Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Partiyanın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Partiyanın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

19.11.2022 [10:23]

Yeni Azərbaycan Partiyası Nəsimi rayonu, “Elçin İsaqzadə qəsəbəsi  7-ci köndələn” üzrə Ərazi Partiya Təşkilatında (Azərbaycan Respublikası Standartlaşdırma İnstitutu) partiyanın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə aid video-çarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ölkə ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb: “Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyuldu. Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi 30 illik şərəfli yol ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətinin nəticəsidir.” Çıxışını davam etdirən yerli təşkilatın sədri vurğuladı ki, Ulu öndər Heydər Əliyev siyasi kursunun uğurlu və layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Dünyaya Günəş kimi doğmaqdadır və Azərbaycanda aparılan məqsədyönlü islahatların fonunda Yeni Azərbaycan Partiyasında aparılan islahatlar da bu gün öz parlaq nəticəsini verməkdədir.

Sonra çıxış edən Azərbaycan Respublikası Standartlaşdırma İnstitutunun Baş direktoru,  Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı, Elçin İsaqzadə qəsəbəsi  7-ci köndələn” üzrə Ərazi Partiya Təşkilatının sədri İlham Bayramov ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətində fəaliyyətindən bəhs edib.  Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici Azərbaycan Respublikası Prezidenti, Partiyamızın sədri İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. 

Paylaş:
Baxılıb: 289 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31