TDT-nin gələcək strateji yol xəritəsi...
09.07.2024 [10:30]
Qarabağ Bəyannaməsi
İyulun 6-da Şuşada baş tutmuş Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü mühüm nəticələri ilə seçildi. Xüsusilə, imzalanan “Qarabağ Bəyannaməsi” Türk Dövlətləri Təşkilatının (TDT) gələcəyi üçün mühüm proqram və strateji yo xəritəsi sayılır. Azərbaycan Prezidenti İlham Əliyevin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın imzaladığı sənəd Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu bir daha ortaya qoydu. Bəyannamədə Türk xalqlarının qitə miqyasında töhfələri, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rol ən yüksək şəkildə dəyərləndirilir.
Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi üçün
Sənəddə həmçinin TDT-nin qeyri-rəsmi Zirvə görüşünün 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olmuş Şuşa şəhərində keçirilməsinin tarixi dəyəri vurğulanır, strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyi qeyd edilir. Bundan başqa, Türk dövlətlərinin qlobal miqyasda potensialı nəzərə alınmaqla daha iddialı məqsədlərin qarşıya qoyulmasının, birgə səylərin artırılması və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi yolu ilə dayanıqlı gələcəyin qurulması baxımından TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsi üçün müvafiq mexanizm və qaydaların tətbiqinin zəruriliyi bəyan edilir.
Bəli, günümüzün reallığında dünyanı ağuşuna almış kataklizmlər istər bölgəsəl, istərsə də qlobal nəticələrə hesablanan qarşıdurmalardan “bəhrələnir”. Bu mənada ölkələrin bütövlükdə qlobal proseslərə ümumi baxış bucağının forrmalaşdırılması ən vacib məqamlardandır. Eyni zamanda, yeni dövrdə effektivliyi və çevikliyi artırmaq, ümumi immun sistemini formalaşdırmaq və inkişaf etdirmək də əsas müzakirə predmetlərindən sayılır - bu mənada, fərdi yanaşmalarla yanaşı, kollektiv səylərin gücləndirilməsi TDT üçün mühüm üfüqlər vəd edir. TDT-nin qarşıdakı dövr ərzində strukturlaşma mexnizmində çevikliyin artırılması, fərqli sahələr üzrə strukturlaşmanın daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi, yeniliklərə əl atılması istisna deyil - belə olacağı təqdirdə, yeni dövr üçün TDT özünün hərtərəfli reaksiya qabiliyyətini daha da gücləndirmək imkanlarına malik olacaq.
Müdafiə sənayesi sahəsində birgə fəaliyyət...
Bəyannamədə üzv dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq müdafiə sənayesi sahəsində birgə fəaliyyətin davam etdirilməsi niyyətləri bir daha vurğulanır və bu xüsusda lazımi tədbirlərin görülməsi üçün üzv dövlətlərin aidiyyəti qurumlarına tapşırıq verilməsi əksini tapır.
Qeyd edilən müddəa olduqca vacib məqamlardan xəbər verir - düzdür, hazırki dövrdə TDT üzvü olan ölkələrə qarşı hər hansı real təhlükələr hiss edilməsə belə, əməkdaşlığın hərbi müdafiə sahəsi üzrə inkişaf etdirilməsi inteqrasiyanı daha da sürətləndirəcək. Hazırda bölgə dövlətlərinin əksəriyyətinin fərqli regional hərbi bloklarda təmsil olunması da buna mane olmaz - bu mənada, TDT formatında həm NATO, həm də KTMT üzvü olan dövlətlər, Azərbaycanın timsalında Qoşulmama Hərəkatına uğurla liderlik etmiş ölkə təmsil olunur. Təbii ki, bu ümumi prosesə mane olacaq deyil, əksinə daha da təkan verəcək stimul sayılılr. Xatırlayırıqsa, təşkilatın mülki müdafiə sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı uzun müddət idi ki, aktiv müzakirələr aparılırdı və bu, qarşıdakı dövr üçün yeni inteqrasiya sahələrini də aktuallaşdırmaq imkanındadır. Təbii ki, ortada mühüm bir nümunə mövcuddur - Azərbaycan ilə Türkiyə arasında imzalanan “Şuşa Bəyannaməsi” yeni dövr üçün TDT-nin hərbi əməkdaşlıq, müdafiə sahəsində tərəfdaşlıq doktrinası rolunda çıxış edə bilər.
Qəzzaya dair münasibət...
Sənəddə Türk Dövlətləri Təşkilatının fərqli coğrafiyalarda baş verən məsələlərə qarşı münasibəti də əksini tapıb. Belə ki, sənəddə Qəzzada baş vermiş humanitar fəlakət vəziyyətinə görə dərin narahatlıq ifadə edilir və mülki əhalinin seçimsiz hədəfə alınması qınanılır. Dərhal və daimi atəşkəsin təmin edilməsinə, Qəzzaya maneəsiz humanitar yardımın göstərilməsinə, eləcə də beynəlxalq hüquqa, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə tam riayət edilməsinə, daha sonra İsrail-Fələstin münaqişəsinin iki dövlətli həll əsasında ədalətli və uzunmüddətli həllinə çağırış səsləndirilir. Bildirilir ki, paytaxtı Şərqi Qüds olmaqla 1967-ci il sərhədlərinə əsaslanan, müstəqil, suveren və vahid Fələstin Dövlətinin beynəlxalq səviyyədə tanınması dəstəklənir, Fələstin Dövlətinin BMT-yə üzvlüyə yararlı olduğunu və buna görə də onun BMT-yə üzvlüyə qəbul edilməli olduğunu müəyyən edən BMT Baş Assambleyasının 2024-cü il 10 may tarixli qətnaməsinin qəbul olunması məmnuniyyətlə alqışlanır. Habelə bunu etməyən bütün ölkələr Fələstin Dövlətini tanımağa çağırılırlar.
Qeyd edək ki, Qarabağ Bəyannaməsində əksini tapan bu məsələlər birmənalı şəkildə beynəlxalq hüququn kodekslərini özündə əks etdirməkdədir. Azərbaycan başda olmaqla bütün TDT üzvləri dünyada baş verən kataklizmlər və qarşıdurmalara münasibətdə hər zaman vahid mövqe nümayiş etdirib - məsələlərin sülh və beynəlxalq hüquq müstəvisində həll edilməsi bizim üçün əsas şərtə çevrilib. Bu mənada, Qəzzada baş verənlərə münasibətdə də TDT-nin tutduğu mövqe hər zaman olduğu kimi haqqa, ədalətə və hüquqa əsaslanır. Mühüm beynəlxalq strukturlarda təmsil olunan TDT üzvləri beynəlxalq tribunalarda ədalətin və hüququn bərpası çağırışı səsləndirirlər. Türk birliyi Qəzza məsələsində də analoji mövqedən çıxış edir - biz, silahlardan istifadənin dayandırılmasının, məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsinin, ən əsası dinc, günahsız insanların əziyyət çəkməməsini istəyirik.
Müşahidəçi üzvlərin töhfələri...
Bəyannamədə TDT üzvü ölkələr və irəli sürülən təşəbbüslərlə bağlı müddəalar da öz əksini tapıb. Macarıstanın, Türkmənistanın və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində TDT-yə dəyərli töhfələri alqışlanır, Türk Dövlətlərinin Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) və Türk İnvestisiya Fondu (TİF) kimi türk əməkdaşlıq təşkilatları arasında davamlı əməkdaşlıq və artan sinerji təqdir edilir. Eyni zamanda, Qırğız Respublikası 2024-cü il oktyabrın 24-də Bişkekdə TDT-nin 11-ci Zirvə görüşünə ev sahibliyi etməyə hazır olduğunu bir daha təsdiq edib.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Özbəkistan 30 aprel 2018-ci ildə ovaxtkı TDƏŞ-ə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdu. 2021-ci ili noyabrın 12-də Türkiyənin İstanbul şəhərində baş tutan Sammitdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsinə qərar verilib. Macarıstan 2018-ci ildə, Şimali Kipr Türk Cümhuriyyəti 2022-ci ildə, Türkmənistan isə 2021-ci ildə qurumun fəaliyyətinə müşahidəçi qismində töhfə verir. Zirvə toplantılarına gəldikdə isə, 4 dəfə Azərbaycanda, 4 dəfə Türkiyədə, 3 dəfə Qazaxıstanda, 2 dəfə Özbəkistanda, 1 dəfə Qırğızıstanda baş tutub. Bu ilin oktyabrında baş tutacaq növbəti, 11-ci Zirvə Toplantısı da Qırğız Respublikasının ev sahibliyi ilə keçiriləcək.
Yeni tapşırıqlar ...
Qarabağ Bəyannaməsində o da bildirilir ki, hökumət Başçıları/Vitse-Prezidentlər Şurasına dair Qırğız Respublikasının təklifi nəzərə alınır. Türk dünyasının nizamnaməsi ilə bağlı Özbəkistan Respublikasının təşəbbüsü dəstəklənir və Katibliyə Bişkekdə keçiriləcək növbəti Zirvə görüşündə qəbul edilməsi üçün sənəd layihəsinin yekunlaşdırılması tapşırığı verilir. Eyni zamanda, TDT çərçivəsində iqtisadi əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətli mərhələsi kimi Macarıstanın Türk İnvestisiya Fondunun yaradılması haqqında Sazişə qoşulması da alqışlanır.
TDT üzvü ölkələrin başçıları İlham Əliyevə təşəkkür edir...
Bundan başqa, Sənəddə o da vurğulanır ki, TDT-nin dövlət başçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk dünyasının birliyi, həmrəyliyi, təhlükəsizliyi və rifahına verdiyi böyük və davamlı töhfəsinə, TDT-nin vahid ruhunun gücləndirilməsində qətiyyətli liderliyinə və Şuşada qeyri-rəsmi Zirvə görüşündə uğurla yekunlaşan müzakirələrə sədrlik etdiyinə görə dərin təşəkkür edir, Azərbaycan hökumətinin və xalqının səmimi qonaqpərvərliyini yüksək qiymətləndirirlər. TDT-nin Baş katibinə Bəyannamədə nəzərdə tutulan qarşılıqlı fəaliyyəti və birgə səyləri əlaqələndirmək tapşırığı verilir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
Hadisə
27 Aprel 16:28

Sosial
27 Aprel 15:22

Siyasət
27 Aprel 14:30

Sosial
27 Aprel 13:29

Mədəniyyət
27 Aprel 12:41

İdman
27 Aprel 11:17

İqtisadiyyat
27 Aprel 10:27

Sosial
27 Aprel 09:32

Elm
27 Aprel 09:13

İdman
27 Aprel 08:58

Sosial
26 Aprel 23:34

Dünya
26 Aprel 22:28

İdman
26 Aprel 21:46

Dünya
26 Aprel 20:32

Siyasət
26 Aprel 20:05

Hadisə
26 Aprel 19:27

Hadisə
26 Aprel 18:59

Dünya
26 Aprel 18:23

Dünya
26 Aprel 17:42

Sosial
26 Aprel 17:26

Hadisə
26 Aprel 16:50

Sosial
26 Aprel 16:29

Dünya
26 Aprel 15:47

İqtisadiyyat
26 Aprel 15:11

Dünya
26 Aprel 14:56

Sosial
26 Aprel 14:24

YAP xəbərləri
26 Aprel 13:35

Siyasət
26 Aprel 13:26

Elanlar
26 Aprel 13:07

Elanlar
26 Aprel 13:04

Gündəm
26 Aprel 13:02

Gündəm
26 Aprel 12:45

Sosial
26 Aprel 12:30

Siyasət
26 Aprel 12:14

Siyasət
26 Aprel 11:42

İqtisadiyyat
26 Aprel 11:36

Siyasət
26 Aprel 11:23

Yeni texnologiyalar
26 Aprel 11:15

Siyasət
26 Aprel 10:51

Siyasət
26 Aprel 10:38

MEDİA
26 Aprel 10:14

Dünya
26 Aprel 09:58

Analitik
26 Aprel 09:37

Sosial
26 Aprel 09:13

Sosial
26 Aprel 08:54

Ədəbiyyat
26 Aprel 08:25

YAP xəbərləri
25 Aprel 23:18

YAP xəbərləri
25 Aprel 22:17

YAP xəbərləri
25 Aprel 21:38
YAP xəbərləri
25 Aprel 21:12
YAP xəbərləri
25 Aprel 20:56

YAP xəbərləri
25 Aprel 20:11

Xəbər lenti
25 Aprel 20:11

YAP xəbərləri
25 Aprel 19:50
YAP xəbərləri
25 Aprel 19:15

YAP xəbərləri
25 Aprel 18:53

İqtisadiyyat
25 Aprel 18:32

YAP xəbərləri
25 Aprel 18:16

YAP xəbərləri
25 Aprel 18:12

Siyasət
25 Aprel 18:10

Sosial
25 Aprel 18:09

Gündəm
25 Aprel 18:07

YAP xəbərləri
25 Aprel 17:59

YAP xəbərləri
25 Aprel 17:34

Gündəm
25 Aprel 17:32

Hərbi
25 Aprel 17:25

YAP xəbərləri
25 Aprel 17:25

YAP xəbərləri
25 Aprel 17:13

YAP xəbərləri
25 Aprel 17:11

YAP xəbərləri
25 Aprel 16:57
