Qum dəryasında əsirlik
29.07.2023 [12:00]
Kobo Abenin “Qumlaq qızı” romanı haqqında
Əvvəli ötən sayımızda…
Payızda qumlaq qızı pul yığıb radioqəbuledici almaq məqsədilə sapa muncuq düzməyə başlayır, günün çoxunu muncuqla oynayır. Qadın düşünür ki, radio dalğalarıyla Tokionu taxta komasına gətirəcək, Nikini xiffətdən qurtaracaq, onu qaçmaq fikrindən daşındıracaq. Kişi komanın çardağına polietilen örtük çəkir, qızmar qumun üstündə balıq bişirmək üsulu icad eləyir. Qadın ona kəndinin sirrini açır - deməyəsən yerli əhali buradan yığılan qumu tikinti şirkətlərinə yarı qiymətinə satırmış. Kişi dəhşətə gəlir: axı dəniz qumu tikintiyə yararlı deyil, bəs tikilənlər uçulub töküləndə buna kim cavab verəcək? O, qumdaşıyanlardan gəzinti üçün razılıq almaq istəyir, onlarsa şərt qoyurlar ki, gərək qonaq evində yaşadığı qadınla onların gözü qarşısında sevişsin. Qadın buna qarşı çıxanda kişi onu zorlamağa çalışır, fəqət qadının müqaviməti güclü olur.
Sərt qışın ardınca bahar gəlir. Artıq onların komasında radioqəbuledici də var. Yazda qadın uşaq salır, onu həkimə qaçırırlar. Qadını yuxarı qaldırdıqları kəndir nərdivan uçurumun başından sallanıb qalır. Kişi o nərdivanla çökəkdən çıxır. Ancaq artıq tələsən yeri yoxdur.
İtkin düşməsindən yeddi il sonra onun axtarıldığı barədə elan dərc olunur. Üstündən bir yarım il də keçmiş itkin şəxsdən heç bir səs-soraq çıxmadığına görə məhkəmə onun öldüyü haqda qətnamə verir...
***
Qum - xaosun, absurdun, irrasionallığın, kosmik anarxiyanın, vəhşi təbiətin, hər şeyi çürüdüb yoxa çıxaran zamanın, bir sözlə, fələyin işləklərinin rəmzidir. Niki Dzümpey adlı entomoloqun burjua sivilizasiyasının, rasionalizmin, ağılın, nizamın timsallarından sayılan bir şəhərdən təbiət qoynuna gedişi də simvolik köçdür. Burada bir dünyadan başqa dünyaya, bir sistemdən başqa sistemə keçid var. Qəhrəmanın Tokioda yaşadığı qadınla qumlaqda tapdığı qadın da bu iki sistemin açar fiqurlarıdır - biri soyuq, etinasız sivilizasiya qadını, o biri təbiətlə həmahəng yaşayan cəfakeş, fədakar, amma öz fədakarlığından xəbəri olmayan təbii qadın.
Entomoloq böyük şəhərdə sıx izdiham içində yaşayırdı - ailəsi, qohum-əqrəbası, tələbələri, sevgilisi, mühiti... Nə qədər tünlük olsa da, o tünlükdə hər kəsin öz yeri, öz fərdiyyəti, öz imzası vardı. Niki Dzümpey də öz adı-soyadıyla, varlığını təsbit eləyən neçə-neçə sənədiylə, üzünün ifadəsiylə, barmağının iziylə heç kimə bənzəməyən fərdlərdən birisiydi. Nə qədər gur cəmiyyətdə yaşasa da, ünsiyyət xətləri, kommunikasiya vasitələri nə qədər çox olsa da, entomoloq o toplumda tək idi, hər kəsin öz işığını öz içinə tutduğu sosial formasiyada onun öz tənhalığının sərhədini pozmağa, özündən başqasına köçməyə, özünü başqasında əritməyə çətin şansı olaydı. Fəqət qum dənizində belə bir ayrıcalıq yoxdur, fərd təbiətə qovuşandan sonra fərdilik itir, qum qumdan seçilmədiyi kimi eyni aqibət qarşısında insan da insandan seçilmir, sivilizasiyanın qayğıları əhəmiyyətini, dəyərini itirir, insan panteistik bir sıçrayışla qum dəryasına baş vurub təbiətə qarışır, qumluğa hopur. Qumlaqdakı qadının adını biz bilmirik, bəlkə də heç adı yoxdur. Onun nə ada-soyada, nə sənədə-sünədə ehtiyacı var. Onun adı qumlaq qızı, ünvanı təbiətdir.
Entomoloq da orada qaldıqca tədricən adı-soyadı unudulur. Əvvəl-əvvəl qəzetləri izləyirsə, sonradan buna da marağı sönür, qəzet oxumağı yavaş-yavaş tərgidir, bir müddət sonra onların varlığını tamam unudur, sivilizasiyanın informasiya çirkabında boğulmaqdansa yeni həyatın qayğılarıyla məşğul olmağı üstün bilir. Bir sözlə, səhrada yaşayan həşəratları tədqiq eləməyə gəlmiş entomoloq az sonra özü də qum dəryasında batıb boğulmamaq üçün çarəsizcə əl-qol atan böcəklərdən birinə çevrilir. Əvvəlcə qismətinə təslim olmayan, taleyilə barışmayan Niki Dzümpey Kamünün üsyankar fərdi kimi fələyə yumruq atır, çərxini bir an belə əyləndirməyən fələyin özü sayaq durub-dincəlmək bilməyən qum seliylə cəngi-cidala çıxmaq cəsarətində bulunur. Qumdan cavabını alandan sonra sakitləşib dinməz-söyləməz Sizif əməyinin icrasına girişir. Qadının Budda səbriylə gördüyü işlər, stoik məktəbi keçmiş filosof sayaq taleyinə boyun əyməsi, qismətinə təpik atmaması, öz təmkini, iddiasızlığı, zehni sükunəti sayəsində amansız təbiətlə dil tapıb yola getməsi ona dərs olur.
***
Gündəlik həyatımızda biz hamımız can evimizi fələyin həmləsindən qorumağa çalışırıq, üstümüzə yeriyən qum dənizində batmamaq üçün böyür-başımızı birtəhər yuyub təmizləyirik, təbiətin töycüsünü ödəyib özümüzə bircə pay azadlıq almaq istəyirik. Kobo Abe isə deyir ki, azadlıq sivilizasiyanın dəmir barmaqlıqlarla qorunan urbanik ərazisində, kapitalizmin insanı yüz cür sənədlə birkalayıb qoyun kimi otardığı müqəddəs örüşündə, adamların yalançı təbəssümlə maskalanıb xoşbəxt görünməyə çalışdığı texnoloji cənnətdə deyil, azadlığın hiss olunmadığı, fərdiyyətin əriyib itdiyi, ağılın artıq yük kimi başdan atıldığı təbiət qoynundadır. Əgər qum selinin həmləsi qarşısında sən də bir qum dənəsinə çevrilə bilirsənsə, qəti qorxusu yoxdur.
Entomoloqun qumlaqdakı qadınla izdivacı - insanın təbiətlə izdivacıdır. Qadının uşaq salması bu izdivacın hələ mükəmməl bir həddə çatmadığına işarədir. Əslində, Tokio ilə səhradakı kəndin qarşıdurması - Qərb sivilizasiyası ilə qədim Şərq-buddist sivilizasiyasının qarşıdurmasıdır. Qəhrəmanın Tokiodan qumlu kəndə gedişi rasionalizmdən, liberal burjua fərdiyyətçiliyindən irrasionalizmə, sintoist, zen-buddist panteizmə keçiddir. Onun ölümü, daha doğrusu, ölmüş elan olunması bu keçidə möhtəşəm yekun vurur. Sivilizasiya üçün ölsə də, təbiət onu diri tutur. Qarğaları tovlamaq üçün qazdığı çaladan su çıxanda onun yeni həyatı ilk dəfə məna qazanır. Bir zaman dustaq saxlandığı, qaçmaq istədiyi bir yerdən qaçmaq imkanı yarananda qaçmaq onun ağlına da gəlmir. O, adını-soyadını, sənədini, sənətini, elmini, ağlını, qazancını içindən çıxdığı dünyaya təhvil verib, təbiətin qoynunda yeni kimlik qazanır. Orada ölür ki, burada dirilsin.
***
Kobo Abeyə “Yaponiyanın Kafkası” da deyirlər (qəribədir ki, Abe ustadının öldüyü il dünyaya gəlib), onu Dostoyevski ilə də müqayisə eləyirlər. Bu yaxınlarda dünyadan köçmüş başqa bir böyük yapon yazıçısı, Nobel mükafatı laureatı Kendzaburo Oe bir vaxtlar bu mükafata Abenin hamıdan çox layiq olduğunu demişdi. “Qumlaq qızı” romanını böyük yazıçı 1962-ci ildə - 38 yaşında yazmışdı. Bundan sonra bir igidin ömrü qədər yaşasa da, bir-birindən gözəl əsərlər qələmə alsa da, onun adı qızıl siyahıya nədənsə salınmadı.
Xəbər lenti
Hamısına baxSiyasət
14 Sentyabr 21:15
Siyasət
14 Sentyabr 21:00
Xəbər lenti
14 Sentyabr 20:45
İdman
14 Sentyabr 20:30
Formula 1
14 Sentyabr 20:15
Hadisə
14 Sentyabr 20:05
Xəbər lenti
14 Sentyabr 20:00
Xəbər lenti
14 Sentyabr 19:45
Sosial
14 Sentyabr 19:20
Xəbər lenti
14 Sentyabr 19:00
Xəbər lenti
14 Sentyabr 18:48
Hadisə
14 Sentyabr 18:30
Siyasət
14 Sentyabr 18:05
Xəbər lenti
14 Sentyabr 17:49
İqtisadiyyat
14 Sentyabr 17:26
Dünya
14 Sentyabr 16:14
Dünya
14 Sentyabr 15:41
Sosial
14 Sentyabr 15:16
Formula 1
14 Sentyabr 15:13
Siyasət
14 Sentyabr 15:09
Turizm
14 Sentyabr 14:29
Siyasət
14 Sentyabr 13:55
Sosial
14 Sentyabr 13:44
Gündəm
14 Sentyabr 13:22
Hərbi
14 Sentyabr 13:17
Formula 1
14 Sentyabr 13:11
Hadisə
14 Sentyabr 12:23
Hadisə
14 Sentyabr 12:08
İqtisadiyyat
14 Sentyabr 11:59
İqtisadiyyat
14 Sentyabr 11:09
Sosial
14 Sentyabr 11:06
Daxili siyasət
14 Sentyabr 10:39
Formula 1
14 Sentyabr 10:22
İqtisadiyyat
14 Sentyabr 10:16
Siyasət
14 Sentyabr 10:15
Sosial
14 Sentyabr 10:10
Gündəm
14 Sentyabr 09:43
Mədəniyyət
14 Sentyabr 09:37
Dünya
14 Sentyabr 09:17
Gündəm
14 Sentyabr 09:13
Dünya
14 Sentyabr 08:45
Dünya
14 Sentyabr 08:42
Siyasət
14 Sentyabr 08:22
MEDİA
14 Sentyabr 08:20
Siyasət
14 Sentyabr 08:15
Turizm
14 Sentyabr 07:52
Ədəbiyyat
14 Sentyabr 07:48
İqtisadiyyat
13 Sentyabr 23:55
Sosial
13 Sentyabr 23:45
İqtisadiyyat
13 Sentyabr 23:27
Mədəniyyət
13 Sentyabr 23:15
Sosial
13 Sentyabr 22:40
Siyasət
13 Sentyabr 22:20
Hadisə
13 Sentyabr 21:45
Xəbər lenti
13 Sentyabr 21:28
Siyasət
13 Sentyabr 21:15
Xəbər lenti
13 Sentyabr 21:00
Dünya
13 Sentyabr 20:38
İqtisadiyyat
13 Sentyabr 20:26
Elm
13 Sentyabr 19:45
Turizm
13 Sentyabr 19:17
İdman
13 Sentyabr 18:38
YAP xəbərləri
13 Sentyabr 18:31
YAP xəbərləri
13 Sentyabr 18:30
İqtisadiyyat
13 Sentyabr 18:24
Formula 1
13 Sentyabr 18:22
Hadisə
13 Sentyabr 18:15
Sosial
13 Sentyabr 18:11
Elm
13 Sentyabr 18:10
YAP xəbərləri
13 Sentyabr 17:45