Dövlət Proqramının prioritet istiqamətləri üzrə fermerlərin maarifləndirilməsi davam etdirilir
10.08.2026 [15:29]
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təşviqi və fermerlərin maarifləndirilməsi istiqamətində respublikanın müxtəlif bölgələrində silsilə maarifləndirici sahə görüşləri və təlimlər davam etdirilir.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, Astara, Kürdəmir, Qazax, Beyləqan, Lənkəran, Goranboy, Şəki, Kəlbəcər, Saatlı, Qax və Şamaxı rayonlarında təşkil olunan təlimlərdə kənd təsərrüfatının müxtəlif istiqamətlərini əhatə edən aktual mövzular müzakirə olunub. Tədbirlər çərçivəsində taxıl biçinindən sonra torpağın yay şumu, təkrar və payızlıq əkinlər üçün hazırlanması, müasir suvarma sistemlərinin tətbiqi, əkin sahələrində xəstəlik və zərərvericilərə qarşı bioloji və kimyəvi mübarizə üsulları, meyvə bağlarında erkən diaqnostika, arıçılıqda bal məhsuldarlığının artırılması, iribuynuzlu heyvanların yemlənməsi və reproduktiv dövrün düzgün idarəolunması, eləcə də fermerlərin EKTİS sistemindən istifadəsi və fermer kabinetinin aktivləşdirilməsi ilə bağlı ətraflı məlumat verilib.
Bununla yanaşı, təlimlərdə kənd təsərrüfatı məhsullarının bazar tendensiyaları, satış imkanları və qiymətlərin formalaşmasına təsir edən amillər barədə ətraflı məlumat verilib, fermerlərə bazar tələbatının düzgün qiymətləndirilməsi və məhsulların daha səmərəli satışının təşkili ilə bağlı praktiki tövsiyələr təqdim olunub. Eyni zamanda, yay mövsümündə müşahidə olunan yüksək temperatur şəraitində günvurmadan qorunma, zəhərli sürünənlər və həşəratlarla qarşılaşma zamanı təhlükəsizlik qaydaları, eləcə də bu hallarda görülməli ilkin tədbirlər barədə iştirakçılar maarifləndiriliblər.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən keçirilən bu kimi görüşlərin əsas məqsədi fermerlərin nəzəri bilik və praktik bacarıqlarının artırılması, onların müasir aqrar texnologiyalar və innovativ istehsal üsulları barədə məlumatlandırılması, qabaqcıl təcrübələrin tətbiqinin təşviqi, torpaq və su ehtiyatlarından səmərəli istifadənin genişləndirilməsi, eləcə də kənd təsərrüfatında məhsuldarlığın, məhsulun keyfiyyətinin və təsərrüfatların iqtisadi səmərəliliyinin yüksəldilməsinə dəstək verməkdir.
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38

