Rəqəmsal transformasiya...
08.03.2025 [10:12]
Əmək məhsuldarlığı 30 faizədək artacaq!
Bu günlərdə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) 2024-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı baş tutub. Təbdirdə iştirak edən mərkəzin icraçı direktoru Fariz Cəfərov bildirib ki, Azərbaycanda süni intellektin tətbiq edildiyi sahələrin genişlənməsi gözlənilir.
F.Cəfərov süni intellektin dinamik inkişaf etdiyini vurğulayıb: “Artıq ölkədə bir sıra sektorlar süni intellekti tətbiq edir. Dünyada bu texnologiya səhiyyə sahəsində də geniş istifadə olunur. Məsələn, süni intellekt proqramları rentgen analizlərinin nəticələrini oxuya bilir”. O, əlavə edib ki, süni intellekt sürətlə inkişaf edən bir sahədir: “Texnologiyanın inkişafı iş yerlərinin azalmasına deyil, əksinə, artmasına səbəb olur. Süni intellektin arxasında böyük məlumat bazası dayanır və bu bazalar böyüdükcə həmin sahədə yeni ixtisaslar yaranır”.
Ölkəmizdə “Apple” səlahiyyətli təlim mərkəzi yaradılacaq
F.Cəfərov qeyd edib ki, ötən il 4SİM “Apple” şirkəti ilə birgə “Apple” səlahiyyətli təlim mərkəzinin yaradılması, coğrafi informasiya sistemləri sahəsində dünyanın aparıcı şirkəti olan “Esri” ilə “Tələbələr üçün ArcGİS” layihəsi, blokçeyn, veb3, kriptoqrafika və kriptovalyuta sahəsində ixtisaslaşmış “Binance” şirkəti ilə “Binance Academy” ilə bağlı əməkdaşlığa start verib. Onun sözlərinə görə, bu proqramlar çərçivəsində müxtəlif təlim sessiyaları keçirilir ki, məqsəd ixtisaslaşmış yerli mütəxəssislərin və təlimçilərin hazırlanmasına töhfə verməkdir.
F.Cəfərov bildirib ki, bu il davam etdiriləcək “4Sİ Akademiyası” Milli Proqramı daha çox vətəndaşı və platformada təqdim olunan 8000-dən çox kursu əhatə edəcək: “Hər bir istifadəçi 6 həftə ərzində bu kurslardan yararlana biləcək. Milli Proqram üçün qeydiyyat növbəti həftədən start götürəcək. İştirakçılar üçün yaş və digər məhdudiyyətlər yoxdur”.
Startaplarımızın Çində investisiya cəlb etmək şansı
İcraçı direktorun sözlərinə görə, ötən il 10-a yaxın Azərbaycan startapı 4SİM-in dəstəyi ilə Çinin Tyanşin şəhərində təqdim olunub. O, qeyd edib ki, Azərbaycan startapları Çində “unicorn” şirkətlərdə təcrübə keçib və investisiya cəlb etmək şansı əldə edib: “Ümumilikdə, 4SİM Dünya İqtisadi Forumu çərçivəsində 8 mərkəz ilə əməkdaşlıq edib, 14 tədbir və 18 layihə həyata keçirilib”.
4SIM kimi qurumun MDB məkanında ilk Azərbaycanda mövcud olduğunu deyən qurum rəhbəri ötən il ərzində 30-dan çox ölkə ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu əlavə edib: “Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək vermək və ölkəmizin Dördüncü Sənaye İnqilabı texnologiyalarının faydalarından bəhrələnməsini və bu sahədə qabaqcıl dövlətlər sırasında qərarlaşmasını təmin etmək əsas hədəfimizdir”.
Sənaye sahəsində 4.0 Mərkəzi yaradılacaq
F.Cəfərov qeyd edib ki, Azərbaycanda bu il sənaye sahəsində 4.0 Mərkəzi yaradılacaq. Onun sözlərinə görə, yeni mərkəz həm özəl, həm də dövlət sektorunun nümayəndələrinə müxtəlif layihələrlə tanış olmaq imkanı yaradacaq: “Burada texnologiya şirkətləri öz məhsullarını təqdim edəcək, eyni zamanda bir çox startaplar cəlb olunacaq”.
F.Cəfərov əlavə edib ki, mərkəzdə 5 mindən çox şəxs rəqəmsal təhsil alacaq.
Rəqəmsal transformasiya əmək məhsuldarlığını artıracaq
İcraçı direktorun sözlərinə görə, Azərbaycanda 650-dən çox şirkət Sənaye 4.0 proqramından keçəcək. O, qeyd edib ki, bu təşəbbüs çərçivəsində şirkətlər üçün rəqəmsal transformasiya yol xəritəsi hazırlanacaq: “Beləliklə, 650 şirkət rəqəmsal transformasiya, yəni Sənaye 4.0 prosesindən keçəcək”.
F.Cəfərov vurğulayıb ki, Sənaye 4.0 platformasının təşkilatlara müsbət təsiri olacaq: “Bu yanaşma anbar xərclərini 20-40 faiz azaldacaq, əmək məhsuldarlığını isə 15-30 faiz artıracaq”. O, qeyd edib ki, hazırda sənaye prosesindən keçən şirkətlərin toplanacağı reyestr yaradılır. F.Cəfərov həmçinin xatırladıb ki, Azərbaycan Prezidentinin 6 yanvar 2021-ci il tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi yaradılıb. Mərkəzin məqsədi qlobal iqtisadiyyatda baş verən dəyişikliklər fonunda Azərbaycanın mövqeyini gücləndirmək və ölkəni bu sahədə aparıcı dövlətlər sırasına çıxarmaqdır: “4SİM, həmçinin Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı əlaqələndirir, rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir”.
Qeyd edək ki, ötən il mərkəz 30-dan çox beynəlxalq tərəfdaş və 100-dən çox yerli təşkilatla əməkdaşlığa başlayıb.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35

