Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Nərimanov rayonunda şəhid və qazi övladlarına hədiyyələr verilib

Nərimanov rayonunda şəhid və qazi övladlarına hədiyyələr verilib

13.09.2022 [16:41]

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı və Grafika.az mağazalar şəbəkəsinin birgə təşkilatçılığı ilə yeni tədris ilinin başlaması münasibəti ilə Nərimanov rayonunda yaşayan bir qrup şəhid və qazi övladlarına məktəb ləvazimatlarının qarşılanması üçün hədiyyə kuponu təqdim edilir.

13 sentyabr 2022-ci il tarixdə YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov və təşkilatın əməkdaşları Nərimanov rayonunda yaşayan Vətən müharibəsi şəhidi Zaur Nudirəliyevin və qazi Elşən Mustafayevin evlərini ziyarət edib, onların ailə üzvləri ilə görüşüblər. Şəhid Zaur Nudirəliyevin və qazi Elşən Mustafayevin övladlarını qarşıdan gələn yeni tədris ili münasibətilə təbrik edib, onlara yüksək qiymətlərlə tədris ilini başa vurmalarını diləyiblər. Həmçinin, yeni tədris ilinə başlayacaq hər uşağa 100 AZN dəyərində Grafika.az mağazalar şəbəkəsinin hədiyyə kuponu təqdim olunub.

Sonra şəhid ailələrinin üzvləri, qazilər, məktəblilərin valideynləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 377 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30