Bakıda ilk dəfə...
07.09.2023 [11:40]
Beynəlxalq Oğuz Türkcəsi konfransı keçiriləcək
Gövhər Baxşəliyeva: Türk yazısının 130 illik tarixində mühüm araşdırmalar və yeniliklər var
Günel ABBAS
İnsan cəmiyyətinin yarandığı dövrlərdə dünya dillərinin sayı olduqca az idi. Daha sonra bir dil arasında bölünmə baş verərək bir dildən onlarla dillər yaranıb. Təbii haldır ki, dillərin yaranma prosesi zamanı da onlarla dil məhv olub. Beləliklə, dünyada 3500-dən çox dil meydana gəlib.
Həmin dillərin əksəriyyəti bir kökdən yarandığı üçün qohum dillər hesab olunur. Qohum dillərin isə hamısına birlikdə dil ailəsi deyilir. Azərbaycan dili türk dilləri ailəsinə daxildir. Qohum dillərin yaranması ağacın qol-budağa ayrılmasına bənzəyir. Məsələn, qədim ulu türk dili bu dillərə ayrılır: oğuz dili, qıpçaq dili, qarluq dili və s. Sonra isə bu dillər də öz növbəsində ayrı-ayrı dillərə ayrılır.
Oğuz dilindən türkmən dili, qaqauz dili, Azərbaycan dili və Türkiyə türkcəsi yaranır. Qıpçaq dilindən qazax, qırğız, tatar, başqırd, qumuq və s. dillər yaranır. Qarluq dilindən özbək, uyğur, salur və s. dillər yaranır. Dil şaxələrinə dil qrupları da deyilir. Azərbaycan dili, Türkiyə türkcəsi, türkmən dili, qaqauz dili oğuz qrupunu təşkil edir. Oğuz dili qrupuna aid olan dillər hər zaman tədqiqatların əsas obyekti olub. Bu türk dili ailəsi haqda çoxsaylı konfranslar, simpoziumlar, iclaslar təşkil olunur. Hər il Türkiyədə keçirilən Oğuz Türkcəsi Konfransı bu tədbirlər arasında xüsusi fərqlənir.
Yeri gəlmişkən, sözügedən konfransın bu il ilk dəfə Bakıda keçirilməsi planlaşdırılıb. Bu barədə sentyabrın 6-da AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə akademiyada yeni iş mövsümünün başlaması münasibətilə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə məlumat verilib. AMEA-dan bildirilib ki, tədbirdə çıxış edən akademik İsa Həbibbəyli “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin alimləri tərəfindən görkəmli dövlət xadiminin zəngin irsinə həsr olunmuş genişmiqyaslı tədqiqatlar aparıldığını və hər biri fundamental monoqrafik əsər olmaqla, 29 kitabın işıq üzü gördüyünü söyləyib. Həmçinin bu günlərdə İsa Həbibbəylinin Türkiyəyə səfəri zamanı qardaş ölkədəki elmi qurumlarda keçirdiyi görüşlər barədə müşavirə iştirakçıları məlumatlandırılıb.
Müşavirədə Rəyasət Heyətinin üzvləri, akademiklər - Arif Həşimov, İbrahim Quliyev, Rasim Əliquliyev, Dilqəm Tağıyev, Tofiq Nağıyev, Gövhər Baxşəliyeva çıxış edərək müzakirəyə çıxarılan məsələlər ətrafında fikir və təkliflərini səsləndiriblər.
Akademik Gövhər Baxşəliyeva “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Dil Qurumunun hər il ənənəvi olaraq keçirdiyi Beynəlxalq Oğuz Türkcəsi Konfransı bu ilin sentyabr ayında qurumun tarixində ilk dəfə olaraq Türkiyədən kənarda, Azərbaycanda AMEA ilə birgə keçiriləcək: “Qeyd edim ki, beynəlxalq konfrans Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileylərinə həsr ediləcək. Ümumilikdə cari ilin sonuna kimi bu istiqamətdə 40-a yaxın nəşrin çapı nəzərdə tutulur və ərsəyə gətirilmiş əsərlər dekabr ayında AMEA-da “Heydər Əliyev İli”nə həsr olunmuş Rəyasət Heyətinin genişləndirilmiş iclasında geniş ictimaiyyətə təqdim olunacaq”.
G.Baxşəliyeva bildirib ki, hər il mütəmadi olaraq Türkiyədə keçirilən konfransın əsas məqsədi qədim oğuz türkcəsinin və türk yazılarının tədqiqatı ilə məşğul olan alimləri bir araya gətirmək və fikir mübadiləsi üçün əlverişli platforma yaratmaqdır: “2023-cü ildə bütün Türk Dünyası üçün böyük dəyərə sahib önəmli ildönümləri qeyd olunur. Qədim türk yazısı da ortaq keçmişin xəzinəsinin açarı kimi tariximizdə mühüm yer tutur. Hazırda türk yazısının 130 illik tarixində mühüm araşdırmalar və yeniliklər var. Bu 130 illik yol davamlı araşdırma və kəşflərlə müşayiət olunub. Bu yolun bir parçası kimi biz konfransı təşkil edərək, qədim türk yazısı ilə bağlı biliklərimizi dərinləşdirməyə çalışacağıq”.
Akademik qeyd edib ki, konfransda iştirakçılar öz tədqiqatlarını, türkologiyanın formalaşmasına töhfə verən fikir və təkliflərini səsləndirəcəklər: “Bundan əlavə, türk dilinin tarixi və xüsusiyyətləri, yayılma sahələri, çağdaş türk dilləri ilə davamlılığı, o dövrün digər dilləri (Çin, Soqdi, Monqol və s.) ilə qarşılıqlı əlaqəsi ilə bağlı xüsusi panellər keçirilə bilər. Konfransda qədim türk ədəbiyyatı, folkloru, mədəniyyət və incəsənəti, türk dövlətlərinin görkəmli simaları, arxeoloji qazıntılar kimi mövzular müzakirə olunacaq”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

