Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / And içirəm!

And içirəm!

11.11.2022 [10:22]

Gənc əsgərlər Vətənə sədaqət andı içiblər

MÜŞFİQƏ

“Mən Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Silahlı Qüvvələri sıralarına daxil olarkən, Vətənim Azərbaycana və onun xalqına sadiq olacağıma and içirəm”.

Vətən müharibəsində təsdiqləndi ki, Zəfər həm Azərbaycan Ordusunun gücü, həm də şəxsi heyətinin qüdrəti ilə qazanıldı. Bu qüdrətin başlanğıcı isə gənc əsgərlərin hazırlığıdır.

Bu günlərdə Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Təntənəli surətdə hərbi andı qəbul edən gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına söz veriblər.

Himnimizin fonunda üçrəngli bayrağımızı ucaldıblar. Neçə-neçə valideynə, qardaş-bacıya qürur və fəxr hissi yaşadıblar. Bir növ, valideynlərinə, Vətənə borclarını ləyaqətlə yerinə yetirəcəklərinə dair də sədaqət andı içiblər. Bayrağımızı, torpağımızı canı-qanı bahasına qoruyacaqlarına söz veriblər. Əminliklə deyə bilərik ki, bu gün Vətənə sədaqət andı içən əsgərlərimiz hərbi anda sadiq qalacaq, intizamlı əsgərlər olacaq, silah və texnikanın sirlərini dərindən öyrənəcəklər.

Onların şücaətini ifadə edən neçə-neçə sənət əsərləri yaradılıb. Bu mənada, musiqisi Ramiz Mirişli, sözləri isə Məmməd Araza məxsus olan “Əsgər andı” mahnısı xüsusi diqqət çəkir. Əsərdə deyildiyi kimi, “Əsgər andı atəş demək, yürüş deməkdir”. Əsgərə mənəvi ruh aşılayan şeirin hər bir misrasından xalq ruhu süzülür, desək, yanılmarıq:

Dağdan-daşdan gəlir səsin,

Xatirələr - yolun indi.

Hünərimə keşik çəkən

Nəvəm əsgər olub indi. 

Əsgər andı - atəş demək,

Əsgər andı - yürüş demək.

Vətən mənə oğul dedi,

Zəfərimdi, şərəfimdi. 

Adsız məzar mənimkidi,

Heykəl olan əsgər mənəm.

Sinəsində bayrağını

Uca tutan əsgər mənəm.

Onlar artıq qalib ölkənin əsgərləridir. Bundan sonra Vətən əsgərlərə, onlar da Vətənə əmanətdirlər. Vətənə, dövlətə sədaqət andı içərək torpaqlarımızı şərəflə qorumaq məsuliyyətini üzərlərinə götürən gənc əsgərlərə xidmətlərində uğurlar arzulayırıq.

Paylaş:
Baxılıb: 345 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30