ŞƏT Nümayiş Zonası...
10.07.2024 [10:30]
Azərbaycan və Çin tərəfdaşlığın artırılması yollarını müzakirə edib
Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, Çin-Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Yerli İqtisadi və Ticarət Əməkdaşlığı Nümayiş Zonasının (SCODA) İnzibati Komitəsinin birgə təşkilatçılığı, Çinin Azərbaycandakı səfirliyi, Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəsi Aparatının dəstəyi ilə “ŞƏT Nümayiş Zonası - Azərbaycanda logistika və ticarətin təşviqi” konfransı keçirilib. Hər iki ölkədən rəsmilərlə yanaşı, ticarət, logistika və turizm sektorlarından şirkətlərin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan-Çin ikitərəfli münasibətlərinin əhəmiyyətinə toxunulub, iqtisadi tərəfdaşlığın artırılmasını təşviq edən siyasət tədbirləri yüksək qiymətləndirilib.
İki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığın artmasında “Ticarət Evləri”nin əhəmiyyətinə toxunulub. Çin Kommunist Partiyasının İşçi Komitəsi katibinin müavini və SCODA İnzibati Komitəsinin icraçı direktorunun müavini Li Qanq bildirib ki, Azərbaycanla beynəlxalq ticarət sərgilərində birgə fəaliyyət iqtisadi imkanların əlaqələndirilməsi baxımından mühüm rol oynayır. Hazırda Azərbaycanın Çində 6 ticarət evi fəaliyyət göstərir, eləcə də Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 Şərab evinin fəaliyyəti təmin edilib. Bu model Azərbaycan-Çin iqtisadi əməkdaşlığının genişləndirilməsi və Azərbaycan məhsullarının Çin bazarlarına çıxarılması, ixracın və istehsalın stimullaşdırılması, həmçinin iki ölkənin iş adamları arasında əlaqələrin inkişafında ən stimulverici rol oynayır. Çin və Azərbaycan arasında iqtisadi əlaqələrin ən məhsuldar platformasına çevrilmiş “Ticarət Evləri” vahid ixrac ideyasına - “Made in Azerbaijan” brendinin dünya bazarlarında daha geniş formatda tanıdılmasını təmin etməyə xidmət edir. Öz növbəsində, Çinin aparıcı şirkətləri beynəlxalq sərgilərdə, xüsusilə də Azərbaycan ərazisində keçirilən digər iri sərgi və forumlarda iştirak edərək ticari motivasiyalara əlavə impulslar verir.
Çin Azərbaycanın regional nəqliyyat dəhlizlərinin inkişafındakı rolunu da xüsusi dəyərləndirir, “Bir kəmər, Bir yol” tranzitində coğrafi mövqeyinin əhəmiyyətinə xüsusi dəyər verir. Xəzər dənizində ən böyük ticarət qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanının inşa olunması, Bakı-Tbilisi-Qarsın istifadəyə verilməsi, Ələt Azad İqtisadi Zonasının yaradılması, dəmir yolu infrastrukturlarının şaxələndirilməsi və modernləşdirilməsi, avtomagistrallar, hava limanları kimi yeni layihələrin yaradılması ölkəmizin bu nəqliyyat xəttində aparıcı rolunun möhkəmlənməsinə xidmət etməkdədir. Hazırda Çindən konteyner qatarlarının Xəzər dənizindən keçməklə Azərbaycana daxil olması və Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşınmalarının həcminin artırılması Azərbaycan Asiya və Avropa arasında vacib bağlantını təmin edən ölkə kimi mövqeyini də gücləndirir.
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində üzv ölkələrlə, ələxsus da Orta Asiya dövlətləri ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz) sıx bağlantısı ŞƏT-ə inteqrasiyanın dərinləşməsi üçün əlverişli zəmin yaradır. Azərbaycanın genişşaxəli dəhlizlər formatı Pekinin də strateji maraqları ilə üst-üstə düşdüyündən bölgədəki kommunikasiyaların birləşməsinə, xüsusilə də Azərbaycanın Trans-Xəzər dəhlizindəki təşəbbüskarlığını dəstəkləyir.
İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə bu baxımdan Azərbaycan-Çin münasibətlərinin nəqliyyat-tranzit xətti üzrə əməkdaşlığında yeni mərhələ açır. Eləcə də son illərdə Çinin də tərəfdaşlıq etdiyi Mərkəzi Asiya və digər region ölkələri ilə Azərbaycanın iqtisadi-ticari, enerji-nəqliyyat sahələrində artan təmasları ümumi iqtisadi ortaq maraqları təmin edir və ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı vasitəsilə öz imkanlarını genişləndirməsinə səbəb olur. Ölkəmizin ŞƏT-ə üzv dövlətlərlə imzaladığı ikitərəfli sazişlər isə münasibətlərin daha geniş alyansda inkişaf etdirməsini aktuallaşdırır. Bu baxımdan, Azərbaycan və Çinin nəqliyyat, enerji və ticarət və digər sahələrdə əlaqələri genişləndirməsi təkcə iki ölkə arasında iqtisadi inkişafa deyil, həm də Şərq-Qərb coğrafiyasında yer alan ölkələrin də rifah və iqtisadi həmrəyliyinin möhkəmlənməsi üçün nümunəvi formatın yaradılmasına səbəb olacaq.
ELBRUS
Xəbər lenti
Hamısına baxHərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16

