Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Kıbrıs türkü: Quruluşunun 40-cı ilində Şimali Kıbrısın beynəlxalq aləmdə dövlət olaraq tanınmasını arzu edirik

Kıbrıs türkü: Quruluşunun 40-cı ilində Şimali Kıbrısın beynəlxalq aləmdə dövlət olaraq tanınmasını arzu edirik

18.11.2022 [10:04]

“Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv qəbul edilməsi biz Kıbrıs türkləri üçün sevindiricidir. Çoxdan gözlədiyimiz bir məqam nəhayət ki, gerçəkləşdi. Ölkəmizin yaxın gələcəkdə TDT-yə üzv qəbul olunmasını da arzu edirik ki, bu məsələdə də başda Türkiyə, Azərbaycan, Qazaxıstan olmaqla türk dünyasının dəstəyinə inanırıq”.

 “Yeni Azərbaycan” qəzetinə bu fikirləri Kıbrıs Türk Kültür Dərnəyinin keçmiş rəhbəri, siyasətçi-yazar Əhməd Göksan bildirib.

“Kıbrıs Türk Cümhuriyyətini Rauf Denktaş Bülent Ecevitin dəstəyi ilə qurdu”

 15 noyabr Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin yaranmasının 39 ilinin tamam olduğunu deyən Əhməd Göksan Kıbrıs türklərinin adada yaşantıları haqqında danışıb, çəkdiyi çilələrə baxmayaraq hər zaman əzmlə mübarizə apardıqlarını deyib, qurucuları Rauf Denktaşın rəhbərliyi altında Kıbrıs türklərinin əzmi, mübarizəsi nəticəsində 1983-cü ilin 15 noyabrında Kıbrıs Türk Cümhuriyyəti qurulduğunu vurğulayıb: “O dönəmlərdə Türkiyədə baş nazir postunda olan Bülent Ecevitin dəstəyi ilə 1974-cü ilin 20 iyulunda ilk Kıbrıs Hərəkatı, həmin ilin 14 avqustunda isə “Ayşe tətilə çıxsın” parolu ilə ikinci hərəkat başladıldı və nəticədə 1983-cü ildə Cümhuriyyətimiz quruldu. Amma mübarizəmiz günümüzə qədər davam edir. “Böyük İdeal” xülyası ilə yaşayan Ortodoks Kilsəsi adanın bütünlükdə Yunanıstana aid olması üçün 1950-ci illərin əvvəllərində EOKA terror təşkilatını qurdu. Bundan başqa kommunist AKEL partiyasının da qurduğu PEON gənclər təşkilatı da türklərin qətli üçün təşkilatlanmışdı. EOKA hücumlarının başlamasından sonra Kıbrıs türkləri də 1958-ci ildə Türk Müqavimət Təşkilatını qurdu. 1958-ci ildə 14 yaşımda ikən mən də bu təşkilatda mübarizəyə qatıldım”.

 XVI əsrdə adada əhalinin 40 faizi Kıbrıs türkləri olub

Əhməd Göksan deyib ki, müstəmləkəçi ingilislərin 1870-ci illərdə Kıbrıs adasını kirayə alması, sonralar o əraziyə sahiblənmə iddiası və adanın 10 faizinin türklərə aid edilməsi kimi ədalətsiz bir qərarı da Kıbrıs türklərini daha çox mübariz olmağa vadar edib: “Halbuki bu ərazi Kıbrıs türklərinin məskənidir, vətənidir. Mən ingilis arxiv sənədlərinə istinad etməklə bir araşdırmamda da qeyd etmişəm: 1572-ci ildə aparılan əhali siyahıya alınmasında Kıbrıs türklərinin adada 28 800 nəfər olduğu qeyd edilib ki, bu da o zaman adada yaşayan əhali sayının 40 faizdən çoxunu təşkil edir. Deməli, Osmanlı imperiyasının Kıbrısı fəthindən öncə də bu ərazidə türklər yaşayıb. Osmanlını türklər orada müqavimətlə qarşılamayıb, orduda olan türk əsgərlərin bir qismi də o ərazidə məskunlaşdıqları üçün və bundan əlavə Osmanlı hökumətinin verdiyi xüsusi qərarnamə ilə o vaxtdan üzübəri türklərin sayı daha da çox artmağa başlayıb. Amma Yunanıstan nə etdi? 100 min vətəndaşına adada vətəndaşlıq verməklə Cənubi Kiprdə əhali sayını süni olaraq çoxaltdı”.

Şimali Kıbrısa qarşı embarqolara son qoyulmalıdır!

1948-ci ildə qurulan Kıbrıs Türk Kültür Dərnəyinə 2000-ci illin əvvəllərində rəhbərlik etdiyini deyən Əhməd Göksan bu təşkilatın sonradan Türkiyənin Xarici İşlər Nazirliyinin nəzdində Şimali Kipr Cümhiriyyətinə xidmət etdiyini də qeyd edib: “1974-cü ildə birinci barış hərəkatından sonra Cenevrədə BMT-nin verdiyi qərarla adada Türk və yunanların ayrı-ayrı muxtar respublikaları quruldu, lakin bu qərarı yunanlar pozduğu üçün, Türkiyənin dəstəyi ilə ikinci barış hərəkatı başlandı və 13 fevral 1975-ci ildə Kıbrıs Türk Federal dövlətini qurduq. Və o vaxtdan da qarşımızdakı ünsür Kıbrıs türklərinə embarqolar tətbiq edilməsi üçün beynəlxalq təşkilatların ikili standartlarının tətbiqindən istifadə edirlər. Ermənilərin Qarabağla Azərbaycan türklərinə yaşatdıqlarını, yunanlar da Kıbrısda bizə yaşatdılar. Mən illər öncə Kıbrıs Türk Kültür Dərnəyinin rəhbəri olaraq Azərbaycana səfər etmişdim. Orada çıxış edərək bildirdim ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozduğu kimi, Kıbrıs türklərinin də torpaqlarını yunanlar işğal edib. Çıxışımda türklərə edilən qətllərlə əlaqədar bir komitə yaradılmasını da təklif etdim. Hətta bu fikiri də səsləndirim, biz türklər hər zaman böyük imperiyaların hücumlarına qarşı mübarizə aparmağa məhkumuq, bu səbəbdən də türk dünyasının birliyinin möhkəmlənməsi çox önəmlidir”.

Şimali Kıbrısın 28 şəhərdə nümayəndəliyi var

Əhmət Göksan deyib ki, bu gün Şimali Kıbrısın beynəlxalq aləmdə tanınmamasına baxmayaraq, BMT-də və Bakı, Vaşinqton, London, Berlin də daxil olmaqla dünyanın 28 şəhərində nümayəndəliyi var: “Mən inanıram ki, Şimali Kıbrısın Türk Dövlətləri Təşklatında mövqeyinin möhkəmlənməsində xüsusilə Azərbaycan dəstək verəcək. Və bu dəstəklə əlaqədar Kıbrıs Türkləri adına Azərbaycana təşəkkürümü bildirirəm. Türkiyənin də mübarizəsi ilə necə ki, Fələstin dövləti mərhələ-mərhələ rəsmi dövlət statusu aldı, eləcə də Kıbrısın rəsmi status alacağına əminəm. Şimali Kıbrıs Türkiyə Cümhuriyyətinin yaşadılması lazımdır və bu məsələdə Türkiyənin əhəmiyyətli dəstəyini ilə bərabər, digər türkdilli dövlətlərin də dəstək verəcəyinə ümidliyəm. Odur ki, quruluşunun 40-cı ilində Şimali Kıbrısın beynəlxalq aləmdə dövlət olaraq tanınmasını arzu edirik”.

Sevil Hilalqızı Ünal,

Ankara

Paylaş:
Baxılıb: 361 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30