Azərbaycanın regionlarında fəal məşğulluq tədbirləri həyata keçirilir
14.11.2017 [10:14]
Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin 9 ayında ölkənin 52 rayon və şəhərində əmək yarmarkaları keçirilib və 41,6 min nəfər şəxs münasib işlərlə təmin edilib
Azərbaycanı sosial dövlət kimi səciyyələndirən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, ölkəmizdə əhalinin məşğulluğunun yüksək səviyyədə təmin olunması həyata keçirilən məqsədyönlü dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ölkədə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən kompleks tədbirlər əmək bazarının tənzimlənməsində, əmək resurslarının məşğulluq imkanlarının artırılmasında, işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəlməsində və əmək resurslarından ümumi iqtisadi inkişafa əsaslanan məqsədəuyğun istifadənin təmin olunmasında mühüm rol oynayıb. Azərbaycan dövlətinin sosialyönümlü iqtisadiyyat quruculuğuna və insanların layiqli iş yerləri ilə təmin edilməsinə xüsusi diqqət və qayğı göstərməsi öz müsbət nəticəsini verib. Son 13 ildə respublika üzrə 1,6 milyon yeni iş yerləri açılıb. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində ölkədə işsizliyin səviyyəsini 5 faizədək aşağı salmaq mümkün olub ki, bu da dünyada ən yaxşı göstəricilərdən hesab olunur.
Eyni zamanda, ölkəmizdə iş yerlərinin yaradılması ilə bağlı yeni hədəflər müəyyənləşdirilib. Prezident İlham Əliyev diqqəti ona yönəldib ki, uğurlu sosial-iqtisadi siyasət sayəsində Azərbaycanın əhalisi getdikcə artır. Ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir. Son illərin statistikası dövlət başçısının tapşırıqlarının uğurla yerinə yetirildiyini təsdiqləyir. Belə ki, respublikamızda yeni iş yerlərinin yaradılması prosesi əhalinin artım dinamikasını üstələyir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində ölkəmizdə cari ilin əvvəlindən yeni iş yerlərinin yaradılması prosesinin uğurla getdiyini nəzərə çatdıraraq vurğulayıb: “Doqquz ayda həm Bakıda, həm bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib. Həmin dövrdə 226 min yeni iş yeri yaradılıbdır ki, onlardan 171 mini daimi iş yeridir. Bu da işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verir. Bu, daimi proses olmalıdır. Çünki bizim əhalimiz artır və belə olan halda biz daim yeni iş yerlərinin yaradılması haqqında düşünməliyik”.
Müvafiq Dövlət proqramlarının uğurla icra edilməsi sayəsində regionlarda çoxlu sayda yeni iş yerləri yaradılıb
Məlumdur ki, 2004-cü ildən bəri Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənən müvafiq Dövlət proqramları əsasında təmin edilir. İndiyədək respublikamızda regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramı yüksək səviyyədə tamamlanıb və hazırda 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqram da uğurla yerinə yetirilir.
Müvafiq Dövlət proqramları həmçinin ölkəmizdə insanların layiqli iş yerləri ilə təmin edilməsi kimi vacib sosial məsələnin həllində də mühüm rol oynayır. Bəhs olunan Dövlət proqramlarına uyğun olaraq regionların tarazlı şəkildə inkişaf etdirilməsi, bölgələrin də iqtisadi güc amilinə çevrilməsi öz növbəsində çoxlu sayda yeni iş yerlərinin açılması ilə nəticələnib. Ölkə üzrə sənaye sektorunda, kənd təsərrüfatında həyata keçirilən layihələr, o cümlədən də yeni müəssisələrin yaradılması əhalinin məşğulluğunun artmasına müsbət təsir göstərir. Sumqayıt Kimya Sənaye Parkındakı “Azərtexnoline” zavodunda 750 nəfər işlə təmin edilib. Sənaye Parkında daha dörd müəssisə bu il, üç müəssisə isə gələn il fəaliyyətə başlayacaq. Həmin istehsalatlarda 800-ə yaxın yeni iş yeri açılacaq. Mingəçevir Sənaye Parkında yüngül sənaye, o cümlədən tekstil, ayaqqabı, tibbi kosmetika, iplik və digər növ məhsul istehsalı üzrə yerli xammal bazası əsasında 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Bu yaxınlarda Prezident İlham Əliyevin iştirakı ilə Neftçalada açılış mərasimi keçirilən sənaye məhəlləsində 600 yeni iş yeri yaradılacaq. Eyni zamanda, Ağstafada sənaye zonası yaradılıb, Masallıda müvafiq torpaq sahəsi ayrılıb və hazırda layihələndirmə işləri aparılır, bir sıra rayonlar üzrə isə sənaye zonalarının yaradılmasına hazırlıq görülür. Bəhs olunan sənaye zonalarında yüzlərlə yerli sakin yeni iş yerləri ilə təmin olunacaq.
Aqrar sektorda istehsal və ixrac imkanlarının genişlənməsi də regionlarda iqtisadi aktivliyin artmasının göstəricisidir. Son illərdə respublikanın bölgələrində böyük əmək tutumuna malik pambıqçılıq, baramaçılıq, tütünçülük kimi istiqamətlər inkişaf etdirilir. Eyni zamanda, regionlarda iri fermer təsərrüfatları, aqroparklar yaradılır. Bütün bunların da nəticəsində respublika üzrə fəal məşğul əhalinin iş yerləri ilə təmin olunmalarına geniş imkanlar açılıb.
Regionlarda yeni iş yerlərinin yaradılmasının sosial-iqtisadi əhəmiyyəti ilə yanaşı, başqa bir önəmini də xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, bir vaxtlar regionlarda yaşayış yeri üzrə iş tapa bilməyən insanlar, ələlxüsus da gənclər paytaxt Bakıya, digər iri şəhərlərə üz tutmaq məcburiyyətində qalırdılar. İndi ölkə üzrə bu mənfi tendensiya, demək olar ki, tam dayanıb. Bir tərəfdən, regionlarda kommunal xidmətlərin səviyyəsinin yüksəlməsi, mədəni mühitin təmin olunması, digər tərəfdən isə, bölgələrdə yaradılan yeni iş yerləri insanları, ələlxüsus da gəncləri öz doğma yurd-yuvalarına möhkəm tellərlə bağlayır.
Regionlarda keçirilən əmək yarmarkalarında göndəriş verilən şəxslərin 80 faizinin məşğulluğu təmin olunub
Regionlarda insanların layiqli iş yerləri ilə təmin olunmasında əmək ehtiyatlarından səmərəli istifadə olunması məqsədilə həyata keçirilən məşğuluq tədbirlərinin önəmi getdikcə daha da artır. Belə tədbirlər sırasında əmək yarmarkalarının rolunu xüsusi qeyd etmək lazımdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda bildirilir ki, Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə ölkənin 52 rayon və şəhərində işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə əmək yarmarkaları keçirilib.
Əmək yarmarkalarında 3705 nəfər şəxsə öz seçimləri üzrə, habelə peşə bacarıqlarına və əmək vərdişlərinə uyğun olan vakant iş yerlərinə (o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 100 nəfərə yaxın şəxsə kvota əsasında ayrılmış iş yerlərinə) göndərişlər verilib. Göndəriş verilən şəxslərdən artıq 80 faizinin göndərildikləri iş yerlərində məşğulluğu təmin olunub. Əmək yarmarkalarında 194 nəfər şəxsə isə ödənişli ictimai işlərə göndəriş verilib.
Ümumilikdə cari ilin 9 ayında Dövlət Məşğulluq Xidməti tərəfindən 41,6 min nəfər şəxs münasib işlərlə təmin edilib. İlin əvvəlindən bəri xidmətin xətti ilə 2 698 nəfər şəxs, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 215 nəfər gənc peşə hazırlığı və əlavə təhsil kurslarına qəbul olunub.
Ölkədə reallaşdırılan özünüməşğulluq proqramı ilk müsbət nəticələrini verir
Respublikamızda cari ilin əvvəlindən Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı əsasında özünüməşğulluq proqramının icrasına başlanılıb. Proqramın uğurlu icrası artıq öz müsbət nəticələrini verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, özünüməşğulluq proqramı çərçivəsində daha 16 nəfər işsiz və işaxtaran vətəndaşa biznes-planlarına uyğun ailə təsərrüfatlarını qurmaları üçün aktivlər (mal və materiallar) təqdim olunub.
Beləliklə, nazirliyin xətti ilə verilmiş aktivlər hesabına yaradılan ailə təsərrüfatlarının sayı 1150-yə çatıb. Proqram iştirakçılarının 300 nəfərə qədərini qadınlar, qalanlarını kişilər təşkil edir.
Verilmiş aktivlər hesabına yaradılan təsərrüfatların 84%-i kənd təsərrüfatı (maldarlıq, quşçuluq, əkinçilik, arıçılıq, bağçılıq, istixana yaratma və s. ), qalan hissəsi xidmət və istehsal sahələrini əhatə edir. İşsiz və işaxtaran şəxslərin onlara verilmiş aktivlərdən səmərəli şəkildə istifadə edərək biznes-planlarına uyğun və ailə əməyinə əsaslanan təsərrüflarını gözlənilən səviyyədə qurmaları proqramın icrası sahəsində müsbət təcrübənin formalaşdığını deməyə əsas verir.
Regionlarda yaradılan xalçaçılıq müəssisələrində qadınlar işlə təmin olunurlar
Xalçaçılıq xalqımızın qədim sənət növü olmaqla yanaşı, eyni zamanda, sənaye iqtisadiyyatının bir istiqaməti kimi geniş inkişaf perspektivlərinə malikdir. Azərbaycan xalça istehsalını sənaye əsasında təşkil etməklə dünya üzrə xalçaya getdikcə artan tələbatı qarşılaya və ölkəyə böyük həcmlərdə valyuta axını təmin edə bilər.
Ölkəmizdə xalçaçılıq sahəsində ənənələrin dirçəldilməsi və bu gəlirli sahənin sənaye əsasında inkişaf etdirilməsinin iqtisadi əhəmiyyəti ilə yanaşı, sosial önəmi də kifayət qədər böyükdür. Prezident İlham Əliyevin xüsusi tapşırığı əsasında cari ildən başlayaraq respublikanın bölgələrində xalçaçılıq müəssisələrinin yaradılmasına başlanılıb. Həmin müəssisələrdə yerli sakinlər işlə təmin olunacaqlar. Cari ildə respublikanın bölgələrində 10 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulub. Artıq onlardan bir çoxu fəaliyyətə başlayıb. 2018-ci ildə ölkə miqyasında daha 10 xalçaçılıq müəssisəsi yaradılacaq. Prezident İlham Əliyev respublikamızda xalçaçılığın böyük potensialı olduğunu, həmçinin yerlərdə qadınların işlə təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdıraraq deyib: “Xalçaçılıq bizim milli sənətimizdir, eyni zamanda, xarici bazarlara çıxışı olan məhsuldur, ölkəmizə valyuta gətirən sahədir, işsizliyi, xüsusilə qadınlar arasında işsizliyi aradan qaldıran sahədir. Xalçaçılığın çox böyük potensialı var”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56

