63 il əvvəl...
14.09.2023 [11:30]
OPEC niyə və necə yarandı?
Yer üzündə neftin kəşfindən və onun hasilatına başlanılmasından yüz illər ötsə də, yeni çağırışlar və reallıqlar yaransa da, texnologiyalar müasirləşsə də, enerji transformasiyasına keçid edilsə də, hələlik bu sərvətin dəyəri, qlobal iqtisadiyyatda rolu yüksək olaraq qalmaqdadır. Məhz elə yüksək dəyərinə görə də dünya zaman-zaman qlobal güc mərkəzlərinin daha çox neftə sahiblənmək uğrunda hətta müharibələrədək uzanan davranışlarına şahidlik edib. Bir sıra hallarda güc mərkəzləri neft uğrunda mübarizəni siyasi müstəviyə keçiriblər. Onlar özlərinin məqsədlərinə çatmaq naminə neftin təchizatını, istehlakını və qiymətlərini manipulyasiya predmetinə çevirməklə həm də bu qiymətli sərvəti istehsal edən ölkələrə təzyiq göstərmək, onları özlərindən asılı vəziyyətdə saxlamaq istəyirdilər. Belə olan halda neft istehsalçıları həmrəylik nümayiş etdirmək qərarına gəldilər.
Qlobal həmrəylik
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ixracatçı ölkələr tərəfindən tarixin bu günlərində - 1960-cı il sentyabrın 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Belə bir qurumun yaradılmasında məqsəd neftin qiymətinin tənzimlənməsi idi. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, İndoneziya, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador, Qabon, Anqola və Ekvatorial Qvineya da qoşulub. Hazırda OPEC 13 üzv dövləti özündə birləşdirir.
Daha sonralar isə qurumun OPEC plus formatı formalaşıb. Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan bəhs olunan formatda yer alırlar. OPEC plus əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.
Azərbaycanın fəal rolu
Azərbaycanın OPEC-lə əməkdaşlığı təşkilatın iclaslarında müşahidəçi statusunda iştirakı ilə aktivləşib. Dünya enerji bazarında neftin qiymətinin tənzimlənməsi məqsədilə 2016-cı il aprelin 17-də Qətərin paytaxtı Dohada Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-OPEC neft hasil edən ölkələrin təmsilçilərinin toplantısı olub. Doha sammitində OPEC təşkilatının əksər üzvləri, habelə Azərbaycan və Rusiyanın nümayəndələri də iştirak ediblər. Həmin vaxtdan etibarən respublikamız qlobal enerji dialoqlarında fəal iştirak edir və üzərinə götürdüyü öhdəliklərə həmişə sadiq qalır. Respublikamızın müvafiq qurumu - Energetika Nazirliyi Vyana sazişi qüvvəyə mindiyi vaxtdan, yəni 2017-ci ilin yanvar ayından etibarən mütəmadi olaraq Azərbaycanın gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edir. OPEC tərəfindən Azərbaycan dəfələrlə saziş imzalanan vaxtdan indiyə qədər iştirakçılar arasında öhdəliklərini fəal icra edən və liderlik göstərən, həmrəyliyə sadiq qalan ölkə kimi qiymətləndirilib.
Azərbaycan, həmçinin OPEC-in tədbirlərinə də məmnuniyyətlə ev sahibliyi edir. 2019-cu il martın 18-də Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilib. Toplantıda 14 neft istehsalçısı olan ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunub. Cari ilin iyun ayında isə OPEC-in hazırkı Baş katibi Haysam Əl-Qays Azərbaycanda səfərdə olub və ölkəmizdə aktual müzakirələr aparıb. Prezident İlham Əliyevlə iyunun 19-da baş tutan görüşdə Azərbaycanla OPEC plus ölkələri arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edilib. Baş katib vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan OPEC plus formatı yaranan ilk gündən bu əməkdaşlığa böyük töhfə verir və o, buna görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Eyni zamanda, bu gün qlobal neft bazarında OPEC plus formatında fəaliyyətin roluna toxunulub, indiyədək bu bazarda sabitliyin əldə edilməsinin məhz bu formatda həyata keçirilən fəaliyyət nəticəsində mümkün olduğu xüsusi qeyd edilib.
Söhbət zamanı bu gün “fossil” yanacaqlar sahəsində mövcud olan məsələlər müzakirə edilib, gələcəkdə bu sahəyə investisiyaların ayrılmasının vacibliyi bildirilib. Dünya iqtisadiyyatının artması nəticəsində ümumilikdə enerjiyə çoxalan tələbat nəzərə alınaraq, bu sahəyə son zamanlarda investisiyaların azaldılmasının müəyyən narahatlıq doğurduğu qeyd olunub.
Azərbaycan özünün enerji siyasətində daim ədalət prinsipindən çıxış edir. Ölkəmizin dəyişməz mövqeyi belədir ki, neft amili heç bir halda siyasi təzyiq vasitəsinə çevrilməməlidir. Bütün tərəfdaş dövlətlər neft sazişlərindən, qarşılıqlı əməkdaşlıqdan fayda götürməlidirlər. Respublikamız OPEK plus formatında da özünün ədalətli enerji siyasətinə sadiqlik nümayiş etdirir. Bir neçə il bundan əvvəl dünya birjalarında neftin qiymətinin 30-40 dollaradək aşağı endiyi dövrü xatırlayaq. Həmin dövrdə, daha konkret desək 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda OPEC üzvlərinin və OPEC-ə üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış etdi. Bununla dövlət başçımız dünya liderləri arasında bir ilkə imza atdı. OPEC-in sabiq Baş katibi Məhəmməd Barkindonun vurğuladığı kimi, belə bir təşəbbüslə əvvəllər heç kim çıxış etməmişdir. Azərbaycan Prezidentinin çağırışından sonra 24 ölkə öz aralarında əməkdaşlıq bəyannaməsi imzaladı. OPEC rəsmilərinin də etiraf etdikləri kimi bu tarixi bəyannamədən sonra birjalarda neftin qiymətində yüksəlmələr baş verdi və hazırkı yüksək qiymətlər formalaşdı.
OPEC-in 2023 və 2024-cü illər üçün qlobal neft proqnozu
OPEC 2023 və 2024-cü illər üçün qlobal neft tələbatının artım proqnozunu dəyişməz saxlayıb. 2023-cü ildə qlobal neft tələbatı sutkada 2.4 milyon barel artaraq 102.1 milyon barel, 2024-cü ildə isə sutkada 2.2 milyon barel artaraq 104.3 milyon barel təşkil edəcək. Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) sentyabr hesabatında deyilir. Beləliklə, OPEC-in 2023 və 2024-cü illər üzrə təxminləri avqust hesabatından sonra dəyişməz saxlayıb.
Təşkilat 2024-cü ildə neft tələbatının güclü qlobal artımı və Çində yaxşılaşan iqtisadi vəziyyəti dəstəkləyəcəyini gözləyir. Sentyabr ayı proqnozunda OPEC 2023-cü ildə qeyri-OPEC ölkələrində maye karbohidrogen hasilatının artımı ilə bağlı təxminini 1.6 milyon barelə çatdırıb. Mütləq ifadədə hasilat sutkada 67.4 milyon barelə çata bilər. Bununla yanaşı, təşkilat 2024-cü il üçün dünya neft hasilatı proqnozunu dəyişməyib - OPEC hasilatın sutkada 1.4 milyon barel artaraq 68.8 milyon barel olacağını gözləyir. Hesabatda göstərildiyi kimi, 2024-cü ildə neft tədarükünün artımının əsas amilləri ABŞ, Kanada, Qayana, Braziliya, Norveç və Qazaxıstandır.
MÜBARİZ
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
26 Sentyabr 13:02

Xəbər lenti
26 Sentyabr 13:00

Xəbər lenti
26 Sentyabr 12:54

Maraqlı
26 Sentyabr 12:43

Maraqlı
26 Sentyabr 12:30

Xəbər lenti
26 Sentyabr 12:12

Xəbər lenti
26 Sentyabr 12:02

İqtisadiyyat
26 Sentyabr 11:56

Dünya
26 Sentyabr 11:54

Xəbər lenti
26 Sentyabr 11:46

Xəbər lenti
26 Sentyabr 11:40

Xəbər lenti
26 Sentyabr 11:31

Xəbər lenti
26 Sentyabr 11:30

Siyasət
26 Sentyabr 11:28

MEDİA
26 Sentyabr 11:25

Xəbər lenti
26 Sentyabr 11:20

Xəbər lenti
26 Sentyabr 11:17

Xəbər lenti
26 Sentyabr 11:16

Xəbər lenti
26 Sentyabr 11:15

Xəbər lenti
26 Sentyabr 11:10

Xəbər lenti
26 Sentyabr 11:04

Xəbər lenti
26 Sentyabr 11:02

Xəbər lenti
26 Sentyabr 11:00

Xəbər lenti
26 Sentyabr 10:55

Xəbər lenti
26 Sentyabr 10:47

Xəbər lenti
26 Sentyabr 10:43

Xəbər lenti
26 Sentyabr 10:36

Siyasət
26 Sentyabr 10:31

Gündəm
26 Sentyabr 10:26

Xəbər lenti
26 Sentyabr 10:18

İqtisadiyyat
26 Sentyabr 10:13

Siyasət
26 Sentyabr 10:09

Xəbər lenti
26 Sentyabr 09:58

Xəbər lenti
26 Sentyabr 09:38

Xəbər lenti
26 Sentyabr 09:25

Xəbər lenti
25 Sentyabr 23:45

Xəbər lenti
25 Sentyabr 19:57

Xəbər lenti
25 Sentyabr 19:28

Xəbər lenti
25 Sentyabr 18:55

Xəbər lenti
25 Sentyabr 18:53

Xəbər lenti
25 Sentyabr 18:44

Siyasət
25 Sentyabr 18:03

Xəbər lenti
25 Sentyabr 17:53

Xəbər lenti
25 Sentyabr 17:20

Xəbər lenti
25 Sentyabr 17:17

Xəbər lenti
25 Sentyabr 17:09

Siyasət
25 Sentyabr 17:07

Xəbər lenti
25 Sentyabr 17:06

Siyasət
25 Sentyabr 17:05

Xəbər lenti
25 Sentyabr 17:04

Gündəm
25 Sentyabr 17:01

Xəbər lenti
25 Sentyabr 16:41

Xəbər lenti
25 Sentyabr 16:35

Gündəm
25 Sentyabr 16:33

Xəbər lenti
25 Sentyabr 16:17

Xəbər lenti
25 Sentyabr 15:26

Siyasət
25 Sentyabr 15:15

Xəbər lenti
25 Sentyabr 15:13

Xəbər lenti
25 Sentyabr 15:07

Xəbər lenti
25 Sentyabr 14:48

Xəbər lenti
25 Sentyabr 14:40

Xəbər lenti
25 Sentyabr 14:28

Xəbər lenti
25 Sentyabr 14:06

Xəbər lenti
25 Sentyabr 13:36

Mədəniyyət
25 Sentyabr 13:18

Xəbər lenti
25 Sentyabr 13:17

Xəbər lenti
25 Sentyabr 12:55

Xəbər lenti
25 Sentyabr 12:45

Xəbər lenti
25 Sentyabr 12:41

Xəbər lenti
25 Sentyabr 12:37
