Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı

Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı

03.11.2022 [14:05]

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair Soçidə keçirilən üçtərəfli görüşün nəticələri sülh prosesinin ruhunu və istiqamətini bir daha sərgilədi. Soçi görüşünün nəticələri Azərbaycan diplomatiyasının növbəti uğurudur və danışıqlar prosesinin məhz Azərbaycanın müəyyənləşdirdiyi sülh gündəliyi üzrə getdiyini göstərir. Soçi görüşündə bir daha kimin qalib, kimin isə məğlub olduğu həqiqəti açıq-aşkar hiss olundu. Regionda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunması vahid yanaşma kimi qəbul edildi. Münaqişənin bitməsi Prezident İlham Əliyevin ortaya qoymuş olduğu qəti mövqedir. Rusiya Prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən üçtərəfli görüşün ab-havasını Azərbaycan müəyyənləşdirdi, şərtlərini də dövlətimizin başçısı Rusiya Prezidenti ilə keçirilən ikitərəfli görüşlə formalaşdırdı: münaqişə iki il əvvəl bitib və bu istiqamətdə hər hansı bir müzakirə aparmaq mənasızdır.

Yekun sənədin ən vacib məqamlarından biri isə dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsidir ki, buna da tərəflər öz razılıqlarını bildirib. Əslində, sənədin bu bəndi Praqada qəbul olunan sənədin müvafiq bəndi ilə eynidir.

Beləliklə, üçtərəfli görüşün yekunları ilə bağlı birgə bəyanatda Ermənistanın maraqlarından irəli gələn heç bir müddəa əksini tapmadı. Odur ki, Soçi görüşünü və görüşün yekununa dair qəbul olunmuş bəyanatı Paşinyan hökumətinin növbəti diplomatik məğlubiyyəti adlandırmaq olar.

Azərbaycan Prezidenti İlham Əliyev isə Soçi görüşündə də növbəti dəfə qətiyyət nümayiş etdirərək, Dağlıq Qarabağ münaqişəsinin tarixdə qaldığını xüsusi vurğuladı, ölkənin milli maraqlarını güzəştə getməyəcəyini bir daha nümayiş etdirdi. Prezident Əliyev növbəti dəfə bəyan etdi ki, “Qarabağ bölgəsində yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik. Qarabağ Azərbaycandır! İkinci Qarabağ müharibəsi bunu meydanda sübut etdi. İşğal dövründə dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan bu qondarma qurumu tanımadı. Ona görə də daxili işlərimizlə bağlı məsələləri heç vaxt beynəlxalq qurumlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etmirik”.

Elçin İsmayılov,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri.

Paylaş:
Baxılıb: 367 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30