Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Britaniya Avropa vətəndaşlarına yeni səyahət icazəsi tətbiq edir

Britaniya Avropa vətəndaşlarına yeni səyahət icazəsi tətbiq edir

02.04.2025 [11:43]

Britaniya hökuməti uzunmüddətli səyahət qaydalarını dəyişərək Avropadan gələn turistlər üçün yeni onlayn giriş icazəsi - elektron səyahət icazəsi (ETA) tətbiq edib.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, yeni qayda bu gündən etibarən qüvvəyə minir.

Rəsmi açıqlamada bildirilir ki, bu sistem təhlükəsizliyi artırmaq və giriş proseslərini sadələşdirmək məqsədi daşıyır. ETA sistemi artıq ABŞ, Kanada və vizasız rejimlə Britaniyaya səfər edən digər ölkələrin vətəndaşlarına tətbiq olunur.

Yeni qaydalar çərçivəsində Avropa İttifaqı ölkələrinin vətəndaşları yaxın günlərdə 10 funt-sterlinq (təxminən 12 avro) qarşılığında ETA almaq üçün onlayn müraciət edə biləcəklər. Lakin 9 aprel tarixindən etibarən bu məbləğ 16 funt-sterlinqə yüksələcək.

İcazə üçün müraciət edən şəxslər öz şəkillərini, şəxsi məlumatlarını təqdim edir və müəyyən uyğunluq və cinayət keçmişi ilə bağlı suallara cavab verirlər. ETA təsdiqləndikdən sonra elektron şəkildə pasporta bağlanır. Bu icazə iki il ərzində Britaniyaya 6 ayadək müddətdə qeyri-məhdud sayda səfər etməyə imkan verir.

Paylaş:
Baxılıb: 203 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30