5+1 - iki regionun dövlətləri arasında...
16.09.2023 [10:00]
Genişlənən iqtisadi əməkdaşlıq
Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər hazırkı dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Müstəqillik illərində respublikamızla Mərkəzi Asiya ölkələri arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə əlverişli zəmin yaranıb. Əlamətdar haldır ki, yaxınlaşmağa, sıx təmaslar qurmağa həm dövlətlər, həm də cəmiyyətlər səviyyəsində böyük istək var. Prezident İlham Əliyevin sentyabrın 14-də Düşənbədə baş tutan Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündəki çıxışında bildirdiyi kimi, otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Çıxışında Mərkəzi Asiya və Azərbaycanı artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi region kimi səciyyələndirən dövlətimizin başçısı möhkəm təməl üzərində qurulan, dövlətlərin və liderlərin qətiyyətli siyasi iradələrinə əsaslanan qarşılıqlı əməkdaşlıq münasibətlərinin bir sıra mühüm istiqamətlərinə diqqət çəkib.
Qarşılıqlı ticarətin və sərmayələrin artımı
Azərbaycan və Mərkəzi Asiya dövlətləri zəngin resurslara və güclü iqtisadi potensiala malik olan ölkələrdirlər. Artıq 5+1 formatında birləşən bu ölkələrin iqtisadiyyatlarının ümumi real həcmi 1 trilyon 412 milyard dollara çatıb. O cümlədən ÜDM-in həcmi Qazaxıstanda 604,551 milyard dollar, Özbəkistanda 420,0 milyard dollar, Azərbaycanda 189,9 milyard dollar, Türkmənistanda 117,77 milyard dollar, Qırğızıstanda 43,318 milyard dollar və Tacikistanda 37,235 milyard dollardır. Bu rəqəmlər ölkələrimizin iqtisadi potensialını ifadə edir.
Azərbaycan müstəqillik illərində Mərkəzi Asiyanın bütün dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirməyə nail olub. Biz dinamikanın getdikcə artmasını müşahidə edirik. İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici haldır ki, hər iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Belə ki, keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb.
Eyni zamanda, birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. “Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Biz Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağını görürük”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Bakı-Tbilisi-Qars müasirləşdirilir
Region ölkələrinin nəqliyyat və logistika sahəsində əməkdaşlıq imkanları xüsusilə genişdir. İndiki gərginliklər fonunda Avrasiya məkanından keçən bir sıra marşrutlar üçün ciddi təhdidlər yaranıb. Hazırda müharibə səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarda təhlükəli vəziyyət hökm sürür və əslində, onların fəaliyyəti dayanıb. Müharibənin digər tərəfi olan Rusiyadan keçən marşrutlara təhlükəsizlik nöqteyi-nəzərindən və bir sıra başqa səbəblərdən diqqət azalıb. Belə heç də adi olmayan bir şəraitdə Orta Dəhlizin cəlbediciliyi artıb və bu marşrut üçün yeni fürsətlər yaranıb. Sözügedən dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi də tanınır. Orta Dəhliz Mərkəzi Asiyada yerləşən ölkələrdən keçməklə Xəzər dənizi vasitəsilə Azərbaycana, daha sonra isə Gürcüstan və Türkiyə vasitəsilə Avropayadək uzanır. Perspektivdə Orta Dəhlizin Zəngəzur qolu da yaradılacaq. Bu şaxələndirmə dəhlizin cəlbediciliyini daha da artıracaq.
Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır. Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaran Azərbaycan gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışır. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı hazırkı ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq. Ümumiyyətlə, Azərbaycanın regional və qlobal əhəmiyyət daşıyan nəqliyyat infrastrukturunun genişləndirilməsi ilə bağlı planları kifayət qədər genişdir. Bu sırada, həmçinin Azərbaycanın təşəbbüsü və moderatorluğu ilə ərsəyə gələn Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Ələtdəki dəniz limanının ötürücülük imkanlarının genişləndirlməsi layihələri də yer alır. “Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Rəqəmsal İpək Yolu
Gələcəkdə Azərbaycan və Orta Asiya dövlətlərini birləşdirən Orta Dəhlizlə daşımaların artması perspektivi kifayət qədər böyükdür. Artacaq yük həcmlərini qarşlamaq və nəqliyyat marşrutlarının funksionallığını daha yüksək səviyyədə təmin etmək üçün ölkələr arasında uzlaşdırılmış fəaliyyət qurulmalıdır. Bu gün yeni çağırışlar yaranıb. O cümlədən daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılması, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin etmək zəruridir. Qeyd olunduğu kimi, tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsində mühüm meyarlardan biri Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır. Bu xüsusda, fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir”.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
14 Sentyabr 21:15
Siyasət
14 Sentyabr 21:00
Xəbər lenti
14 Sentyabr 20:45
İdman
14 Sentyabr 20:30
Formula 1
14 Sentyabr 20:15
Hadisə
14 Sentyabr 20:05
Xəbər lenti
14 Sentyabr 20:00
Xəbər lenti
14 Sentyabr 19:45
Sosial
14 Sentyabr 19:20
Xəbər lenti
14 Sentyabr 19:00
Xəbər lenti
14 Sentyabr 18:48
Hadisə
14 Sentyabr 18:30
Siyasət
14 Sentyabr 18:05
Xəbər lenti
14 Sentyabr 17:49
İqtisadiyyat
14 Sentyabr 17:26
Dünya
14 Sentyabr 16:14
Dünya
14 Sentyabr 15:41
Sosial
14 Sentyabr 15:16
Formula 1
14 Sentyabr 15:13
Siyasət
14 Sentyabr 15:09
Turizm
14 Sentyabr 14:29
Siyasət
14 Sentyabr 13:55
Sosial
14 Sentyabr 13:44
Gündəm
14 Sentyabr 13:22
Hərbi
14 Sentyabr 13:17
Formula 1
14 Sentyabr 13:11
Hadisə
14 Sentyabr 12:23
Hadisə
14 Sentyabr 12:08
İqtisadiyyat
14 Sentyabr 11:59
İqtisadiyyat
14 Sentyabr 11:09
Sosial
14 Sentyabr 11:06
Daxili siyasət
14 Sentyabr 10:39
Formula 1
14 Sentyabr 10:22
İqtisadiyyat
14 Sentyabr 10:16
Siyasət
14 Sentyabr 10:15
Sosial
14 Sentyabr 10:10
Gündəm
14 Sentyabr 09:43
Mədəniyyət
14 Sentyabr 09:37
Dünya
14 Sentyabr 09:17
Gündəm
14 Sentyabr 09:13
Dünya
14 Sentyabr 08:45
Dünya
14 Sentyabr 08:42
Siyasət
14 Sentyabr 08:22
MEDİA
14 Sentyabr 08:20
Siyasət
14 Sentyabr 08:15
Turizm
14 Sentyabr 07:52
Ədəbiyyat
14 Sentyabr 07:48
İqtisadiyyat
13 Sentyabr 23:55
Sosial
13 Sentyabr 23:45
İqtisadiyyat
13 Sentyabr 23:27
Mədəniyyət
13 Sentyabr 23:15
Sosial
13 Sentyabr 22:40
Siyasət
13 Sentyabr 22:20
Hadisə
13 Sentyabr 21:45
Xəbər lenti
13 Sentyabr 21:28
Siyasət
13 Sentyabr 21:15
Xəbər lenti
13 Sentyabr 21:00
Dünya
13 Sentyabr 20:38
İqtisadiyyat
13 Sentyabr 20:26
Elm
13 Sentyabr 19:45
Turizm
13 Sentyabr 19:17
İdman
13 Sentyabr 18:38
YAP xəbərləri
13 Sentyabr 18:31
YAP xəbərləri
13 Sentyabr 18:30
İqtisadiyyat
13 Sentyabr 18:24
Formula 1
13 Sentyabr 18:22
Hadisə
13 Sentyabr 18:15
Sosial
13 Sentyabr 18:11
Elm
13 Sentyabr 18:10
YAP xəbərləri
13 Sentyabr 17:45