Türk dünyası əlifba birliyinə doğru...
14.09.2024 [09:13]
Akademik Nizami Cəfərov: Ümumi türk əlifbası bütün türk dillərinə aid işarələri əks etdirəcək.
Müstəqil türk dillərinə heç bir qüvvə müdaxilə edə bilməz XXI əsr Türk əsridir. Bu günlərdə türk dünyasının inkişafı istiqamətində daha bir mühüm addım atılıb. Uzun zamandır müzakirələri aparılan Ortaq Türk Əlifbası razılaşdırılıb. Belə bir razılaşma sentyabrın 9-dan 11-dək Bakıda Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil olunan Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclasında əldə olunub. Bu barədə Beynəlxalq Türk Akademiyasının və Türk Dil Qurumunun Ortaq Türk Əlifbasına dair mətbuata birgə açıqlamasında bildirilib.
Qeyd edilib ki, Türk Dövlətləri Təşkilatı tərəfindən təsis olunmuş Türk Dünyası Ortaq Əlifba Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən bu önəmli iclasın əsas məqsədi bu sahədə əldə edilən bilik və təcrübələrin paylaşılması və Komissiyanın ikiillik təcrübəsinə əsaslanaraq Türk dilləri üçün ortaq əlifba layihəsi üzərində işlərin yekunlaşdırılması idi.
İclasda öncə 1991-ci ildə alimlər tərəfindən təklif olunan latın əsaslı Ortaq Türk Əlifbası layihəsi hərtərəfli şəkildə nəzərdən keçirilib. Komissiya üzvləri geniş müzakirələr apararaq bu layihədə diqqət yetirilməsi gərəkli olan məqamları müəyyənləşdiriblər.
Müzakirələr nəticəsində Ortaq Türk Əlifbası üzərində ümumi razılıq əldə olunub. Əlifbadakı hər bir hərfin Türk dillərində mövcud olan müxtəlif fonemləri əks etdirməsinə xüsusi diqqət edilib.
Türk dünyasının siyasi təsisatlanması
Türk dünyası böyük və son dərəcə əlverişli coğrafiyadır, böyük iqtisadiyyatdır, zəngin resurslardır, artan əhalidir. Eyni zamanda, bu coğrafiyanı ortaq tarixdən gələn zəngin ənənələr, etiqad eyniliyi, dil, məişət, mental dəyərlər oxşarlığı birləşdirir. Elə bu kimi cəhətlərə görə də dünyadakı imperialist güc mərkəzləri türk dünyasına qarşı qısqanclıqla yanaşaraq müxtəlif məkrli ssenarilər hazırlayıblar. Bu ssenarilərdən biri də coğrafiyanın parçalanması idi. Bu plan keçmiş SSRİ dönəmində mərkəzi hakimiyyətin Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi ilə baş tutdu. Burada əlbəttə ki, maraqlı Qərb dairələrinin razılaşmaları da mühüm rol oynadı. Bununla belə, türk xalqları və dövlətləri hər nə qədər bir-birindən ayrı düşsələr də, onlar tarixi, bir kökdən boy atan ağacın qol-budaqları olduqlarını heç vaxt unutmadılar, hər kəs türk kimliyinə sonsuz rəğbətini və birlik sevdasını qəlbinin dərinliklərində yaşatdı.
Ötən əsrin doxsanıncı illərinin əvvəllərində keçmiş İttifaqın süqut etməsi ilə bəhs olunan coğrafiyada Azərbaycan və Xəzərin digər sahillərində - Mərkəzi Asiyada müstəqil türk dövlətləri quruldu. Artıq onların bir-birləri və bütün türk dünyasının inam yeri olan Türkiyə ilə inteqrasiyasını əngəlləyən qadağalar aradan qalxdı, türk birliyinin siyasi təsisatlanması üçün tarixi imkan yarandı və bu imkandan istifadə olundu. Diqqəti çəkən mühüm məqamlardan biri ondan ibarətdir ki, sıx birliyin təmin olunmasına həm dövlətlər güclü siyasi iradə ortaya qoyurlar, həm də cəmiyyətlərdə buna qarşısıalınmaz istək var.
Beləliklə, ümumi istək əsasında siyasi təsisatlanmaya start verildi. TDT-nin yaranmasına aparan yol Naxçıvandan başlayıb. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”i imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib. 12 noyabr 2021-ci il tarixində TDT-nin 8-ci Zirvə Görüşü çərçivəsində təşkilatın adı TDƏŞ-dən TDT-yə dəyişdirilib. Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və üç müşahidəçi ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı Türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir. 2022-c? ildə isə Şimali Kipr Türk Respublikası (ŞKTR) müşahidəçi statusunda quruma daxil olub.
Əslində, dünyanın hazırkı mənzərəsi fonunda Türk dövlətlərinin bir çətir altında birləşmələri tarixi zərurətə çevrilmişdi, desək, yanılmarıq. Məlumdur ki, hazırda beynəlxalq səviyyədə qütbləşmə meylləri güclənib. Nə qədər qəribə görünsə də, XXI əsrdə multikulturalizm ideyaları bir sıra hallarda inkar edilir, millətçilik, irqçilik, etiqad fərqliliyi önə çəkilir. Hazırda dünyanın ayrı-ayrı regionlarında İslamafobiyanın genişlənməsini izləmək acı təəssüf hissi doğurur. Biz qlobal güc mərkəzlərinin selektiv siyasət apardıqlarını, eyni məsələlərə fərqli yanaşmalar sərgilədiklərinin şahidi oluruq. Açıq demək lazımdır ki, ikili yanaşmalardan həm də türkdilli dövlətlər əziyyət çəkirlər, bir sıra hallarda onlara qarşı açıq-aşkar təzyiq cəhdləri göstərilir. Belə bir şəraitdə türk dövlətlərinin hansısa saxta, keçici maraqlara deyil, məhz soy-kökdən gələn yaxınlığa istinad etməklə potensiallarını və fəaliyyətlərini əlaqələndirmələri bir zərurət kimi çıxış edirdi. TDT-n?n yaranması geniş türk coğrafiyası ilə dünyadakı ayrı-ayrı güc mərkəzləri arasında qüvvələr balansının tarazlaşdırılmasına geniş imkanlar açır. TDT-nin ən mühüm missiyalarından biri məhz budur. Bu gün TDT dünya miqyasında yeni güc mərkəzi qismində çıxış edir. Qeyd etdiyimiz kimi, türk birliyinin əsası qoyularkən xoş məram əsas götürülüb. Bu qurumun hansısa bir qara niyyəti, təcavüzkarlıq, nifaq yaratmaq, imperialist siyasət aparmaq məqsədi yoxdur. Təbii ki, milli maraqlarını təmin etmək, müxtəlif mərkəzlərdən gələn ekspansionist cəhdlərin qarşısını almaq da türk dövlətlərinin haqqıdır. Qurum burada cəmləşən ölkələr arasında əlaqələri gücləndirmək istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirdiyi kimi, digər ölkələrlə və beynəlxalq təşkilatlarla inteqrasiyanın dərinləşdirilməsinə açıqdır. Əlbəttə ki, paritet əsaslarla, qarşılıqlı maraqların təmin edilməsi yolu ilə.
Ortaq əlifbadan istifadə heç bir çətinlik yaratmayacaq
Türk Dövlətləri Təşkilatının yaradılmasında əsas məqsəd oxşar tarixi-mədəni irsə, ortaq milli-mənəvi dəyərlərə, məişət tərzinə malik olan xalqların birliyini gücləndirmək, siyasi, ticarət və iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni regional ümumtürk platformasının yaradılması olub. Qurumun fəaliyyət istiqamətləri siyasi dialoq, turizm, iqtisadiyyat, ticarət, gömrük, nəqliyyat,gənclər və idman, kənd təsərrüfatı, ədliyyə, miqrasiya, informasiya və s. sahələri əhatə edir.
Təbii ki, qarşıda duran ən mühüm vəzifələrdən biri türk dövlətləri və xalqları arasında mədəni inteqrasiyanın dərinləşdirilməsidir. Ortaq əlifbanın razılaşdırılması bu istiqamətdə atılan çox mühüm addımdır. Layihə razılaşdırılanadək gərgin, lakin kifayət qədər səmərəli müzakirələr aparılıb. Qeyd olunduğu kimi, ortaq əlifbanın yaradılması ilə bağlı təklif ilk dəfə 1991-ci ildə irəli sürülüb və son iki ildə ayrı-ayrı türk dövlətlərin alimlərinin yer aldığı müvafiq komissiya gərgin araşdırmalar və təhlillər nəticəsində hamı tərəfindən məqbul sayılan variantın ərsəyə gəlməsinə nail olub. Xatırladaq ki, 2022-ci ilin oktyabrında Türkiyənin Bursa şəhərində keçirilən müvafiq seminarda Türk Dünyası Ortaq Əlifba Komissiyasının yaradılması qərarı Türk Dövlətləri Təşkilatına təqdim edilib. Həmin vaxtdan etibarən alimlərin fədakar çalışmalarının bəhrəsi olan Ortaq Türk Əlifbasında 34 hərf yer alır. Əlbəttə, Türk dilləri hər nə qədər yaxın olsalar da, onlar arasında fərqliliklər də yox deyil. Ayrı-ayrı dillərdə eyni olmayan səslər var. Əlifba yaradılarkən əsas çətinlik də uzlaşmanın təmin edilməsi olub. Ortaq əlifbanın əsas konsepsiyası isə onun latın qrafikası əsasında qurulmasıdır. Müstəqillik əldə etdikdən sonra ayrı-ayrı türk dövlətləri, o cümlədən də Azərbaycan latın əlifbasına keçid ediblər. Buna görə də Ortaq Türk Əlifbasından istifadə heç bir çətinlik yaratmayacaq.
Bütün dillərin fərqli xüsusiyyətləri nəzərə alınıb
Şübhə yoxdur ki, ortaq əlifbaya keçid Türk xalqları arasında mədəni əlaqələrin dərinləşməsinə öz müsbət təsirini göstərəcək. Bu, inteqrasiya yolunda çox mühüm addım olacaq. Türk Dünyası Ortaq Əlifba Komissiyasının üzvü, akademik Nizami Cəfərov “Yeni Azərbaycan”a Ortaq Türk Əlifbası ilə bağlı fikirlərini bölüşüb. Əlifbada bütün türk dillərinin fərqli xüsusiyyətlərinin də nəzərə alındığını deyən akademik vurğulayıb: “Müstəqil türk dövlətlərinin ortaq əlifbasını hazırladıq, son toplantı keçirildi. Ümumi Ortaq Türk Əlifbasının yaradılması ilə bağlı müstəqil türk dövlətlərinin alimləri toplandı. Hər bir hərfi müzakirə etdik. Hər bir hərfin Türk dillərində eyni səsi bildirməsini uyğunlaşdırdıq. Beləliklə, 34 hərfdən ibarət əlifba qəbul etdik. Ola bilər, bir hərf azalsın və ya artırılsın. Ancaq çox ümumi, normal əlifba qəbul olundu.
Bu, türk dünyasının elm adamlarının düşünərək, türk dillərinin quruluşunu nəzərə alaraq qəbul etdiyi əlifbadır. Siyasi qərarı isə türk dövlətləri verməlidirlər. Türk dövlətlərinin parlametləri, prezidentləri siyasi qərarı verəcəklər. Çünki türk dilləri müstəqildir. Müstəqil türk dillərinə heç bir qüvvə müdaxilə edə bilməz.
Bizim elm adamları olaraq vəzifəmiz bütün türk dillərinin əlifbasına, fonetik quruluşuna elmi baxış bildirmək idi. Məsələn, “ə” hərfini qəbul etdik. Bu hərf müstəqil türk xalqları içərisində iki xalqda var: Azərbaycanlılarda və qazaxlarda. Qazaxlarda da o qədər geniş yayılmayıb. Amma bizdə bu səs çox tez-tez işlənir. Qazaxlar israrla dedilər ki, biz əlifbada bu səsi “a” üzərində iki nöqtə ilə bildirəcəyik. Biz dedik ki, xeyr, bizdə bu ənənə var. 90-cı illərin əvvəllərində “a” üstündə iki nöqtəni “ə” kimi qəbul etmişdik. Amma bu, nə texniki, nə ictimai baxımdan özünü doğrultdu. Ona görə də biz “ə” hərfini saxladıq. Ümumi türk əlifbasında qazaxlar üçün də “a” üzərində iki nöqtə variantını saxladıq. Bir neçə belə cüzi fərqlər var”.
Akademik Nizami Cəfərov açıqlamasında bir sıra digər belə məqamlara da diqqət çəkib. Onun sözlərinə görə, ümumi türk əlifbasının içərisində elə hərflər var ki, bəzi türk dillərində yoxdur: “Məsələn, özbəklərdə cəmi 6 sait səs var, bizdə 9, Türkiyə türklərində 8. Hansı xalqa lazım olsa, ümumi bazadan götürüb, o hərfi işlədəcək. Məqsəd odur ki, bir türk dilində eyni səs varsa, bu səs əlifbada eyni hərflə işarə olunsun. Eyni bir səs bütün türk dillərində eyni hərflə işarə olunacaq. Ancaq bu səs yoxdursa, onun işarəsi bizim dilimizdə olmayacaq. Belə bir çox dərin məzmunlu müzakirə keçdi.
Bir neçə ildir bu müzakirələr gedir. Son müzakirələrdə artıq bir-birimizi də başa düşürdük. İlk müzakirələr çox çətin keçirdi. Hər kəs istəyirdi ki, öz əlifbasını ümumi türk əlifbası kimi təqdim etsin, bu da təbiidir. Artıq məsələ aydınlaşdı, ümumi türk əlifbası bütün türk dillərinə aid işarələri əks etdirəcək. Hər kəs özünə uyğun hərfi oradan götürüb işlədəcək”.
Bəs ortaq əlifbanın tətbiqinə nə vaxt başlanacaq? Sualımızı cavablandıran akademik bildirib: “Türk Dövlətləri Təşkilatı bu işlərlə məşğuldur. Biz artıq ümumi türk dünyasıyıq. Prezidentimiz də söylədi ki, biz türk ailəsinə mənsubuq. Yəqin ki, bu ailənin sahibləri olan prezidentlərimiz türk dünyası alimlərinin təklif etdiyi ümumi türk əlifbasını siyasi baxımdan bu yaxınlarda təsdiq edəcəklər. Təsdiq etməsələr, hansısa problem varsa, onu göstərəcəklər. Türkoloqlar yenidən işləyəcək, yenidən müzakirələr olacaq.
Ancaq mənə elə gəlir ki, belə bir müzakirəyə ehtiyac olmayacaq. Çünki illərdir bu müzakirələ gedir. Sonra hər bir ölkənin ixtiyarında olacaq, ümum türk əlifbasından işarələr götürüləcək. Məsələn, türk dillərində “t” səsi var. Elə olmayacaq ki, bu səsi qazax bir cür yazsın, özbək bir cür, qırğız baqşa cür. “X” səsi, “Ə” səsi hansısa türk dilində yoxdursa, onlar onu öz əlifbalarına daxil etməyəcəklər. Amma həmin hərflər ümumi türk əlifbasında təmsil olunacaq”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Sosial
27 Aprel 17:15

Gündəm
27 Aprel 17:04

Hadisə
27 Aprel 16:28

Sosial
27 Aprel 15:22

Siyasət
27 Aprel 14:30

Sosial
27 Aprel 13:29

Mədəniyyət
27 Aprel 12:41

İdman
27 Aprel 11:17

İqtisadiyyat
27 Aprel 10:27

Sosial
27 Aprel 09:32

Elm
27 Aprel 09:13

İdman
27 Aprel 08:58

Sosial
26 Aprel 23:34

Dünya
26 Aprel 22:28

İdman
26 Aprel 21:46

Dünya
26 Aprel 20:32

Siyasət
26 Aprel 20:05

Hadisə
26 Aprel 19:27

Hadisə
26 Aprel 18:59

Dünya
26 Aprel 18:23

Dünya
26 Aprel 17:42

Sosial
26 Aprel 17:26

Hadisə
26 Aprel 16:50

Sosial
26 Aprel 16:29

Dünya
26 Aprel 15:47

İqtisadiyyat
26 Aprel 15:11

Dünya
26 Aprel 14:56

Sosial
26 Aprel 14:24

YAP xəbərləri
26 Aprel 13:35

Siyasət
26 Aprel 13:26

Elanlar
26 Aprel 13:07

Elanlar
26 Aprel 13:04

Gündəm
26 Aprel 13:02

Gündəm
26 Aprel 12:45

Sosial
26 Aprel 12:30

Siyasət
26 Aprel 12:14

Siyasət
26 Aprel 11:42

İqtisadiyyat
26 Aprel 11:36

Siyasət
26 Aprel 11:23

Yeni texnologiyalar
26 Aprel 11:15

Siyasət
26 Aprel 10:51

Siyasət
26 Aprel 10:38

MEDİA
26 Aprel 10:14

Dünya
26 Aprel 09:58

Analitik
26 Aprel 09:37

Sosial
26 Aprel 09:13

Sosial
26 Aprel 08:54

Ədəbiyyat
26 Aprel 08:25

YAP xəbərləri
25 Aprel 23:18

YAP xəbərləri
25 Aprel 22:17

YAP xəbərləri
25 Aprel 21:38
YAP xəbərləri
25 Aprel 21:12
YAP xəbərləri
25 Aprel 20:56

YAP xəbərləri
25 Aprel 20:11

Xəbər lenti
25 Aprel 20:11

YAP xəbərləri
25 Aprel 19:50
YAP xəbərləri
25 Aprel 19:15

YAP xəbərləri
25 Aprel 18:53

İqtisadiyyat
25 Aprel 18:32

YAP xəbərləri
25 Aprel 18:16

YAP xəbərləri
25 Aprel 18:12

Siyasət
25 Aprel 18:10

Sosial
25 Aprel 18:09

Gündəm
25 Aprel 18:07

YAP xəbərləri
25 Aprel 17:59

YAP xəbərləri
25 Aprel 17:34

Gündəm
25 Aprel 17:32

Hərbi
25 Aprel 17:25

YAP xəbərləri
25 Aprel 17:25

YAP xəbərləri
25 Aprel 17:13
