Gələn il sahibkarların vergi yükü artacaq, yoxsa ...
18.11.2023 [10:30]
Elbrus Cəfərli
2024-cü ildə vergi qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərlə, xüsusilə də biznesin vergi öhdəliyi ilə bağlı bəzi media orqanlarında dərc edilən yazılarda növbəti ildən vergi yükünün artırılacağına dair təsəvvürlər yaradılmağa çalışılır. Əsas səbəb kimi Vergi Məcəlləsində 2024-cü ildən nəzərdə tutulan mikrosahibkarlıq subyektlərinin 3 nəfər muzdlu işçisi olmadığı halda onlara verilmiş 75 faizlik vergi güzəştinin öz hüquqi qüvvəsini itirməsi ilə əlaqəndirməyə çalışırlar.
Əslində vəziyyət necədir?
Qüvvədə olan Vergi Məcəlləsinə əsasən, gəlirlərin və xərclərin uçotunu aparan mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Bu isə mikrosahibkarlıq subyektlərinin kiçik sahibkarlığa keçməsi zamanı vergi yükünü artırır. Ona görə də xırda sahibkarlar vergi yükündən gizlənmək məqsədilə müxtəlif sui-istifadə hallarına yol verir, müəyyən sxemlərdən istifadə edirlər. Bu məqsədlə biznes sahəsində həmin halları aradan qaldırmaq üçün Vergi Məcəlləsinə dəyişikliklər nəzərdə tutulur. Ancaq bu o demək deyil ki, bu dəyişiklik vergi yükünü artıracaq. Əslində, Məcəlləyə təklif olunan dəyişiklik mikrosahibkarlıqdan digər sahibkarlıq kateqoriyasına keçidə stimullaşdırılacaq. Kiçik biznesə verilən 75 faizi gəlir vergisi isə yenə də qüvvədə qalacaq. Mikrosahibkarın 3 nəfər muzdlu işçisi olduğu halda ona verilən 75 faiz öz hüquqi qüvvəsini saxlayacaq. Ona görə də, vergi dərəcəsinin təyinatının dəyişdirilməsi vergi yükünün artırılması demək deyil.
Ümumi götürdükdə, 2024-cü ildə vergi siyasətinin əsas hədəfi vergi yükünü azaltmağa və optimallaşdırmağa yönəldilib. Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərə əsasən, 2024-cü ildə sahibkarlıq sektoru üçün həm, iqtisadi, həm də sosial xarakterli vergi güzəştləri siyasəti davam etdiriləcək. Güzəşt və azadolmalar həm sosial, həm də iqtisadi xarakterli olacaq. Sosial xarakterli güzəştlər sırasında fiziki şəxslərin gəlirlərinə düşən vergi yükünün azaldılması məqsədilə bəzi kateqoriyalı şəxslərə verilən güzəştlərin həcminin artırılması, eyni zamanda bir sıra gəlirlərin vergiyə cəlb olunan gəlir bazasından çıxarılmasıdır. Bu o deməkdir ki, bəzi sosial təbəqələr üçün əlavə vergi güzəştləri olunacaq, eləcə də onların indiyədək vergiyə cəlb olunan gəlirlərinin müəyyən hissəsi də vergidən azad ediləcəkdir. Həmçinin sosial məqsədlər üçün ödənilən mənfəət vergisinin azad olunan hissəsinin bir qədər də artırılması, bir sıra təsərrüfat sahələri üzrə mülkiyyət vergiləri üzrə əlavə güzəştlərin verilməsi də hədəflər sırasındadır. Belə ki, vergi ödəyicisinin mənfəətinin elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən azad olan hissəsinin 10 faizdən 15 faizə qaldırılması gözlənilir. Bundan başqa, hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin gəlir vergisindən azad olunan hissəsinin 1000 manatdan 2500 manata qaldırılması, fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş ƏDV-nin qaytarılmasına (ƏDV cash-back) görə əldə olunan gəlirlərin gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.
İqtisadi xarakterli güzəştlər üzrə siyasətin əsas istiqamətlərindən biri 2023-cü ildən tətbiqinə başlanılmış işğaldan azad edilmiş ərazilərdəki vergi güzəştlərinin təşviqini daha da gücləndirməklə bu ərazilərə xarici iş adamlarını cəlb etmək, bölgənin iqtisadi reinteqrasiya arxitekturasını möhkəmləndirməkdir. Həmçinin ölkədə kiçik və orta biznesin fəaliyyətini stimullaşdırmaq da əsas təşviqlərdən biridir. Yeni ildən qüvvəyə minəcək Rəqabət Məcəlləsi bu istiqamətdə imkanları daha da artıracaqdır. Bununla yanaşı, turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriya) əmlak vergisi üzrə vergi təşviqinin verilməsi də güzəşt paketində yer tutur.
Biznes sektorunda fiziki vergi güzəştləri ilə yanaşı, bir sıra institusional alətlər üzrə optimallaşdırma tədbirləri nəticəsində vergi yükünün aşağı salınması da nəzərdə tutulur. Belə ki, kiçik, orta və mikrosahibkarların müxtəlif rəqəmsal - elektron sənədləşmələr, daha doğrusu, vergi əməletməsinə çəkdikləri xərclərinin minimallaşdırılması, eyni zamanda sadələşdirilməsi istiqamətində planlaşdırılan tədbirlər sayəsində də ümumi vergi yükünün azalması gözlənilir. Maliyyə lizinqinin vergiyə cəlb edilməsi mexanizminin sadələşdirilməsi, ictimai təyinatlı mənfəət vergisi üzrə azadolmanın artırılması vergi siyasətində yer alacaq. Ümumilikdə 2023-cü ilin sonunda müddəti tamam olan güzəşt və azadolmaların müddətinin 3 il uzadılması təklif olunur.
2024-cü ildə daxili istehsalda istifadə edilən bir sıra xammal və aralıq mallarına tətbiq olunan idxal-gömrük rüsumlarının dərəcəsi də aşağı salınacaq, bu vergilər 7 il müddətinə “0” dərəcəyə endiriləcək. Eləcə də bir sıra əsas vəsaitlərin idxalına ƏDV və gömrük güzəştlərinin tətbiqi nəzərdə tutulur.
Göründüyü kimi, bu güzəşt paketinin məqsədi qarşıdakı illərdə vergi yükünü optimallaşdırmaqla daha da aşağı salmaqdır. Vergi orqanları məhz bu alətlərlə qeyri-neft sektorunda çalışan biznes icmasını həvəsləndirməyi və bununla vergi bazasını genişləndirməyi hədəfləyir. Vergi bazasının artırılması üçün nəzarət mexanizminin təkmilləşdirilməsi islahatlar kursunun əsas hədəfləridir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37

