Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Kosmosa göndərilən ilk canlılardan biri

Kosmosa göndərilən ilk canlılardan biri

03.11.2022 [11:29]

Məşhur Layka

Səidə RƏHİMLİ

Layka 1957-ci il noyabrın 3-də “Sputnik 2” adı altında kosmosa göndərilən “R-7” raketi ilə yerətrafı orbitə çıxan ilk heyvan olaraq tarixə düşüb. Bəs bu necə baş verdi? Niyə məhz adi küçə iti olan Layka seçildi?

Hazırda da bir çox sirli məqamlarını qorumağa çalışan kosmos əvvəllər insanlar üçün tamamilə müəmmalı idi. Kosmik uçuşların canlılara necə təsir edəcəyi haqqında məlumatları olmadığına görə bunu sınaqdan keçirib öyrənmək məqsədilə kosmosa it göndərmək qərarına gəldilər. Daha sonra Moskvada sahibsiz küçə itləri toplanılaraq kosmosa uçuş proqramına daxil edildi. Küçə itlərinin seçilməsində məqsəd onların maksimum aclığa və soyuğa davamlı olmaları idi. Bunun üçün yalnız dişi itlərdən istifadə olunurdu, çünki onlar anatomik cəhətdən erkəklərdən daha yaxşı uyğun gəlirdilər və daha kiçik, itaətkar olurdular.

İtlər kosmosa göndərilmək üçün xüsusi təlimlərdən keçirdilər. Lakin onların arasında Layka xüsusilə fərqlənirdi. Rus jurnallarından Laykanın xasiyyəti haqqında “soyuqqanlı” olduğu və digər itlərlə mübahisə etmədiyi yazılırdı. Layka sakitliyi ilə də digərlərində? fərqlənirdi. O, kosmosa getmək üçün xüsusi olaraq seçildi və təlimlərə başlanıldı:

* Kiçik kabinetlərdə qalmağa uyğunlaşması üçün 20 gün ərzində getdikcə kiçildilən qəfəslərdə saxlanılırdı;

* Cazibə qüvvəsindəki dəyişikliyə öyrəşdirməyə çalışırdılar;

* Yerin cazibə qüvvəsindən kənarda asanlıqla yeyilə bilən jele şəklində qida qəbul etməyi öyrətdilər:

* Hava təzyiqinin dəyişməsi və raketin qalxması zamanı yaranan yüksək səslərə reaksiyanı test etdilər və s.

Bütün bu təlimlər zamanı itin sağlamlığı, ürək döyüntüləri, bədən istiliyi, tənəffüs sürətləri, qan təzyiqi, fiziki hərəkətləri və s. diqqətdə saxlanıldı. Kosmosa gedən zaman Laykanın təxminən 3 yaşı olduğu deyilir.

Uçuşdan əvvəl Laykanı övladları ilə oynaması üçün evinə göndərdilər. Onun kosmosda yaşama ehtimalının çox az olduğunu və 7 gündən sonra oksigen çatışmazlığından - 15 saniyə ərzində ağrısız şəkildə öləcəyini düşünürdülər. Belə də oldu - Layka öldü. Laykanın ölümünə səbəb olaraq 6-cı gündə oksigenin qurtarmasını göstərdilər. Bununla da, insanların kosmosa gedə bilməsinin mümkün ola biləcəyinə inandılar və insanların kosmosa göndərilməsi üçün lazımlı işlər görülməyə başlandı.

Lakin Laykanın ölümünün əsl səbəbi bu deyildi. Bu, 2002-ci ilə qədər naməlum qaldı. 2002-ci ildə rus alimi Dimitri Malaşenkov onun ölümü ilə bağlı əvvəlki məlumatların yalan olduğunu açıqladı. Laykanın ölüm səbəbi həddindən artıq istiləşmə və çaxnaşma idi. O, havaya qalxdıqdan sonra cəmi 5-7 saat sağ qala bilib. Uçuşun səsləri və təzyiqləri Laykanı dəhşətə gətirib, onun ürək döyüntüsü üç dəfə, tənəffüs sürəti isə dörd dəfə artıb. Təəssüf ki, istilik qoruyucusunun itirilməsi kapsuldakı temperaturun gözlənilmədən yüksəlməsinə səbəb olub və bu, Laykanı öldürüb.

Layka kosmosa gedən ilk canlı olaraq bütün dünyada məşhurlaşdı və hər kəsin rəğbətini qazandı. 2008-ci ildə Moskvada Layka heykəli olan kiçik bir abidənin açılışı oldu. Abidədə raketin üstündə duran Layka təsvir edilib.

Paylaş:
Baxılıb: 482 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31