/ / Bəhreyn Motoidman Federasiyası Bakıda keçiriləcək “Formula-1” yarışlarının təşkilinə öz töhfəsini verəcək
Bəhreyn Motoidman Federasiyası Bakıda keçiriləcək “Formula-1” yarışlarının təşkilinə öz töhfəsini verəcək
23.10.2015 [10:09]
Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışlarının əsas promouter təşkilatı olan “Bakı Şəhər Halqası” şirkəti ilə Bəhreyn Motoidman Federasiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, imzalanma mərasimi Bəhreynin Motoidman Federasiyasının və Marşallar Klubunun mütəxəssislərindən ibarət qrupun Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışları ilə əlaqədar Azərbaycana səfəri çərçivəsində baş tutub.
Tərəflər arasında bu əməkdaşlığı dəstəkləyən Azərbaycan Avtomobil Federasiyası (AAF) yarış zamanı trek ətrafında cərəyan edəcək idman əməliyyatlarının təşkili işini həyata keçirəcək.
Saziş pilotların təhlükəsizliyini, həmçinin ümumi təhlükəsizlik tədbirlərini əhatə edən yanğınsöndürmə, xilasetmə, tibbi yardım, təxliyə və s. əməliyyatların dəqiq və yüksək səviyyədə aparılması və bilavasitə bu prosesi həyata keçirən xüsusi marşallar qrupunun cəlb olunması və müvafiq təlimlərin təşkilini əks etdirən çərçivə sənədindən ibarətdir. Bu əməliyyatlar üzrə bilavasitə məsul olan Bəhreyn nümayəndələri yerli mütəxəssislərlə birlikdə Bakıdakı şəhər trasını gəzərək onu yaxından öyrənib və marşalların trek üzrə paylanması üçün müvafiq məkanları müəyyən ediblər. Marşallar trek boyu hərəkət edən sürücülərə lazımi komanda və ismarıcları çatdırmaq üçün istifadə olunan xüsusi bayraqlarla təmin ediləcəklər.
“Bakı Şəhər Halqası” şirkətinin baş icraçı direktoru Arif Rəhimov deyib ki, “Formula-1” Avropa Qran-pri yarışları bir çox xüsusiyyətlərinə görə bu günədək Azərbaycanda təşkil olunmuş beynəlxalq tədbirlərdən seçiləcək. Belə ki, Bakıda keçiriləcək yarış ən sürətli şəhər treki olaraq 500 milyondan çox televiziya tamaşaçısının izləyəcəyi möhtəşəm idman hadisəsi olacaq. Bəhreynli ekspertlərlə birgə apardığımız iş növbəti aylar ərzində tras üzrə hazırlıq və planlama işlərinə öz faydasını verəcək. Bəhreyn Motoidman Federasiyası yarışların və idman əməliyyatlarının səmərəli təşkili üzrə dünya standartlarına imza atıb. Komandamız bu standarta tam cavab vermək niyyətindədir.
Qeyd edək ki, Bəhreyn Motoidman Federasiyasının təcrübəli marşallar komandası gələn il Bakıda keçiriləcək Avropa Qran-pri yarışlarına cəlb olunacaq.
Uzunluğu 6 kilometrdən artıq olan Bakı trası uzunluğuna görə dünyada ikincidir. Bakı halqası elə təşkil olunub ki, yarış zamanı “Formula-1” avtomobilləri paytaxtın UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilən İçərişəhər, Bakının müasir göydələnləri və Xəzərin sahilboyu ərazisini özündə birləşdirən ecazkar simasını görəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

