Avropa İttifaqının demokratiyaya hücum planı...
14.09.2024 [08:42]
Brüsselin ölkəmizə qarşı iddiaları əsassızdır
Avropa İttifaqının ölkəmizə qarşı qərəzli mövqeyi davam edir. Avropa İttifaqı (Aİ) Avropa Şurası Nazirlər Komitəsinin 11 sentyabr tarixli iclası zamanı İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitənin (İQAK) 3 iyul tarixli ictimai bəyanatına istinad edərək Azərbaycanla bağlı tənqidi çıxış edib. Belə ki, Aİ Azərbaycan hakimiyyəti ilə İQAK arasında davamlı əməkdaşlığın olmamasından “təəssüflənib” və rəsmi Bakını Komitə ilə konstruktiv dialoqu bərpa etməyə “çağırıb”. Aİ bəyanatında Azərbaycanda “müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin həbslərindən narahat” olduğunu da bildirib: “Biz Azərbaycanı şəffaflığı, eləcə də bütün məhbuslar üçün layiqli və təhlükəsiz şəraiti, o cümlədən onların tibbi və müstəqil hüquqi xidmətlərə tam çıxışını təmin etməyə, işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza ilə bağlı ciddi məsələləri həll etməyə çağırırıq”.
Aİ Fransada etirazçıların öldürülməsini niyə pisləmir?
Əslində isə Avropa İttifaqının səsləndirdiyi iddiaların heç bir əsası yoxdur. Avropa İttifaqı “ortaq beynəlxalq öhdəliklərimizə uyğun olaraq, insan hüquqları və qanunun aliliyi də daxil olmaqla əməkdaşlığımızın bütün istiqamətləri üzrə Azərbaycanla dialoqun davam etdirilməsinə sadiqdir”, - deyə bəyan etsə də, bu blokun ayrı-ayrı ölkələrdə baş verən proseslərə müxtəlif yanaşma sərgilədiyi bütün dünyaya məlumdur.
Əgər Avropa İttifaqı müxtəlif ölkələrdə baş verən proseslərə obyektiv mövqe ortaya qoyursa, Fransada “sarı gödəkçəlilər” aksiyasında etirazçıların öldürülməsinə, Parisin neokolonial siyasətinə niyə münasibət bildirmir? Dünya ictimaiyyəti Fransada əhalinin etiraz aksiyalarının hüquq-mühafizə orqanları tərəfindən necə qəddarlıqla dağıdılmasına şahiddir. Həmçinin Parisin müstəmləkəsi altında olan ərazilərdə, o cümlədən Yeni Kaledoniyada dinc insanların qətli və həbslər zorakılığın bariz nümunəsidir. Eyni zamanda, Aİ strukturlarında rüşvətxorluq və korrupsiya hallarının yayılmasını, islamofobia və müsəlmanlara qarşı hücum faktlarını Brüssel hələ də sükutla qarşılayır.
XİN: Bu qarayaxma kampaniyasını qətiyyətlə rədd edirik!
Azərbaycanın Xarici İşlər Nazirliyi də məsələyə münasibət bildirib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə deyib ki, Avropa İttifaqının yenidən həmin ictimai bəyanata istinadən qərəzli açıqlamalar verməsi qəbuledilməzdir və bu qarayaxma kampaniyasını qətiyyətlə rədd edirik: “Ölkəmizə qarşı bu kimi əsassız bəyanatlarla çıxış etmək əvəzinə, qarşı tərəfi? Aİ-yə üzv dövlətlərdə insan hüquqlarının pozulması hallarına diqqət yetirməsini tövsiyə edirik. Aİ tərəfi Fransada “sarı gödəkçəlilər” aksiyasında etirazçıların öldürülməsi, Fransanın neokolonial siyasəti nəticəsində dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı işgəncələr, Aİ strukturlarında rüşvətxorluq və korrupsiya hallarının yayılması, İslamofobia və müsəlmanlara qarşı hücum faktları hələ də araşdırılmayıb və Aİ tərəfi bu problemlərə adekvat münasibət bildirməyib”.
Həqiqətən də, son illər Avropa İttifaqının bır sıra ölkələrində müsəlmanların təqib və təhqir olunması artıq tendensiyaya çevrilib. Üstəlik, bu hərəkətlər əvvəlcədən planlaşdırılmış qaydada və müəyyən siyasi dəstək əsasında edilir. Bu, həm də onu göstərir ki, Qərbdə, Avropada təkcə siyasi dəyərlər aşınmaya məruz qalmır, eyni zamanda, ideoloji, mənəvi və dini ayrı-seçkilik artır, sivilizasiyaların toqquşması tezisi təbliğ edilir. Arzuolunandır ki, Avropada belə qarşıdurma ssenarilərinə son qoyulsun, islamofobiya, irqçilik, diskriminasiya əvəzinə tolerantlıq, multikulturalizm seçilsin, bəşəri dəyərlər təbliğ və təşviq edilsin. Lakin proseslər göstərir ki, Avropada mövcud olan bu zərərli tendensiyaya son qoyulması hazırkı dönəmdə real görünmür. Çünki bütün bunların fonunda miqrant problemləri artır, demokratiya və insan haqları məsələlərində ziddiyyətlər güclənir.
Aİ daxilində nə baş verir?
Bu neqativ hallar bir sıra təşkilatların hesabatlarında da əksini tapır. Belə ki, Avropa İttifaqının Əsas Hüquqlar Agentliyinin (FRA) son hesabatında da bildirilib ki, demokratiyaya hücumlar, irqçilik və ksenofobiya, eləcə də miqrasiya problemləri 2024-cü ildə Avropa İttifaqında fundamental hüquqlar üçün əsas təhdidlərdir. Agentlik, miqrasiya təzyiqini nəzərə alaraq, dənizdə axtarış-xilasetmə əməliyyatlarını gücləndirməyi (hesabata əsasən, 2023-cü ildə Aİ ölkələrinə üz tutan 4 mindən çox insan həlak olub) və gəldikdən sonra miqrantlarla ünsiyyət üçün daha təhlükəsiz şərait təmin etməyi tövsiyə edib. FRA, eləcə də dövlətin dinc yığıncaqlar və fikirləri ifadə etmək azadlığı hüququna münasibətdə həddən artıq müdaxiləsini pisləyib və qeyd edib ki, bu, mülki məkana təhdiddir, belə vəziyyət ictimai işlərdə əhəmiyyətli iştirakın mövcud olmaması deməkdir və dezinformasiya ilə birləşdikdə bütün Avropa ölkələrində demokratiyaya xələl gətirir. “27 üzv dövlət, həmçinin vətəndaş cəmiyyətinin müdafiəsini gücləndirməli, antisemitizm və islamofobiyanın artması barədə xəbərdarlıq edərək, həyəcanlı tendensiya kimi təsnif etdikləri irqçilik və dözülməzliyin bütün formaları ilə mübarizə aparmalıdır”,-deyə hesabatda vurğulanıb.
Göründüyü kimi, bu hesabatı hansısa uzaq ölkə yox, məhz Aİ-yə aid olan təşkilat bu ilin iyununda açıqlayıb. Brüssel Azərbaycan haqqında əsassız bəyanatlar verməkdənsə, bu hesabatda vurğulanan daxili problemlərini həll etsə daha yaxşı olar.
Aİ Ermənistanın himayədarı rolunda...
Digər tərəfdən, Aİ həqiqətən insan haqlarının müdafiəçisidirsə, nə üçün Ermənistanda hakimiyyətə qarşı etiraz aksiyalarının zorakılıqla dağıdılmasına susurdu? Məlumdur ki, bu il aprelin sonlarından etibarən bir neçə ay ərzində müxalifət Paşinyan iqtidarına qarşı kütləvi etiraz aksiyaları keçirdi. Bu aksiyaların bir çoxu dağıdıldı və xeyli sayda etirazçı həbs olundu. Bəs o zaman Aİ harada idi və nə üçün Ermənistanda insan haqlarının müdafiəsi məqsədilə bəyanatlar vermədi? Əksinə, bu dövrdə Brüssel Ermənistan hökuməti üçün dəyəri onmilyonlarla avro ölçülən qrant və dəstək paketlərinin həcmini daha da artırdı. Bu, XİN rəsmisi A.Hacızadənin dediyi kimi, Aİ-nin himayədarlıq etdiyi Ermənistanda insanların fundamental hüquq və azadlıqlarının pozulmasına, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda həyatlarını itirməsi hallarına, habelə siyasətçilər və onların ailə üzvlərinə qarşı təqiblərə Aİ-nin biganə qalması da ikili standartların bariz nümunəsidir. Qeyd edilənlər fonunda, Aİ-nin bu cür qərəzli və ədalətsiz bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Xüsusilə də, COP29 tədbiri ərəfəsində Azərbaycana qarşı aparılan bu qarayaxma kampaniyası ölkəmizə qarşı qərəzin açıq-aşkar nümunəsidir.
Bütövlükdə, iddiaların əksinə olaraq, Azərbaycanda insanların bütün hüquqları qorunur, azadlıqdan məhrum edilmiş şəxslərin müdafiə olunması ilə yanaşı, müvafiq təcrübənin ümumi qəbul edilmiş beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində əhəmiyyətli irəliləyiş əldə edilməkdədir. Avropa İttifaqının bu barədə iddiaları isə tamamilə əsassızdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
Sosial
15 May 12:48

Sosial
15 May 12:04

Gündəm
15 May 11:50

Sosial
15 May 11:20

Hadisə
15 May 10:50

İdman
15 May 10:42

Sosial
15 May 10:40

Gündəm
15 May 10:38

İqtisadiyyat
15 May 10:38

İqtisadiyyat
15 May 10:37

Analitik
15 May 10:36

Sosial
15 May 10:21

COP29
15 May 10:18

Analitik
15 May 10:09

Siyasət
15 May 09:52

MEDİA
15 May 09:38

İqtisadiyyat
15 May 09:26

Analitik
15 May 09:12

Analitik
15 May 08:56

Analitik
15 May 08:42

Sosial
15 May 08:25

Sosial
15 May 08:12

Gündəm
15 May 07:34

Sosial
14 May 23:34

YAP xəbərləri
14 May 23:23

YAP xəbərləri
14 May 22:58

Elm
14 May 22:25

Dünya
14 May 21:49

Sosial
14 May 21:17

İqtisadiyyat
14 May 20:46

Mədəniyyət
14 May 20:36

Hadisə
14 May 20:17

YAP xəbərləri
14 May 19:52

İdman
14 May 19:36

YAP xəbərləri
14 May 19:20

Siyasət
14 May 19:15

Xəbər lenti
14 May 18:48

Siyasət
14 May 18:25

YAP xəbərləri
14 May 18:22

YAP xəbərləri
14 May 18:11

YAP xəbərləri
14 May 17:39

YAP xəbərləri
14 May 16:46

YAP xəbərləri
14 May 16:27

YAP xəbərləri
14 May 15:54

Xəbər lenti
14 May 15:31

YAP xəbərləri
14 May 15:29

Siyasət
14 May 15:09

İqtisadiyyat
14 May 14:51

Sosial
14 May 14:50

Dünya
14 May 14:49

Xəbər lenti
14 May 14:48

YAP xəbərləri
14 May 14:35

Dünya
14 May 14:22

Gündəm
14 May 13:49

İdman
14 May 13:35

Dünya
14 May 12:18

Sosial
14 May 11:51

Gündəm
14 May 11:31

İdman
14 May 11:28

Analitik
14 May 10:52

Sosial
14 May 10:43

Siyasət
14 May 10:41

YAP xəbərləri
14 May 10:33

Siyasət
14 May 10:32

İqtisadiyyat
14 May 10:28

Hadisə
14 May 10:26

İqtisadiyyat
14 May 10:25

Siyasət
14 May 10:25

İqtisadiyyat
14 May 10:24

Siyasət
14 May 10:11
