Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bütün çətinliklərin öhdəsindən bir amil gəldi - Azərbaycan liderinin nüfuzu

Bütün çətinliklərin öhdəsindən bir amil gəldi - Azərbaycan liderinin nüfuzu

07.11.2022 [11:40]

İlqar Vəlizadə: Cənab Prezidentin hər bir sözü, hər bir fikri hərbçilərimizi qələbəyə ruhlandırırdı

"Qələbəyə aparan yolda atılan addımlar, verilən qərarlar Prezident İlham Əliyevin səriştəli və uzaqgörən siyasətinin nəticəsi idi"

Qarabağ zəfərindən iki il ötür. Ötən iki il ərzində bu barədə çox danışılıb, çox yazılıb. Həmin o çətin günlərdə Ali Baş Komandan, Prezident İlham Əliyevin atdığı addımlar, verdiyi qərarlar, nümayiş etdirdiyi qətiyyət Azərbaycanımızı qələbəyə yetişdirdi. Bu barədə politoloq İlqar Vəlizadə ilə söhbətləşdik.

- İlqar müəllim, Zəfər bayramının ikinci ildönümünü yaşayırıq. Bu böyük qələbəmizin memarı şübhəsiz ki, Ali Baş Komandan, Prezident İlham Əliyevdir. İki il öncəyə qayıtsaq, o günləri necə xatırlamaq olar – çətin, bəlkə də mümkünsüz geosiyasi situasiyada verilən qətiyyətli qərarlar, inqilabi addımlar nəyə əsaslanırdı?

- Azərbaycanın müasir tarixinin ən böyük uğuru şəriksiz olaraq Qarabağ müharibəsində əldə olunan qələbəmizdir. Ümumiyyətlə, tarixin yazılmasında tarixi şəxsiyyətlərin rolu var. Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, dövlətimizin inkişaf yolu son 28 ildə tariximizdə mühüm izlər qoyan şəxsiyyətlər tərəfindən yazılıb. Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Həmin dövrün geosiyasi vəziyyətini təhlil edərkən situasiyanın necə çətin olduğunu görməmək mümkün deyil. Belə çətin geosiyasi vəziyyətdə belə uğurlu müharibə aparmaq ilk növbədə böyük cəsarət tələb edirdi. Bunun üçün kifayət qədər dərin biliklərə malik olmaq, siyasi situasiyanı düzgün dəyərləndirmək, dövrün nəbzini tutmaq lazım idi. Böyük güclərin siyasi maraqlarını bəzən neytrallaşdırmaq, bəzən balanslaşdırmaq gərəkirdi. Bu çox çətindir. Çünki Azərbaycan kiçik bir ölkədir. ABŞ, Rusiya və digər ölkələrlə müqayisədə bizim resurslarımız da o qədər çox sayıla bilmz. Bunun fonunda 28 illik fasilədən sonra müharibə aparmaq, Azərbaycan xalqını zəfərə çatdırmaq böyük addım idi.

- Təbii ki, söhbət həm hərbi, həm də diplomatik sahədə qazanılan uğurlardan gedir. Bu qələbələrdə Prezident İlham Əliyevin şəxsi nüfuzu, siyasi qətiyyəti, dünyagörüşü hansı rolu oynadı?

- Məncə də bu qələbəni həm hərbi, həm də diplomatik sferada izah etmək yerinə düşər. Çünki 44 günlük müharibədə əldə olunan Zəfər həm də diplomatik səhnədə qazanılan böyük qələbələrin sayəsində başa gəlib. Həmin dövrdə müxtəlif regional, hətta qlobal səviyyəli güclər Azərbaycana müharibəni, hərbi əməliyyatları dayandırması üçün təzyiqlər göstərirdi. Prezident İlham Əliyev həmin dövrdə verdiyi müsahibələrində, xalqa müraciətlərində də bildirirdi ki, Azərbaycana müharibənin dayandırması üçün müxtəlif ünvanlardan təzyiqlər göstərilir. Bu tələblərin sırasında nəinki müharibəni dayandırmaq, hətta azad edilmiş torpaqlardan belə hərbçilərimizin çıxarılması yer alırdı. Bütün bunlar Azərbaycanın necə böyük təzyiq altında müharibə apardığını göstərirdi. Təbii ki, bu tələblər haqsız və ədalətsiz tələblər idi. Bəzi ermənipərəst güclər hətta BMT çərçivəsində anti-Azərbaycan mahiyyətli qətnamənin qəbuluna nail olmaq istəyirdilər. Həmin dövrdə bütün bu çətinliklərin öhdəsindən bir amil gəldi - Azərbaycan liderinin nüfuzu. Cənab İlham Əliyev dünyanın bir sıra böyük dövlətlərinin liderləri ilə şəxsi, yaxın münasibətlərə malik idi və bu amil həmin dövrdə həlledici rola malik oldu. Əks halda bu qətnamə sözsüz ki, qəbul ediləcəkdi. Bu isə öz növbəsində Azərbaycanın haqq işinə mane olacaqdı. Bu zaman isə 44 günlük müharibənin nəticələri fərqli də ola blilərdi. Amma biz bu qətnamənin qarşısını aldıq. Azərbaycan Prezidentinin nüfuzu, Qoşulmama Hərəkatının lideri qismində uğurlu fəaliyyəti bunu təmin etdi. Azərbaycanın ədalətli mövqeyi, digər ölkələrlə olan yüksəksəviyyəli münasibətlər, həmin ölkələrin başçılarının Azərbaycana, Prezidentimizə olan hörməti, yüksək etimadı nəticəsində bu arzuolunmaz siyasi proseslərin qarşısı alındı. Burada Prezident İlham Əliyevin yüksək şəxsi keyfiyyətləri vacib rol oynadı. Dövlət başçısı həmin dövrdə müxtəlif liderlərlə əlaqələr qururdu, telefon danışıqları aparırdı və situasiyanı onlara izah edirdi. Bildirirdi ki, Azərbaycan bü müharibəni dayandıra bilməz. Bu müharibə Azərbaycan xalqının iradəsinə uyğun olan müharibədir. Prezident İlham Əliyev xalqının istəklərini hiss edirdi və bunu Öz fəaliyyətində əks etdirirdi. Xalqın arzusunu bilmək, onu hiss etmək hər dövlət başçısına xas xüsusiyyətlər deyil. Ali Baş Komandanın göstərişi, ordumuzun rəşadəti ilə azad edilən hər bir şəhərin, hər bir kəndin, hər bir qəsəbənin azadlıq günü bir bayrama çevrilirdi.

- Qeyd etdiniz ki, Prezident İlham Əliyev öz xalqının maraqlarını, fikirlərini dilə gətirirdi. Xalq isə birmənalı şəkildə öz liderinin arxasında idi. Bu vəhdətin qələbənin əldə olunmasındakı payı hansı dərəcədədir?

- 44 günlük Vətən müharibəsində sonuncu azad edilən böyük məntəqə Şuşa şəhəri oldu. Şuşa kimi şəhəri azad etmək əslində qeyri-mümkündür. Çünki ermənilər işğal dövründə həm Şuşada, həm də digər regionlarda müdafiə  istehkamları qurmuşdular. Cənab Prezidentin hər bir sözü, hər bir fikri hərbçilərimizi qələbəyə ruhlandırırdı. Bizim əsgərlərimiz olduqca çətin relyefdə hərəkət edirdilər və Şuşa qələbəsi hərb tarixində yeni bir səhfiə açmışdı. Xarici mətbuat buna Azərbaycanın apardığı təbliğat nəticəsində nail olunduğunu yazırdı. Amma mənim fikrimcə, bu, xalqla iqtidar arasındakı dialoqun nəticəsi idi. Çünki Prezident İlham Əliyev xalqına sadəcə çağırışlar etmirdi, sadəcə hansısa şüarları səsləndirmirdi. Prezident demək olar ki, 44 gün ərzində hər gün xarici mətbuata müsahibələr verir, televiziya ildə xalqa müraciətlər edirdi. Bütün bunlar isə xalqla Prezidentin dialoqunu formalaşdırırdı. Dövlət başçısı məqsədlərimizi izah edirdi. Xalq rəhbərinin atdığı addımları görürdü və anlayırdı. Bu dialoqun da qələbənin təmin edilməsində böyük rolu oldu. Bu inamı qazanmaq və xalqına da inam qazandırmaq hər liderə qismət olmur. Yeri gəlmişkən, müharibə dünyada, o cümlədən Azərbaycanda COVİD-19 pandemiyasının ən güclü dövrünə təsadüf etmişdi. Pandemiya dünyada mənfi fəsadlar törədirdi. Bir çox sahələrin fəaliyyəti dayanmışdı. Bəzi siyasi şərhçilər, siyasətçilər düşünürdülər ki, Azərbaycan xalqı belə şəraitdə ümumiyyətlə müharibə apara bilməyəcək. Hətta belə ehtimallar irəli sürənlər də tapılırdı ki, müharibə daxildə hansısa çaxnaşmalara yol aça bilər. Təbii ki, bu iddiaları Azərbaycan cəmiyyətini tanımayan, onu anlamayan siyasətçilər düşünürdülər. Həmin günlərdə bütün bunların əksi  oldu - xalq, müxtəlif sosial təbəqələrin nümayəndələri, müxtəlif siyasi düşüncəyə malik insanlar həmrəylik nümayiş etdirdi, milli birlik formalaşdı. Xalq anlayırdı ki, belə bir çətin şəraitdə ölkəmizin bir parçası olan Qarabağı nəyin bahasına olursa olsun azad etməliyik. Bu birliyin əldə olunmasında da Prezident İlham Əliyevin rolu çox böyükdür. Dövlət başçısının 2003-cü ildən yürütdüyü ardıcıl siyasət, xalqla, cəmiyyətlə hakimiyyət arasındakı dialoq uğurlu nəticəyə yol açdı. Bu nəticə isə Zəfərin qazanılmasına zəmin formalaşdırdı. Bütün bunlar xalqın öz Prezidentinə olan etibarından xəbər verirdi. Qələbəyə aparan yolda atılan addımlar, verilən qərarlar Prezident İlham Əliyevin səriştəli və uzaqgörən siyasətinin nəticəsi idi.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 458 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30