Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türkiyədə terror aktında xəsarət alanların sayı 81 nəfərə çatıb, 6 nəfər ölüb - YENİLƏNİB-4

Türkiyədə terror aktında xəsarət alanların sayı 81 nəfərə çatıb, 6 nəfər ölüb - YENİLƏNİB-4

13.11.2022 [22:22]

Türkiyədə terror aktında xəsarət alanların sayı 81 nəfərə çatıb.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Vitse-prezidenti Fuad Oktay deyib.

O, qeyd edib ki, terror aktını qadın törədib.

“Hücumçu bombanı partladan qadın olub. Nəticədə 6 nəfər ölüb, yaralıların sayı 81 nəfərə çatıb, yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir”, - Fuad Oktay bildirib.

Hadisə terror aktı kimi qiymətləndirilir.


xxx

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə, yaralıların sayı 53-ə çatıb.

Bu barədə İstanbul valisi Ali Yerlikaya tviter hesabında yazıb.  

"Təəssüf ki, İstiqlal küçəsində baş verən partlayış zamanı öllənlərin sayı 6 nəfərə yaralıların sayı 53-ə çatdı. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara tezliklə sağalmalarını diləyirik", - o tivter hesabında yazıb. 

xxd

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 38 nəfər yaralanıb.

Bu barədə İstanbul valisi Ali Yerlikaya tviter hesabında yazıb.  

"İstiqlal küçəsində baş verən partlayış zamanı ilkin məlumata görə, 4 nəfər həyatını itirib, 38 nəfər yaralanıb. Yaralılarımız müalicə olunur.

Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik", - o tivter hesabında yazıb.

Vali qeyd edib ki, hadisə ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

 

xxx
 

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölən və yaralananlar var.

"Haber Global" xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerlikaya bildirib.

Vali qeyd edib ki, yaralı sayı 11 nəfərdir. Ölənlərin sayı açıqlanmır.

Hadisə yerinə polis, səhiyyə, xilasetmə qrupları cəlb edilib.

xxx

İstanbulun İstiqlal prospektində partlayış baş verib. 

Hadisə yerinə çox sayda polis və səhiyyə işçiləri, eləcə də yanğınsöndürən briqadalar cəlb olunub. 

Səbəbləri hələ bəlli olmayan partlayışın Taksim meydanı yaxınlığında baş verdiyi bildirilir. Yaralılar var.

Paylaş:
Baxılıb: 344 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31