İqtisad Universitetində təhsilin keyfiyyətinin yüksəldilməsi müzakirə olunub
17.10.2014 [09:22]
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, professor Ədalət Muradov universitetin professor heyəti ilə təhsilin keyfiyyətinin artırılması məsələsini müzakirə edib. Rektor yeni tədris ilində görülən işlərdən danışaraq, qarşıda duran planlar barədə məlumat verib. Müəllim adının müqəddəs olduğunu qeyd edən Ə.Muradov onların əməyinə yüksək qiymət verdiyini vurğulayıb. Oktyabr ayından universitetin bütün əməkdaşlarının əməkhaqları 15 faiz artırılıb. Rektor müəllimlərin, xüsusilə professorların əməkhaqlarının differensiallaşdırılaraq mütəmadi olaraq artırılacağını bildirib. Bunun üçün kadr potensialının keyfiyyətinin yüksəldilməsi nəzərdə tutulub.
Görüşdə bir sıra aktual məsələlərə də toxunulub. Xüsusilə tədris prosesində yeni innovativ metodlardan istifadəyə diqqət çəkilib. Rektor yazılı imtahana keçidlə bağlı məlumat verərək, bildirib ki, bu yenilik tədrisin keyfiyyətinə müsbət təsir edəcək. Tədrisin keyfiyyətinin artırılması məqsədilə, Boloniya sisteminin tələblərinə əsasən, gələn ildən müəllimlər tələbələr tərəfindən seçiləcək.
ADİU-da yeni qüvvəyə minən “Tələbə və müəllimlərin universitetdaxili intizam qaydaları”na da toxunan rektor vurğulayıb ki, universitetdə qaydalara nəzarət komissiyası yaradılıb və qaydaları pozanlara qarşı müvafiq ölçü götürüləcək.
Görüşdə çıxış edən ADİU-nun professorları universitetdə tətbiq olunan yenilikləri müsbət dəyərləndirərək, təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına dair təkliflər irəli sürüblər.
O da bildirilib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlər bundan sonra da davam etdiriləcək. Əsas məqsəd kimi professor-müəllim arasında stimullaşdırıcı proseslərin daha da artırılması və keyfiyyətli təhsilin təmin edilməsi qeyd olunub. Hazırda ADİU-da 78 professor pedaqoji fəaliyyət göstərir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

