Vaxt bitdi!
05.09.2023 [10:50]
Sərsəng su anbarı ilə bağlı özbaşınalıqlara son qoyulmalıdır
Otuz ili əhatə edən işğal dövründə Ermənistan və Azərbaycan ərazisində yaradılan separatçı rejim ölkəmizə qarşı saysız-hesabsız müharibə cinayətləri törədib. Belə cinayətlərdən biri də Qarabağın zəngin su ehtiyatlarından qeyri-qanuni istifadə ilə bağlıdır. Bir tərəfdən, Azərbaycan işğal dövründə özünün su mənbələrindən məhrum qalmışdı, digər tərəfdən isə işğalçı dövlət və separatçı rejim Tərtərçayın üzərində yerləşən Sərsəng su anbarından ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Təəssüf doğuran haldır ki, qarşı tərəf hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında olan su anbarı ilə bağlı manipulyasiyalarına postmüharibə mərhələsində də son qoymayıb. Uzun illər ərzində müvafiq qaydalar gözlənilmədən istismar olunan su anbarının hazırkı texniki-ekoloji durumu ciddi narahatlıq doğurur. Bununla belə, Azərbaycanın müvafiq qurumlarına sututarın texniki-ekoloji vəziyyətini araşdırmalarına, monitorinqlər aparmalarına və zəruri möhkəmlətmə tədbirləri görmələrinə şərait yaradılmır ki, bu da yolverilməzdir.
Ulu Öndərin böyük səyləri və Azərbaycanın vəsaitləri ilə inşa olunan su anbarı
Ulu öndər Heydər Əliyev hələ keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamızın su təhlükəsizliyinə nail olmaq üçün bir sıra irimiqyaslı layihələrin həyata keçirilməsinə nail olub. Belə layihələrdən biri də Sərsəng su anbarıdır. Bu mühüm strateji əhəmiyyətə malik infrastruktur obyekti Heydər Əliyevin təşəbbüsü, böyük səyləri və Azərbaycanın vəsaitləri ilə tikilib. Layihənin icrasına 1970-ci ildə start verilib. Respublikanın o vaxtkı rəhbəri olan Heydər Əliyev 1976-cı ildə su anbarının açılışında şəxsən iştirak edib. İnfrastruktur obyektinin izdihamlı açılış mərasimində çıxışında deyib ki, Sərsəng SES və su anbarı ətrafdakı rayonların əhalisini işıq və su ilə təmin edəcək.
Su anbarının yaradılması yay aylarında quraqlıqdan əziyyət çəkən Qarabağın aran rayonlarının sakinlərinin böyük sevincinə səbəb oldu. Heydər Əliyev onlara həyat anlamına gələn su bəxş etmişdi. Azərbaycanın ölkə daxilində yaranan ən bolsulu çaylarından biri sayılan Tərtər çayının üzərində inşa olunan Sərsəng su anbarının ümumi həcmi 560 milyon kubmetrdir. Müqayisə üçün deyək ki, bu su anbarı ölkəmizdə böyüklüyünə görə Mingəçevir gölündən sonra ikinci dəryaçadır. Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsi olan bu anbar vasitəsilə 96 min hektar sahənin suvarılması imkanları var. Bu anbarın bəndində ümumi gücü 50 meqavat olan su-elektrik stansiyası tikilib.
Ermənilərin ekoloji terror xəyanəti
Özlərini yeri gəldi-gəlmədi “mədəni xalq” adlandıran, bununla bağlı uydurma miflər yaradan ermənilərin insanlıqla bir araya sığmayan vandalizm əməllərindən biri də onların əl atdıqları ekoloji terror xəyanətidir. Tarixdə Xeyir və Şərin mübarizəsi ilə bağlı rəvayət formalaşıb. Dahi Nizaminin qələmə aldığı səhnədə Şər Xeyiri səhrada susuz qoyaraq tərk edir. Bütün şər qüvvələr kimi, ermənilər də məhz belə hərəkət ediblər - onlar məkrli məqsədlərlə Sərsəng su anbarını respublikamıza qarşı təzyiq vasitəsinə çeviriblər. İşğaldan əvvəl Sərsəng su anbarı Ağdam, Bərdə, Ağcabədi, Yevlax, Tərtər və Goranboy rayonlarının əkin sahələrini su ilə təmin edirdi. 1993-cü ildə Tərtər-Kəlbəcər yolu Ermənistan silahlı qüvvələrinin işğalı altına düşəndən sonra su anbarı da ölkəmizin aidiyyəti qurumlarının nəzarətindən çıxdı. Ermənilər bunu Azərbaycana təzyiq göstərmək üçün bir fürsət kim dəyərləndirdilər. Onlar şər qüvvələr kimi, qışda kəskin ehtiyac olmadığı dövrdə bəndləri açaraq suyu azərbaycanlılar yaşayan kəndlərin ərazilərinə buraxırdılar. Bunun da nəticəsində yuxarıda sadalanan rayonların ərazilərində təsərrüfatlar məhv olurdu. Yay aylarında isə əks vasitəyə əl atılırdı - bəndlər bağlanır və təsərrüfatlar su ala bilmirdilər. Bu məkrli əmələ ancaq erməni vandalları əl ata bilərdilər və onlar bunu özlərinə xas tərzdə edərək belə yaramaz, bədnam işlərdən həzz alırdılar. Necə ki, Şər Xeyiri susuz qoymaqdan xoşbəxt olduğunu düşünürdü.
Elə ermənilərin aqibəti də Şərin aqibəti kimi oldu. 44 günlük müharibədəki şanlı Zəfərlə biz işğalçıları ərazilərimizdən iti qovan kimi qovduq. Ancaq erməni xisləti ki, erməni xisləti. Qarşı tərəf hətta acınacaqlı məğlubiyyətdən sonra da məkrli əməllərini davam etdirir. Belə ki, separatçılar su anbarının Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında olmasından sui-istifadə etməklə Azərbaycanın müvafiq qurumlarının monitorinqlər aparmalarına hər vəchlə maneələr yaratmağa çalışırlar.
Bölgə üçün ciddi təhlükə - neçə illərdir ki, həyəcan təbili çalınır
Mütəxəssislər Sərsəng su anbarının uzun illər ərzində monitorinqlərdən kənarda qalmasını, burada cari və əsaslı bərpa işlərinin görülməməsini ətraf ərazilər üçün ciddi təhlükə hesab edirlər. Hər zaman ekoloji fəlakət baş verə bilər. Sututar ölkəmizin ərazisində mövcud olan ən hündür su anbarıdır. Əgər yağıntı normadan artıq düşərsə, su anbarının dolması nəticəsində daşqın və bəndlərin uçması təhlükəsi tam realdır. Belə bir təbiət hadisəsi baş verdiyi təqdirdə, bənddən aşağıda yerləşən kəndlərin, yaşayış məntəqələrinin, əkin sahələrinin və infrastruktur obyektlərinin su altında qalması qaçılmaz olacaq. Ermənistan və separatçı rejim işğal dövründə su anbarına bivec münasibət sərgiləyib, burada hər hansı bir iş görülməyib. Bu gün anbarın bərpası, normal istismar vəziyyətinə gətirilməsi separatçı rejimin imkanı və istəyi xaricindədir. Belə olan halda Sərsəng su anbarına Azərbaycanın müvafiq qurumlarının çıxışının təmin olunması qaçılmaz zərurətə çevrilib. Məsələ ən qısa zamanda həllini tapmalıdır və beynəlxalq qurumlar, o cümlədən də sülhyaratma prosesində iştirak edən vasitəçilər bu barədə ciddi düşünməlidirlər. Ekoloji fəlakət baş verdikdən sonra onun fəsadlarının aradan qaldırılması daha çətin olacaq. Azərbaycan məsuliyyətli dövlət kimi, bununla bağlı indidən həyəcan təbili çalır.
Qeyd edək ki, hələ işğal dövründə bir sıra beynəlxalq qurumlar, o cümlədən də Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə qəbul etmişdi. Həmin qətnamədən bir neçə bəndi xatırladaq:
1. Parlament Assambleyası bütün üzv dövlətlərə xatırladır ki, 1966-cı il Helsinki və 2004-cü il Berlin Qaydalarına əsasən, sudan istifadə hüququ həyat və sağlamlıq üçün vacibdir və bununla, digər insan hüquqlarından istifadənin ilkin şərtini təşkil edir. Assambleya dövlətlərin öz əhalisini yetərli, təhlükəsiz və əlverişli su ehtiyatları ilə təmin etmək öhdəliyini vurğulayır.
2. Assambleya hesab edir ki, içməli sudan maneəsiz istifadə (suya maneəsiz çıxış) hər bir dövlət üçün əsas hüquq, həyat mənbəyi və strateji əhəmiyyətə malikdir və sərhədlərin mövcudluğu bu istifadəni məhdudlaşdıra bilməz. Assambleya təsdiq edir ki, qəsdən sudan məhrum etmə günahsız vətəndaşlara zərər yetirmə vasitəsi kimi istifadə edilə bilməz.
3. Assambleya qınayır ki, Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan tərəfindən işğalı Azərbaycanın Aşağı Qarabağ bölgəsində yaşayan əhalisi üçün oxşar humanitar və ekoloji problemlər yaradır.
4. Assambleya bildirir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən birində yerləşən Sərsəng su anbarında 20 ildən artıq dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması bütün ətraf ərazilər üçün təhlükə yaradır. Assambleya vurğulayır ki, Sərsəng su anbarının baxımsız vəziyyətdə qalması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana səbəb ola biləcək böyük fəlakətə gətirib çıxara bilər və s.
Təəssüf doğuran haldır ki, qətnamədə təsvir olunan mənzərə aradan illər ötsə də dəyişməyib, hətta problemlər bir qədər də ciddiləşib. Bunun müqabilində Avropa İttifaqının və digər beynəlxalq qurumların vəziyyətə seyirçi qalmaları, Azərbaycanın həyəcan təbilini eşitməzliyə vurmaları suallar yaradır.
Vətəndaş cəmiyyətinin böyük narahatlığı
Hazırda Azərbaycan cəmiyyətində Sərsəng su anbarı ətrafında yaranmış acınacaqlı vəziyyətlə bağlı ciddi narahatlıq yaşanır. Bu günlərdə Sərsəng su anbarında yaranmış qəza vəziyyəti ilə əlaqədar olaraq ekolojiyönümlü qeyri-hökumət təşkilatları bəyanatla çıxış ediblər. Aidiyyəti dövlət qurumlarına ünvanlanan bəyanatı 16 QHT nümayəndəsi imzalayıb. Sənəddə su anbarında yaranmış qəza vəziyyəti ilə əlaqədar vətəndaş cəmiyyəti təsisatlarının ciddi və əsaslı narahatlığı öz əksini tapıb. Bəyanatda oxuyuruq: “Sərsəng su anbarının Ermənistan və onun himayə etdiyi qanunsuz rejimin tör-töküntüləri tərəfindən qəsdən Azərbaycan əhalisinə qarşı ekoloji və sosial-iqtisadi terror vasitəsi kimi istifadə olunması yolverilməzdir.
47 il əvvəl istismara verilmiş Sərsəng su anbarının təmir və bərpasına ciddi ehtiyac var. 30 ildən artıqdır ki, Ermənistan bu su anbarını qanunsuz istismar edib, iqtisadi və ekoloji cinayətkarlıqla məşğul olub. Bu əməllərin davam etdirilməsi yolverilməzdir.
Azərbaycanın rəsmi qurumlarının bu yaxınlarda Sərsəng su anbarı ilə əlaqədar yaydığı birgə bəyanatda qeyd edilir ki, anbarın mövcud qəza vəziyyəti onun aşağı hissəsində yerləşən yaşayış məntəqələri, təsərrüfatlar və infrastruktur obyektləri üçün ciddi təhlükə yaradır”.
QHT-nın yaydığı bəyanatda Ermənistanın və separatçı tör-töküntülərin Sərsəng su anbarı ilə əlaqədar Azərbaycanın və beynəlxalq ictimaiyyətin çağırışlarına heç vaxt məhəl qoymadıqları ciddi şəkildə qınanılıb. Bildirilib ki, böyük kənd təsərrüfatı potensialı və münbit torpaq ehtiyatlarına malik Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının suvarma tələb olunan əraziləri Ermənistanın Sərsəng su anbarı ilə əlaqədar özbaşınalıqlarının qurbanına çevrilib. Sərsəng su anbarı təyinatı üzrə istifadə olunarsa, 100 min hektar əkin sahəsi aktiv kənd təsərrüfatı dövriyyəsinə cəlb oluna bilər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 21:57
Dünya
14 Sentyabr 21:52
Hadisə
14 Sentyabr 21:50
Siyasət
14 Sentyabr 21:15
Siyasət
14 Sentyabr 21:00
Xəbər lenti
14 Sentyabr 20:45
İdman
14 Sentyabr 20:30
Formula 1
14 Sentyabr 20:15
Hadisə
14 Sentyabr 20:05
Xəbər lenti
14 Sentyabr 20:00
Xəbər lenti
14 Sentyabr 19:45
Sosial
14 Sentyabr 19:20
Xəbər lenti
14 Sentyabr 19:00
Xəbər lenti
14 Sentyabr 18:48
Hadisə
14 Sentyabr 18:30
Siyasət
14 Sentyabr 18:05
Xəbər lenti
14 Sentyabr 17:49
İqtisadiyyat
14 Sentyabr 17:26
Dünya
14 Sentyabr 16:14
Dünya
14 Sentyabr 15:41
Sosial
14 Sentyabr 15:16
Formula 1
14 Sentyabr 15:13
Siyasət
14 Sentyabr 15:09
Turizm
14 Sentyabr 14:29
Siyasət
14 Sentyabr 13:55
Sosial
14 Sentyabr 13:44
Gündəm
14 Sentyabr 13:22
Hərbi
14 Sentyabr 13:17
Formula 1
14 Sentyabr 13:11
Hadisə
14 Sentyabr 12:23
Hadisə
14 Sentyabr 12:08
İqtisadiyyat
14 Sentyabr 11:59
İqtisadiyyat
14 Sentyabr 11:09
Sosial
14 Sentyabr 11:06
Daxili siyasət
14 Sentyabr 10:39
Formula 1
14 Sentyabr 10:22
İqtisadiyyat
14 Sentyabr 10:16
Siyasət
14 Sentyabr 10:15
Sosial
14 Sentyabr 10:10
Gündəm
14 Sentyabr 09:43
Mədəniyyət
14 Sentyabr 09:37
Dünya
14 Sentyabr 09:17
Gündəm
14 Sentyabr 09:13
Dünya
14 Sentyabr 08:45
Dünya
14 Sentyabr 08:42
Siyasət
14 Sentyabr 08:22
MEDİA
14 Sentyabr 08:20
Siyasət
14 Sentyabr 08:15
Turizm
14 Sentyabr 07:52
Ədəbiyyat
14 Sentyabr 07:48
İqtisadiyyat
13 Sentyabr 23:55
Sosial
13 Sentyabr 23:45
İqtisadiyyat
13 Sentyabr 23:27
Mədəniyyət
13 Sentyabr 23:15
Sosial
13 Sentyabr 22:40
Siyasət
13 Sentyabr 22:20
Hadisə
13 Sentyabr 21:45
Xəbər lenti
13 Sentyabr 21:28
Siyasət
13 Sentyabr 21:15
Xəbər lenti
13 Sentyabr 21:00
Dünya
13 Sentyabr 20:38
İqtisadiyyat
13 Sentyabr 20:26
Elm
13 Sentyabr 19:45
Turizm
13 Sentyabr 19:17
İdman
13 Sentyabr 18:38
YAP xəbərləri
13 Sentyabr 18:31
YAP xəbərləri
13 Sentyabr 18:30
İqtisadiyyat
13 Sentyabr 18:24
Formula 1
13 Sentyabr 18:22
Hadisə
13 Sentyabr 18:15