Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / BMT-nin ali məclisində Azərbaycan multikulturalizmi barədə danışılacaq

BMT-nin ali məclisində Azərbaycan multikulturalizmi barədə danışılacaq

14.09.2022 [15:45]

BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində 21 sentyabr 2022-ci il tarixində Milli və ya etnik, dini və linqvistik azlıqlara məxsus şəxslərin hüquqları üzrə Bəyannamənin 30 illiyinə həsr edilən və açılış, ümumi debatlar və bağlanış sessiyalarından ibarət, fiziki formatda yüksək səviyyəli tədbirin keçirilməsi planlaşdırılır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, BMT Baş Assambleyasının bu mötəbər tədbirində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov məruzə ilə çıxış edəcəkdir. Məruzədə Azərbaycanda əsrlər boyu formalaşan və bu gün də davam edən tolerantlıq mühiti, dövlətimizin əsas istiqamətlərindən biri olan multikulturalizm siyasəti, milli və dini qrupların fəaliyyətlərinə yaradılan şərait və dövlət tərəfindən onlara göstərilən qayğı barədə müfəssəl məlumat veriləcəkdir.

Qeyd edək ki, dünyanın müxtəlif elmi dairələrində, nüfuzlu beynəlxalq təşkilatlarda ölkəmizdə müxtəlif xalqların və konfessiyaların sülh və əmin-amanlıq şəraitində birgə yaşamasına, Azərbaycan multikulturalizminin örnək model kimi öyrənilməsinə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinə maraq gündən-günə artır. 

Paylaş:
Baxılıb: 329 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31