç bir ölkə təkbaşına bu qlobal risklərin və çağırışların qarşısını almağa və ya onların öhdəsindən gəlməyə ümid edə bilməyəcəyi aydındır.

Bu gün yaşadığımız qarşılıqlı əlaqədə olan dünyada problemlərin təhlükəli spiralından çıxışın yalnız bir yolu var - konstruktiv dialoq və hər kəsin maraqlarının nəzərə alınması və hörmətlə yanaşmağa əsaslanan çoxtərəfli əməkdaşlıq. Məhz böhran anlarında ölkələr - böyük, orta və kiçik - öz dar maraqlarını dəf etməli və diqqəti bu cür qarşılıqlı fəaliyyətə yönəltməli, sülh, təhlükəsizlik və davamlı inkişafın hər birimizə təsir edən təhdid və çağırışlarına qarşı çıxmaq üçün birləşməli və ümumi səy və imkanları artırmalıdır.

Səmərəli beynəlxalq əməkdaşlıq dünyanı daha sabit, proqnozlaşdırıla bilən və firavan edir. Bu, zəmanəmizin ümumi problemlərinin həllinin ən real, əlçatan və asan yoludur və gələcək çağırışlardan və sarsıntılardan universal sığortasıdır.

Uğurlu regional əməkdaşlıq modeli

Hamının və hər kəsin maraqlarına cavab verən beynəlxalq əməkdaşlıq çoxtərəfli institutlar olmadan mümkün deyildir. Müəyyən çatışmazlıqlara baxmayaraq, regional və qlobal səviyyədə onlar dövlətlərarası qarşılıqlı fəaliyyətin ən mühüm keçirici kimi xidmət edirlər. Beynəlxalq və regional təşkilatlar ölkələrə ixtilafların aradan qaldırılması və qarşılıqlı anlaşmanın gücləndirilməsinə, siyasi və iqtisadi əməkdaşlığının inkişaf etdirilməsinə, ticarətin genişləndirilməsinə mədəni və humanitar mübadilələrin stimullaşdırılmasına köməklik edir.

Ən gənc çoxtərəfli qurumlardan biri olan Şanxay Əməkdaşlıq Təşkilatı məhz bu məqsəd və vəzifələri həyata keçirir. Mahiyyətcə, bu, müxtəlif mədəni və sivilizasiya kodlarına, öz xarici siyasət istiqamətlərinə və milli inkişaf modellərinə malik olan ölkələri birləşdirməyə nail olmuş unikal dövlətlərarası strukturdur. Qısa tarixi dövr ərzində ŞƏT müasir qlobal siyasi və iqtisadi dünya düzəninin ayrılmaz elementinə çevrilərək böyük yol keçmişdir.

Bu gün ŞƏT ailəsi geniş coğrafi ərazini və planetimizin əhalisinin yarıdan çoxunu birləşdirən dünyanın ən böyük regional təşkilatıdır.

ŞƏT-in beynəlxalq hüquqi cəlbediciliyinin açarı onun blokdan kənar statusu, açıqlığı, üçüncü ölkələrə və ya beynəlxalq təşkilatlara qarşı yönəlməməzliyi, bütün iştirakçıların bərabərliyi və suverenliyinə hörmət edilməsi, daxili işlərə qarışmaqdan imtina etməsi, siyasi münaqişələrin və qarşıdurma rəqabətinin  qarşısının alınmasıdır.

ŞƏT-in uğur konsepsiyası regional təhlükəsizliyin təmin edilməsi yolu ilə çoxşaxəli əməkdaşlığın təşviqindən ibarətdir. Mahiyyətcə, Şanxay Əməkdaşlıq Təşkilatı sülh, əməkdaşlıq və tərəqqi naminə bölücü xətləri olmayan cazibə qütbünə çevrilməyə çağırır.

Məhz buna görə də ŞƏT-in fəaliyyətinə qoşulmağa hazır olan dövlətlərin sayı ildən-ilə artır və bu, müasir beynəlxalq və regional münasibətlər sisteminin transformasiyası kontekstində xüsusilə nəzərə çarpır.

ŞƏT-in iqtisadi dəyərinin artmasına nəhəng insan, intellektual və texnoloji potensiala malik dinamik inkişaf edən dünya iqtisadiyyatları cəmləşən məkanının özünütəminetməyə malik olması, böyük, əsasən istifadə olunmayan təbii ehtiyatların mövcudluğu kömək edir.

Bu gün ŞƏT-ə üzv ölkələrin ümumi ÜDM-i qlobal göstəricinin təxminən dörddə birinə çatıb. Bu, artıq 20 illik həddi yenicə keçmiş regional təşkilatın qlobal davamlı inkişafa sanballı töhfəsidir.

Yeni çağırışların və imkanların olduğu bir dünyada ŞƏT-in təkcə kəmiyyət zənginləşdirməsi ilə deyil, həm də yeni strateji vektorların açılması yolu ilə transformasiya və inkişaf üçün gözəl perspektivləri var. Bunlar nəqliyyat və əlaqə, enerji, ərzaq, ekoloji təhlükəsizlik, innovasiya, rəqəmsal transformasiya və yaşıl iqtisadiyyatdır.

Özbəkistanın sədrliyi: birgə inkişaf yolu ilə ümumi uğura doğru

Özbəkistan Respublikası ŞƏT-də məsul sədrlik missiyasını üzərinə götürərək, əməkdaşlıq üçün yeni üfüqlər açmaq və onun hər bir üzvünün sahib olduğu boş ehtiyatlarının işə salınması hesabına Təşkilatın qabaqcıl inkişaf strategiyasını seçmişdir.

Digər şüarımız “Hər birimiz güclü olsaq, ŞƏT güclüdür”. Biz bunu praktikada tətbiq edərək, təşkilatın daxildən daha da güclü, xaricdən isə beynəlxalq tərəfdaşlarımız üçün daha cəlbedici olması üçün ciddi səylər göstərmişik.

İl ərzində keçirilən səksəndən artıq böyük tədbirin keçirildiyi məkanlarda, təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, nəqliyyat-iqtisadi qarşılıqlı əlaqənin gücləndirilməsi və Təşkilatın beynəlxalq aləmdə mövqe tutması məsələlərindən tutmuş yeni inkişaf yollarının və nöqtələrinin axtarışı məsələlərinə qədər ŞƏT-in hərtərəfli gündəliyi formalaşdırıldı.

Tarixi inkişafının yeni mərhələsində olan ŞƏT üçün əməkdaşlığın bütün bu perspektivli istiqamətləri sədrliyimiz dövründə hazırlanmış otuz altı konseptual proqram, saziş və qərarlarda öz əksini tapıb.

Bunda əlavə, o olacaq ki, Özbəkistanın ŞƏT-də sədrliyi son altı ildə ölkəmizin həyata keçirdiyi fəal və açıq xarici siyasətin məntiqi davamıdır. Bu siyasət, ilk növbədə, bu gün mehriban qonşuluq və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində müsbət və dönməz proseslərin getdiyi ŞƏT-in coğrafi nüvəsi olan Mərkəzi Asiyada təcəssüm edir.

ŞƏT-ə üzv olan bütün dövlətlər bizim ən yaxın qonşularımız, dostlarımız və strateji tərəfdaşlarımızdır.

Sədrlik bizə çoxtərəfli əməkdaşlığın daha da gücləndirilməsi və onların hər biri ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, daha da dərin tərəfdaşlıq üçün yeni istiqamətlərin müəyyən edilməsi üçün yaxşı imkan yaratmışdır.

Mən əminəm ki, ŞƏT-in öz uğur hekayəsini Əfqanıstanla bölüşməsi olduqca vacibdir. Bu ölkə böyük ŞƏT məkanının tərkib hissəsidir. Əfqan xalqının yaxşı qonşulara və onların dəstəyinə hər zamankindən daha çox ehtiyacı var. Kömək əlini uzatmaq, ölkənin sosial-iqtisadi yüksəlişinə, regional və qlobal inkişaf proseslərinə inteqrasiyasına təkan verməklə ona uzunmüddətli böhrandan səmərəli çıxış yolları təklif etmək bizim mənəvi borcumuzdur.

Əsrlər boyu qlobal güclərlə regional güc mərkəzləri arasında qarşıdurmada bufer rolunu oynayan Əfqanıstan, Mərkəzi və Cənubi Asiya arasında birləşdirici bənd funksiyasını daşıyan yeni sülh missiyanı sınamalıdır.

Trans-Əfqan dəhlizinin tikintisi bu cür qarşılıqlı-faydalı regionlararası əməkdaşlığın simvoluna çevrilə bilər. Onu da dərk etmək lazımdır ki, Termez-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yolu kimi ümumi infrastruktur layihələrini həyata keçirməklə biz təkcə sosial-iqtisadi və nəqliyyat-kommunikasiya problemlərini həll etmirik, həm də regional təhlükəsizliyin təmin olunmasına mühüm töhfə veririk.

Mövqelərimizi yaxınlaşdırmaqla biz birlikdə daha sülhpərvər, sabit və firavan Əfqanıstan üçün yeni ŞƏT gündəliyi hazırlaya bilərik. Yalnız bu yolla biz bölünməz təhlükəsizliyə malik həqiqətən sabit və davamlı inkişaf edən ŞƏT məkanı yarada bilərik.

“Səmərqənd ruhu” - əməkdaşlığın, qarşılıqlı anlaşmanın və dostluğun təcəssümüdür

Ticarət-iqtisadi və sənaye əlaqələrinin ciddi şəkildə pozulmasına səbəb olan üç illik pandemiya fasiləsindən sonra ŞƏT ölkələrinin və xalqlarının birbaşa ünsiyyətə ehtiyacı var.

Böyük İpək Yolunun mirvarisi olan qədim Səmərqənd şəhəri ŞƏT-in və onun hər bir üzvünü və əmin-amanlığına xidmət edən təklif və təşəbbüslərə malik dünyanın on dörd ölkəsinin liderlərini qarşılamağa hazırdır.

Bu əfsanəvi şəhərin ŞƏT-in uğur hekayəsinin növbəti səhifəsini açacağı şübhəsizdir. Səmərqə?din şanlı tarixi irsi buna öz töhfəsini verəcəkdir. Əsrlər boyu bu şəhər Avropadan Çinə qədər ölkələri sanki iplərlə birləşdirərək Şimalla Cənub, Şərqlə Qərbi bir düyün vəziyyətinə gətirib.

Tarixən Səmərqənd daha yaxşı yaşam, daha uğurlu olmaq və daha xoşbəxt olmaq kimi ümumi məqsəd “qaynayan” ideyaların və biliklərin ərimə potası olub. Və hamı başa düşürdü ki, mehriban qonşular sənin sərvətinin yarısıdır, sən özün onlara rifahsan, çünki əməkdaşlıq, ticarət, yaradıcılıq, elm, incəsənət və ən yaxşı ideyalarla xeyir verdiyini, xalqları zənginləşdirdiyini, birləşdirdiyini anlayırsan.

Bu gün müasir və dinamik inkişaf edən infrastruktura malik olan Səmərqənd şəhərinin bu unikal keyfiyyətləri onu regional və qlobal çağırışlara düzgün cavabların birgə müzakirəsi, axtarışı və razılaşdırılması üçün ən münasib və axtarılan platformaya çevirir.

Bəşəriyyətin bütövlüyü və qarşılıqlı əlaqəsi elədir ki, problemlərin əksəriyyəti təkcə regional deyil, həm də qlobal səviyyədə çalışmağı tələb edir.

Çoxillik birgə işimizin təcrübəsinə əsaslanaraq, biz əminik ki, ŞƏT-in Səmərqənd sammiti ümumi təhlükəsizlik və rifah naminə qarşılıqlı hörmət, etimad və konstruktiv əməkdaşlıq prinsiplərinə əsaslanan yeni, inklüziv dialoqun necə başlanmasına dair nümunə göstərəcək.

Səmərqənd məhz müxtəlif xarici siyasət prioritetlərinə malik olan dövlətləri birləşdirə və barışdıra biləcək platformaya çevrilə bilər.

?ünya Səmərqənddən bölünmüş deyil, bütöv və bölünməz görünür. Bu, bənzərsiz fenomen olan “Səmərqənd ruhu”nun mahiyyətidir ki, onun əsasında beynəlxalq əməkdaşlıq, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində prinsipcə yeni format - yeni beynəlxalq əməkdaşlıq formatı qurula bilər.

Mahiyyətcə, “Səmərqənd ruhu” üzvi şəkildə “Şanxay ruhu”nu tamamlamaq üçün hazırlanmışdır, bu təşkilat sayəsində 20 ildən artıq müddət öncə ölkələrimiz ehtiyac duyulan yeni təşkilatın yaradılmasına qərar veriblər.

Ona görə də əminik ki, Səmərqənddə biz ŞƏT-in həyatında yeni mərhələnin - Təşkilatın üzvlüyünün artması və gələcək gündəmin formalaşmasının - şahidi olacağıq və bu, çox simvolikdir.

Biz nikbinliklə doluyuq və əminik ki, Şanxay Əməkdaşlıq Təşkilatının qarşıdan gələn zirvə toplantısının qərarları həm regional, həm də qlobal miqyasda dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmlənməsinə böyük töhfə verəcək .

Paylaş:
Baxılıb: 310 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31