Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Nərimanovda YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Nərimanovda YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

16.11.2022 [16:54]

15 noyabr tarixdə Odlar Yurdu Universitetində Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı və Odlar Yurdu Universitetinin birgə təşkilatçılığı ilə  keçirilən tədbirdə Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Universitetin prorektorları, müəllim və tələbə heyəti iştirak edib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, həmçinin, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş video-çarx tədbir iştirakçılarına təqdim olunub.

Tədbirdə giriş sözü ilə çıxış edən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev bildirib ki, Cənubi Qafqazın ən böyük aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) cəmiyyətimizin bütün təbəqələrini ətrafında sıx birləşdirən ümumxalq partiyasıdır və ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan keşməkeşli yol keçib və ümumxalq partiyasına çevrilib. S. Vəliyev Azərbaycan xalqının Ümummilli Liderinin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyası həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atdığını qeyd edib.

Sonra Odlar Yurdu Universitetinin prorektoru Qabil Qafarov və digərləri çıxış edərək, bildiriblər ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayıb. Qeyd olunub ki, Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Yeni Azərbaycan Partiyasının sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.

Tədbir bədii kompozisiya ilə davam edib.

Paylaş:
Baxılıb: 235 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31