Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Böyük Britaniya polisi Londonda keçiriləcək etiraz aksiyaları ilə bağlı təhlükəsizlik tədbirləri görür

Böyük Britaniya polisi Londonda keçiriləcək etiraz aksiyaları ilə bağlı təhlükəsizlik tədbirləri görür

14.05.2026 [17:25]

Böyük Britaniyanın paytaxtı Londonda mayın 16-da keçiriləcək etiraz aksiyaları zamanı mümkün zorakılıq hallarının və nifrət zəminində cinayətlərin baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, paytaxt polisi qarşıdurmaların qarşısını almaq üçün 4 mindən çox əməkdaşı xidmətə cəlb etməyi planlaşdırır.

Polis ifrat sağçı nümayişçilərlə Fələstinin tərəfdarı olan aksiyaçılar arasında toqquşma riskinin yüksək olduğunu vurğulayıb, vəziyyətə görə ən yüksək səviyyədə nəzarət tədbirlərinin tətbiq olunacağını açıqlayıb. Təhlükəsizlik tədbirləri çərçivəsində ilk dəfə olaraq etiraz aksiyasında canlı üz tanıma kameralarından istifadə ediləcək. Bundan başqa, dronlar vasitəsilə şübhəlilər izləniləcək, zirehli polis maşınları hazır vəziyyətə gətiriləcək və bütün əməkdaşlar xüsusi iğtişaş avadanlıqları ilə təmin olunacaq.

Paylaş:
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31