Xalqımız heç vaxt unutmayacaq!
18.11.2023 [10:00]
ABŞ-in yardımı Azərbaycana lazımdırmı?
Müşahidələrə əsasən belə bir fikri qətiyyətlə ifadə edə bilərik ki, Amerika Birləşmiş Ştatlarının müxtəlif hökumət və dövlət dairələrinin təmsilçiləri bu ölkədəki güclü erməni lobbisinin təsiri altında fəaliyyət göstərirlər. Xüsusilə də Senatın və Konqresin müxtəlif komitələrinin ayrı-ayrı üzvləri ABŞ-dakı erməni lobbisinin danışan dilinə çevriliblər. Bunu son vaxtlarda Senatda və Konqresdə Azərbaycan-Ermənistan münasibətlərinin tez-tez müzakirə mövzusuna çevrilməsi bir daha təsdiqləyir. Bir qayda olaraq dinləmələrdə 30 il işğalçılıq siyasəti aparmış Ermənistan, artıq keçmişdə qalan separatçı rejim dəstəklənir, öz gücünə ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan isə qınanılır. Bu günlərdə bəzi konqresmenlərdən növbəti əcaib-qəraib açıqlamalar gəlib. Onlar bildirirlər ki, ABŞ bundan sonra Azərbaycana yardım etməyəcək.
Azadlığın müdafiəsi aktı, yoxsa iqtisadi təsir alət?
Konqresmenlər bu səslənməni noyabrın 15-də Senatda “2023-cü ildə Ermənistanın müdafiəsi aktı” “sənəd”inin qəbul olunmasından sonra dilə gətiriblər. Senatorlar ABŞ prezidentinin “Azadlığı Müdafiə Aktı”na Azərbaycana hərbi yardımı qadağan edən 907-ci düzəlişdən yan keçməsinə imkan verməyən “sənəd”ə səs veriblər. Bəhs olunan qanunvericilik aktının müəllifi Cerri Pitersdir. Onu xüsusi təqdim etməyə ehtiyac yoxdur. Bu şəxs ermənilərdən artıq ermənilik etməsi ilə məşhurdur. Senatorun ABŞ-dakı erməni lobbisi ilə geniş əlaqələri var, sonuncu dəfə 2023-cü ilin sentyabrında Ermənistanda müəmmalı səfərdə olub.
Ancaq erməni lobbisinin maraqlarından çıxış edən konqresmenlər tələsiblər. Hələlik prosedur tam başa çatmayıb. Cerri Pitersin hazırladığı “sənəd” Nümayəndələr Palatasında dəstəklənməli və prezident tərəfindən təsdiqlənməlidir. Prosesin hansı sonluqla bitəcəyini bəri başdan söyləmək hələ tezdir.
Xatırladaq ki, 1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımını tənzimləyən “Azadlığı Müdafiə Aktı” adlı qanun qəbul edib. Bu qanunun 907-ci bölməsinə edilən düzəlişə əsasən ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərilməsi qadağan olunub. Bədnam 907-ci düzəlişin qəbul olunması sırf erməni lobbisinin Konqresə təsirlərinin nəticəsində mümkün olub. Konqresmenler erməni icmasının və lobbisinin təsirləri altında 907-ci düzəliş üçün Azərbaycanın münaqişədə olduğu Ermənistanı blokadada saxlaması, keçmiş Dağlıq Qarabağ ermənilərinə qarşı zorakılığa yol verməsi kimi “səbəbləri” əsas kimi qəbul ediblər. Qanunun qüvvəyə mindiyi 1993-cü ilin yanvarına qədər isə Ermənistan silahlı qüvvələri Azərbaycanın keçmiş Dağlıq Qarabağ Vilayətini və onun hüdudlarından kənardakı ərazilərin bir qismini işğal altına almışdı. 907-ci düzəlişin qəbul olunması nəticəsində yeni müstəqillik qazanmış və böyük çətinliklərlə üzləşən Azərbaycan Respublikası səkkiz il ərzində ABŞ-ın yardımından məhrum olub. 2001-ci ildə isə Senat ABŞ prezidentinə 907-ci düzəlişi təxirə salmaq hüququ verən sənəd qəbul edib.
ABŞ Senatında qəbul olunan yeni “sənəd”i və konqresmenlərin ifadə etdikləri absurd fikirləri əslində ABŞ-ın bütün işğal dövründə bu ölkənin Azərbaycana və Ermənistana yönəlik fərqli və ziddiyyətli siyasətinin davamı kimi dəyərləndirmək mümkündür. ABŞ-ın onilliklər ərzində həllini tapmayan keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə sərgilədiyi mövqe (əslində, mövqesizlik-red.) ikili standartlara bariz nümunədir. Çünki məhz Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü pozulmuşdu, ölkənin 20 faiz torpaqları zəbt edilmişdi, 1 milyondan artıq vətəndaşı doğma ev-eşiyini itirərək qaçqın vəziyyətinə düşmüşdü. Bununla belə, sülhyaratma prosesinə cəlb olunan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi ABŞ təcavüzkarın cilovlanması ilə bağlı hər hansı tədbir görülməsi təşəbbüsündən çıxış etmirdi. Münaqişənin həllinə cəlb olunan ATƏT-in Minsk qrupunun “fəaliyyəti” əslində işğalçı Ermənistanla təcavüzə məruz qalan Azərbaycan arasında bərabərlik işarəsi qoymaq cəhdlərindən uzağa getmirdi. Eyni zamanda, BMT-nin Azərbaycanın işğal edilmiş ərazilərinin qeyd-şərtsiz boşaldılmasına dair çıxardığı 4 qətnamənin illər ərzində Ermənistan tərəfindən yerinə yetirilməməsinə seyirçi münasibət bəslənilirdi. Beləliklə də, cəzasız qalan işğalçı Ermənistan özünün təcavüzkar siyasətindən əl çəkmir və regionda sülhə, əmin-amanlığa ən böyük təhlükə olaraq qalmaqda davam edirdi. Bəs supergüc dövlət olan ABŞ-ın ədalətli mövqeyi niyə “itmişdi”? Axı biz bu ölkənin bir sıra hallarda, o cümlədən də Yaxın Şərqdə necə “qətiyyətlə” hərəkətə keçməsinin şahidi olmuşuq. Bunlar ABŞ-ın selektiv siyasət apardığına dəlalət edir. Bu ölkə bir halda təcavüzkarı cəzalandırmağın zəruriliyini bildirərək dərhal hərəkətə keçir, digər halda isə işğalçının arxasında dayanır, ona yardım əli uzadır.
ABŞ separatçıların dəstəkçisi rolunda
ABŞ Senatında və Konqresində Azərbaycan əleyhinə ənənəvi və qərəzli kampaniyanın növbəti dalğası ölkəmizin sentyabrın 19-da uğurla həyata keçirdiyi 23 saatlıq antiterror tədbirlərindən sonra daha geniş vüsət alıb. Bu antiterror tədbirlərinin nəticəsi olaraq Qarabağda separatizmə son qoyulub və ölkəmizin suverenliyi tam təmin olunub. Azərbaycan özünün müqəddəs missiyasını tamamlayıb. Artıq ölkənin bütün ərazilərində üçrəngli bayrağımız dalğalanır. Belə görünür ki, ABŞ-dakı erməni lobbisi və onun təsiri altında olan dairələr ölkəmizin 2020-ci ildə ərazi bütövlüyünü, 2023-cü ildə isə Qarabağda suverenliyini tam təmin etməsini sinirə bilmirlər. ABŞ-ın dövlət və hökumət dairələrinin, Senatın və Konqresin ayrı-ayrı təmsilçilərinin ölkəmizə qarşı koordinasiyalı fəaliyyətə başladıqları və öz cəbhələrini genişləndirdikləri ortadadır. Sual olunur: Azərbaycan öz gücünə separatizmə son qoyduğu halda Senatda “Dağlıq Qarabağın gələcəyi” mövzusunda diləmələr keçirilməsi hansı məntiqə sığır? Budurmu ABŞ-ın demokratiyası və yaxud ədaləti?
Ümumiyyətlə, ABŞ-ın separatizmi dəstəkləməsi permanent xarakter daşıyır. Amerikadakı erməni lobbisi separatçılara ayrıca yardım göstərilməsi üçün hələ 1993-cü ildən fəaliyyətə başlamışdı. Bunun nəticəsi olaraq, 1998-ci ildə ermənilər ABŞ rəhbərliyini keçmiş Dağlıq Qarabağa oradakı humanitar vəziyyəti öyrənmək üçün xüsusi missiya göndərilməsinə razı saldılar. 1999-cu ildən başlayaraq isə Konqresdə qəbul olunan xarici yardımlar paketinə Dağlıq Qarabağa dair maddə əlavə olundu. Düzdür, Ağ Evdən Konqresə göndərilən büdcə layihələrində belə bir maddə olmurdu. Lakin sıraları ilbəil genişlənən ermənipərəst konqresmenlər həm Ermənistanın yardım payının artmasına, həm də separatçı rejimə yardım ayrılmasına müvəffəq oldular.
ABŞ vaxtilə Qarabağda yuva salan separatçılara minatəmizləmə adı altında 10 milyon dollar vəsait ayırıb. Bu ölkədə dəfələrlə separatçı rejimə dəstək kampaniyaları keçirilib. ABŞ-da separatçı rejimin nümayəndəliyinin “fəaliyyətinə” müəmmalı şəkildə göz yumulub. Azərbaycan xalqı uzun illər ərzində bu pisliyi, riyakarlığı görüb, bundan hiddətlənib və heç vaxt unutmayacaq.
Azərbaycan problemlərini özü həll edən ölkədir
ABŞ kimi güc mərkəzlərinin qərəzli və selektiv yanaşmaları nəticəsində onilliklər boyunca həllini tapmayan keçmiş Dağlıq Qarabağ münaqişəsini Azərbaycan öz gücünə aradan qaldırdı. Rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində öz missiyasını yüksək səviyyədə həyata keçirdi. Müzəffər Silahlı Qüvvələrimizin ön xətdə uğurlu döyüş əməliyyatları və Prezident İlham Əliyevin müdrik diplomatik gedişləri sayəsində üç onillik ərzində düşmənin nəzarətində qalan torpaqlarımız hərbi-siyasi yolla işğaldan azad edildi.
İşğaldan azad olunmuş ərazilərimiz təxminən 11 min kvadratkilometri əhatə edir. Həmin ərazilərdən təqdim olunan foto və video materiallar son dərəcə kədərli təəssürat oyadır. Prezident İlham Əliyevin obrazlı şəkildə ifadə etdiyi kimi, sanki vəhşi tayfalar gəlib keçiblər bu yerlərdən. Onlar yolları üstündə qarşılarına çıxan hər şeyi dağıdıblar.
Müharibənin bu kədərli mirasını aradan qaldırmaq, əraziləri yenidən dirçəltmək missiyası Azərbaycan dövlətinin üzərinə düşüb. Müharibə başa çatandan sonra məğlub Ermənistanın mətbuatında belə bir tezis dövriyyəyə buraxıldı ki, Azərbaycanın geri qaytardığı əraziləri bərpa etməyə imkanları çatmayacaq və bunun üçün ən yaxşı halda onilliklər tələb olunacaq. Bu, ermənilərin yenə də xəstə təxəyüllərinin məhsulu idi. Onların Şuşaya, Kəlbəcərə, Ağdama, Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına, ümumiyyətlə Qarabağa, buradakı abidələrə heç bir bağlılıqları yox idi. Əgər olsa idi, belə genişmiqyaslı dağıntılar törətməzdilər. Xalqımızı isə doğma, əziz yerlərə qırılmaz mənəvi tellər bağlayır.
Güclü dövlət olan Azərbaycan müharibədən çıxmasına baxmayaraq, işğaldan azad olunmuş ərazilərin bərpasına vaxt itirmədən başladı. İndiyədək işğaldan azad olunmuş ərazilərdə onlarca infrastruktur layihəsi reallaşdırılıb, yeniləri də icra mərhələsindədir. Ötən ildən başlayaraq ərazilərin məskunlaşdırılmasına start verilib. Bütövlükdə, indiyədək işğaldan azad olunmuş ərazilərin bərpasına 7 milyard dollardan çox vəsait yönəldilib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası üçün gələn ilin dövlət büdcəsindən isə 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.
Göründüyü kimi, güclü dövlət olan Azərbaycan bütün problemlərini özü həll edir. ABŞ konqresmenlərinin okeanın o tayında səslənmələri hansısa önəm daşımır. Azərbaycanın başqa bir ölkənin yardımına ehtiyacı yoxdur.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
Siyasət
07 Dekabr 10:55

MEDİA
07 Dekabr 10:50

Xəbər lenti
07 Dekabr 10:46

İqtisadiyyat
07 Dekabr 10:45

Siyasət
07 Dekabr 10:40

Xəbər lenti
07 Dekabr 10:35

Siyasət
07 Dekabr 10:30

Xəbər lenti
07 Dekabr 10:20

Siyasət
07 Dekabr 10:10

Siyasət
07 Dekabr 10:00

Xəbər lenti
07 Dekabr 09:32

Xəbər lenti
07 Dekabr 09:16

Xəbər lenti
07 Dekabr 09:15

Xəbər lenti
07 Dekabr 09:10

Xəbər lenti
07 Dekabr 09:07

Gündəm
07 Dekabr 09:00

Xəbər lenti
06 Dekabr 20:28

Siyasət
06 Dekabr 18:14

Siyasət
06 Dekabr 17:01

Dünya
06 Dekabr 16:20

Xəbər lenti
06 Dekabr 15:45

Xəbər lenti
06 Dekabr 15:31

Xəbər lenti
06 Dekabr 15:05

Xəbər lenti
06 Dekabr 15:04

Siyasət
06 Dekabr 14:21

Xəbər lenti
06 Dekabr 13:56

Xəbər lenti
06 Dekabr 13:44

Xəbər lenti
06 Dekabr 13:29
.jpg&width=120)
Xəbər lenti
06 Dekabr 13:26

Xəbər lenti
06 Dekabr 13:20

Mədəniyyət
06 Dekabr 13:08

Xəbər lenti
06 Dekabr 13:04

Mədəniyyət
06 Dekabr 12:44

Xəbər lenti
06 Dekabr 12:06

Xəbər lenti
06 Dekabr 11:57

Xəbər lenti
06 Dekabr 11:49

Siyasət
06 Dekabr 11:47

Xəbər lenti
06 Dekabr 11:45

Xəbər lenti
06 Dekabr 11:40

Xəbər lenti
06 Dekabr 11:38

Siyasət
06 Dekabr 11:27
.jpg&width=120)
Xəbər lenti
06 Dekabr 11:25

Sosial
06 Dekabr 11:23

Xəbər lenti
06 Dekabr 11:21

Xəbər lenti
06 Dekabr 11:18

Xarici siyasət
06 Dekabr 11:13

Siyasət
06 Dekabr 11:10

Xəbər lenti
06 Dekabr 11:08

Siyasət
06 Dekabr 11:05

İqtisadiyyat
06 Dekabr 11:00

Xəbər lenti
06 Dekabr 10:57

Xəbər lenti
06 Dekabr 10:55

İqtisadiyyat
06 Dekabr 10:52

Gündəm
06 Dekabr 10:45

Xəbər lenti
06 Dekabr 10:44

Xəbər lenti
06 Dekabr 10:42

MEDİA
06 Dekabr 10:42

Gündəm
06 Dekabr 10:40

Xəbər lenti
06 Dekabr 10:35

Xəbər lenti
06 Dekabr 10:33

Siyasət
06 Dekabr 10:30

Siyasət
06 Dekabr 10:21

Siyasət
06 Dekabr 10:20

Siyasət
06 Dekabr 10:10

Xəbər lenti
06 Dekabr 10:00

Xəbər lenti
06 Dekabr 09:47

Xəbər lenti
06 Dekabr 09:24

Xəbər lenti
06 Dekabr 09:22

Siyasət
06 Dekabr 00:06

Xəbər lenti
05 Dekabr 22:53
