Sahibkarlar üçün əlverişli rəqabət mühiti
13.09.2023 [10:45]
Sahibkarlıq mühitinin daha da optimallaşdırılması, daxili istehsalın stimullaşdırılması və qorunması ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin prioritetləri sırasında mühüm yer tutur. Əsas Qanunun 15-ci maddəsinin II hissəsinə əsasən Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Müəyyənləşdirilən və Konstitusiya ilə təsbit olunan strateji kursa uyğun olaraq respublikamızda həm islahatlar həyata keçirilir, hüquqi baza möhkəmləndirilir, həm də praktiki müstəvidə zəruri tədbirlər görülür. Diqqətəlayiq haldır ki, bu sahədə aparılan dövlət siyasəti ardıcıl səciyyə daşıyır, reallaşdırılan islahatlar bir-birini tamamlayır. Bu baxımdan Rəqabət Məcəlləsinin layihəsinin hazırlanması da xüsusi önəm daşıyır. Qeyd edək ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə Rəqabət Məcəlləsinin layihəsi daxil olub.
12 fəsil və 84 maddədən ibarət Rəqabət Məcəlləsi
Ölkədə istehsalın və xidmət şəbəkəsinin genişləndirilməsi, keyfiyyətin yüksəldilməsi üçün bütün bazar iştirakçıları üçün eyni şəraitin yaradılması, onların qanuni fəaliyyətlərinin qeyri-sağlam müdaxilələrdən və təsirlərdən qorunması çox vacibdir. Əks halda bazarda anarxiya yaranar, son nəticədə isə istehlakçıların hüquqları pozular, onlar keyfiyyətli məhsullardan və xidmətlərdən məhrum qalarlar. Əlverişsiz sahibkarlıq mühiti həmçinin qiymətlərə də artırıcı təsir göstərir. Bütövlükdə, haqsız rəqabət bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzar nüfuzuna xələl yetirə bilən hərəkətlər anlamına gəlir. İndiyədək ölkəmizdə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, vergi yükünün azaldılması, haqsız rəqabətlə mübarizə tədbirlərinin gücləndirilməsi kimi sistemli tədbirlər həyata keçirilib. Azərbaycanda son illər rəqabətin qorunması, iqtisadiyyatın liberallaşdırılması və s. istiqamətlərdə həyata keçirilən köklü dəyişikliklər sağlam rəqabətə əsaslanan bazar iqtisadiyyatının formalaşmasında əhəmiyyətli rol oynayıb. İndiki mərhələdə isə islahatlar yolu ilə qanunvericiliyin daha da təkmilləşdirilməsinə ciddi zərurət yaranıb. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunan qanun layihəsi də məhz bu zərurət nəzərə alınmaqla hazırlanıb. İndiyədək sahibkarlıq fəaliyyətində haqsız rəqabətin aşağıdakı formaları müəyyənləşdirilmişdi:
-rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;
-rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;
-rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
-haqsız sahibkarlıq fəaliyyəti;
-haqsız işgüzarlıq davranışı;
-istehlakçıların çaşdırılması.
Parlamentə təqdim olunan Rəqabət Məcəlləsinin layihəsində meydana çıxan yeni çağırışlar və indiki strateji mərhələdə ölkəmizin qarşısında duran prioritetlər və hədəflər nəzərə alınıb. Parlamentə daxil olan sənəd 12 fəsil və 84 maddədən ibarətdir. Layihəyə əsasən, aşağıdakılar rəqibin sahibkarlıq fəaliyyətini təqlid edən hərəkətlər hesab olunur:
- məhsulun texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, rəqibin məhsulunun və onun formasının, o cümlədən malın xarici tərtibatının və ya qablaşdırılmasının onunla razılaşdırmadan təqlid edilməsi;
- rəqibin əqli mülkiyyət hüquqlarını pozmaq yolu ilə onun məhsulunun bilavasitə təkrarlanması;
- rəqibin adından və ya firma adından (eyni adlı təsərrüfat subyektinin öz adından hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə halları istisna olmaqla), habelə onun əmtəə nişanından qanunsuz istifadə edilməsi;
- rəqibin internet domeninin adından, habelə rəqiblə eynilik və ya istifadəçiləri çaşdıracaq dərəcədə oxşarlıq təşkil edən internet səhifəsinin dizaynından onunla razılaşdırılmadan istifadə edilməsi;
- rəqibin qanuna uyğun istifadə etdiyi coğrafi göstəricisindən qanunsuz istifadə edilməsi.
İstehsalçıların və istehlakçıların mənafeyini qoruyan sənəd
Azərbaycanın Rəqabət Məcəlləsi bu sahədə mövcud qanunvericilik aktları əsasında, beynəlxalq təcrübə, o cümlədən Avropa və MDB dövlətlərinin təcrübələri öyrənilməklə hazırlanıb. Bütövlükdə, respublikamızın milli standartlarının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Xatırladaq ki, ölkə Prezidentinin 2023-cü il 23 yanvar tarixli Sərəncamı ilə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət proqramının qəbulu və növbəti 3 il ərzində icrasının əsas strateji hədəfləri ölkənin standartlaşdırma sisteminin dünya standartlaşdırma sisteminə uyğunlaşdırılması, standartlaşdırma məhsullarının rəqabət qabiliyyətliliyinin artırılmasına töhfə verən fəaliyyətə çevrilməsi, qeyri-qida istehlak mallarının təhlükəsizliyinə risk əsaslı dövlət nəzarəti sisteminin formalaşdırılması, müasir laboratoriyalar şəbəkəsinin qurulması, texniki tənzimləmə və standartlaşdırma sahəsində elektronlaşdırmanın təmin edilməsinə və digər məsələlərə xidmət edir. Layihəsi artıq Milli Məclisə təqdim olunan Rəqabət Məcəlləsinin qəbul edilməsi ölkəmizdə rəqabət mühitində və antiinhisar siyasətində rəqabəti və azad sahibkarlığı təşviq etməklə həm iqtisadiyyatın inkişafını, istehsalçıların və istehlakçıların maraqlarını, eləcə də məhsul və xidmətlərin yüksək keyfiyyətini təmin edəcək.
Paralel şəkildə, respublikamızda “Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2023-2026-cı illərdə Milli Fəaliyyət Proqramı”nın layihəsi hazırlanıb. Bu sənəd kiçik və orta biznes subyektlərinin bazara girişinin və bazarda inkişafının qarşısını alan maneələrin ortadan qaldırılmasına, bəzi təbii inhisar sahələrinin mərhələli şəkildə rəqabətli bazara keçidinin formalaşmasına, rəqabət orqanının təsir dairəsinin genişləndirilməsinə və digər vacib hədəf göstəricilərinə, o cümlədən ölkənin rəqabət indeksinin müəyyən edilməsi metodologiyasına dair tələbləri özündə əks etdirir.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32

