/ / Ölkəmizin ixrac potensialının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
Ölkəmizin ixrac potensialının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
22.12.2017 [10:10]
Regionların sosial-iqtisadi inkişafı bu məsələdə mühüm rol oynayır
Azərbaycanın hərtərəfli inkişaf strategiyasında regionların ixrac imkanlarından daha səmərəli şəkildə istifadə edilməsi də qarşıya qoyulan hədəflər sırasında yer alır. Ölkəmizin bölgələrin ixrac imkanlarının genişləndirilməsini strateji hədəflərdən biri kimi müəyyənləşdirməsi isə heç də təsadüfi deyil. Məlumdur ki, Azərbaycanın regionlarında qeyri-neft sektoru, xüsusilə aqrar sektor üzrə yüksək rəqabət qabiliyyətinə malik məhsullar yetişdirmək imkanları kifayət qədər genişdir. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri, münbit torpaqlar, əmək ehtiyatları, tarixdən gələn zəngin ənənələr respublikanın bölgələrində ixracqabiliyyətli məhsul istehsalının artırılması üçün geniş perspektivlər yaradır. Azərbaycana üstünlük qazandıran həm də o amildir ki, ölkəmiz bir sıra geniş istehlak bazarları ilə əhatə olunub. Bu bazarlarda Azərbaycanın bölgələrində yetişdirilən keyfiyyətli məhsulları yaxşı tanıyır və yüksək qiymətləndirirlər.
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə də qeyd edildiyi kimi, Azərbaycanın adambaşına düşən ixrac həcminin 2025-ci ilə qədər 450 ABŞ dollarına çatdırılması planlaşdırılır. Bu isə o deməkdir ki, bəhs olunan dövrün sonunda Azərbaycanın qeyri-neft ixracı 5 milyard ABŞ dollarına çatdırılacaq. Bu, hazırkı qeyri-neft ixracı həcmindən təxminən 4-5 dəfə çox artım deməkdir ki, burada aqrar sektorun da xüsusi payı var.
Rəqəmlərdən də göründüyü kimi, Azərbaycanın ixracın genişləndirilməsi ilə bağlı müəyyənləşdirdiyi hədəf kifayət qədər böyükdür. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün ölkəmizdə ixracın genişləndirilməsinə hər cür dəstək göstərilir. O cümlədən ixracın səmərəli təşviqi mexanizminin işə salınması bütün ölkə boyu ixracyönümlü məhsul istehsalına marağı əhəmiyyətli dərəcədə artırıb.
Məlumdur ki, dünyanın əksər inkişaf etmiş ölkələrində ixrac bir sıra səmərəli vasitələrlə dəstəklənir və təşviq edilir. Müasirləşməni strateji hədəf seçən Azərbaycan da məhz qabaqcıl ölkələrin təcrübəsindən bəhrələnməyə çalışır. Ötən il ölkəmizdə ixracın səmərəli təşviqi mexanizmi işə salınıb. Prezident İlham Əliyevin ixracın təşviqinin stimullaşdırılması ilə bağlı imzaladığı müvafiq sənədlərə uyğun olaraq “İxrac təşviqinin ödənilməsi qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı” və “İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar” təsdiq olunub. İxrac təşviqi şamil olunan malların siyahısına bal, xurma, nar, qovrulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbə və cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular və şirələr, unlu qənnadı məmulatları, habelə dəri məmulatları, ipək parçalar və xalçalar kimi digər məhsullar daxil edilib. Həmin məhsulların növündən asılı olaraq sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3-6 faizi həcmində təşviq vəsaiti ödənilir.
Azərbaycanda indiyədək dünyada özünü doğruldan səmərəli təşviq mexanizminin işə salınması həm ixracatçılara böyük dəstəkdir, həm də bütövlükdə milli maraqlarımıza xidmət edir. Brendlərdən asılı olmayaraq ölkəyə, onun keyfiyyətə nəzarət sistemlərinə inamın yaradılması əldə oluna biləcək ən yaxşı uğurdur. Dövlətin bu məsələyə dəstəyi və qayğısı Azərbaycanda dövlət-özəl sektor-vətəndaş əməkdaşlığının bariz nümunəsidir. Burada həmçinin sahibkarların məsuliyyəti məsələsi də böyük aktuallıq kəsb edir. Mütəxəssislərin qənaəti belədir ki, “Made in Azerbaijan” brendlərinə yaranacaq etimad istehsal olunan məhsulun keyfiyyətindən, beynəlxalq standartlara cavab verməsindən, müştərilərə göstəriləcək xidmətlərin yüksək səviyyədə olmasından və güclü marketinq fəaliyyətindən çox asılıdır.
Regionlarda yetişdirilən məhsulların ixracı respublikaya böyük həcmdə valyuta gətirir.
Son illərdə ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində qeyri-neft sektorunda istehsalın genişlənməsi öz növbəsində ölkəmizin ixrac imkanlarının artmasına müsbət təsir göstərib. Ötən dövr ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 7 faiz artıb, ixrac idxalı böyük fərqlə üstələyir. Xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. İlin sonuna qədər bu rəqəmin daha da artacağı gözlənilir.
Sahibkarlar yuxarıda bəhs olunan ixracın təşviqi mexanizminə böyük maraq göstərərək ondan məmnuniyyətlə faydalanırlar. Bunun nəticəsi olaraq Azərbaycan malları getdikcə daha böyük həcmlərdə xarici bazarlarda təmsil olunur. Ötən 9 ayda respublikamızdan qızıl ixracı 56 faiz, elektrik enerjisi ixracı 4,1 dəfə, alüminium ixracı 28 faiz, kimya sənayesi məhsulları ixracı 25 faiz, plastiklər ixracı 14 faiz, mis-filiz konsentratları ixracı 94 faiz, avadanlıqlar, mexaniki qurğular ixracı 48 faiz, mis və ondan hazırlanan məmulatların ixracı 54 faiz, toxuculuq məmulatlarının ixracı 92 faiz, elektrik avadanlıqları və hissələrinin ixracı 75 faiz, daş, gips, sement ixracı 34 dəfə artıb.
Cari ilin 9 ayında ölkənin xarici ticarət dövriyyəsində müsbət saldonun yaranmasında regionlarda aqrar sektorda yetişdirilən məhsulların ixrac həcmlərinin əhəmiyyətli dərəcədə artması da mühüm rol oynayıb. Bəhs olunan dövrdə respublikamızdan xarici bazarlara tərəvəz ixracı 68 faiz, o cümlədən pomidor ixracı 60 faiz artıb. Ümumiyyətlə, hazırda qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi pomidor ixracıdır. Təkcə cari ilin səkkiz ayında pomidor ixracından ölkəyə 128 milyon dollar valyuta daxil olub. Digər məhsulların ixracında da ciddi artımlar müşahidə edilir. O cümlədən kartof ixracı 63 faiz, salat tərəvəzi ixracı 20 faiz, soğan ixracı 15 dəfə artıb, meyvə ixracı 12 faiz, pambıq ixracı 2,4 dəfə, o cümlədən pambıq lifi ixracı 8,4 dəfə, süd məhsullarının ixracı dörd dəfə artıb. Azərbaycanın emal sənayesində buraxılan məhsullara da xarici bazarlarda tələbat artır. Ötən 9 ayda respublikamızdan şərab ixracı 56 faiz, meyvə-tərəvəz emalı məhsullarının ixracı 50 faiz, tütün məmulatlarının ixracı 45 faiz, çay ixracı 63 faiz, bitki və heyvan mənşəli yağların ixracı 19 faiz, şokolad ixracı 65 faiz artıb.
Qeyd edək ki, hökumət tərəfindən bu il ərzində bir neçə dəfə xarici ölkələrə ixrac missiyaları təşkil olunub. Bu yaxınlarda İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirliyinin Dubay və Səudiyyə Ərəbistanının Ciddə şəhərində də ixrac missiyaları təşkil edilib. Həmin məsələnin yekunları ilə əlaqədar Bakı Biznes Mərkəzində mətbuat konfransı keçirilib. KİV nümayəndələrinin diqqətinə çatdırılıb ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən 3-7 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə və 6-8 dekabr tarixlərində Səudiyyə Ərəbistanının Ciddə şəhərinə ixrac missiyaları təşkil edilib.
Dubay şəhərinə təşkil olunan ixrac missiyasında müsabiqə əsasında seçilmiş və Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, quru meyvə, konservləşdirilmiş məhsullar, ət və ət məhsulları, bal, çay, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər iştirak ediblər.
Missiya çərçivəsində meyvə-tərəvəz istehsalı və ixracı sahəsində fəaliyyət göstərən şirkətlərimiz Yaxın Şərq ölkələrində ən iri meyvə-tərəvəz sərgisi olan “WOP Dubai”də də iştirak ediblər. Sərgi çərçivəsində “Azərbaycanın meyvə-tərəvəz məhsullarının ixrac potensialı” mövzusunda seminar keçirilib. Seminarda xarici sahibkarlara rəqabətqabiliyyətli və ixracyönümlü məhsullarımız, “Made in Azerbaijan” brendinin təşviqi məqsədi ilə həyata keçirilən tədbirlər barədə məlumat verilib, ixrac missiyasında iştirak edən şirkətlərin fəaliyyətləri barədə təqdimatlar keçirilib. Sərgidə Azərbaycan məhsulları nümayiş olunub. Meyvə-tərəvəz məhsullarımız tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və Azərbaycan meyvələrinin Hindistana ixracına dair razılıq əldə edilib.
İxrac missiyası çərçivəsində keçirilən görüşlərdə də bir sıra uğurlu nəticələr əldə edilib. Görüşlər zamanı Azərbaycanın “Brightman BMC” şirkəti konservləşdirilmiş məhsulların BƏƏ ölkələrinə və Banqladeşə ixracına dair “Al-maya” və “Lulu” marketlər şəbəkələri və “Al-Ghamdi” trading şirkəti ilə ilkin razılıq əldə edib. “Sunfood” şirkəti nar şirəsinin və çayın, “Səba” ət məhsullarının, “Kerkom” və “Azəri-bal” şirkətləri isə balın BƏƏ-yə ixracına dair “Al-maya”, “Lulu”, “Al-Qudva” marketlər şəbəkələri ilə danışıqlara başlayıblar. “Az-Granata” şirkəti nar şirəsinin Dubaya ixracına dair ilkin razılığa gəlib. Bundan başqa, Azərbaycanın “Azprotein” şirkəti BƏƏ-nin “Al-Tayeb” pərakəndə və topdansatış distribüter şirkəti və “Choitrams” marketlər şəbəkəsi ilə ət məhsullarının BƏƏ və digər Körfəz ölkələrinə ixracına dair razılıq əldə edib.
Mətbuat konfransında diqqətə çatdırılıb ki, 6-8 dekabr tarixlərində Səudiyyə Ərəbistanının Ciddə şəhərinə təşkil olunmuş ixrac missiyasında müsabiqə əsasında seçilmiş meyvə şirələri, quru meyvə, konservləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri iştirak ediblər.
İxrac missiyası çərçivəsində sahibkarlar AZPROMO-nun və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəsinin birgə təşkilatçılığı ilə keçirilən ikitərəfli görüşlərdə iştirak ediblər. Görüşlərdə yerli məhsullarımız barədə məlumat verilib, məhsullarımızın market və bazarlarda satışı imkanları və distribüterlik məsələləri müzakirə olunub.
Görüşlərdə Azərbaycan məhsullarına, xüsusi ilə bal, ət və süd məhsullarına böyük maraq göstərilib. İkitərəfli görüşlər zamanı Azərbaycanın “Kerkom” şirkəti Azərbaycan balının, “Aqro-MTS” şirkəti isə ət məhsullarının Səudiyyə Ərəbistanına ixracı ilə bağlı bir neçə distribüter şirkəti ilə danışıqlara başlayıblar. “Milk-Pro” şirkəti isə “Sunbulah Group” distribüter şirkəti ilə süd məhsullarının ixracına dair danışıqlar aparır. İxrac missiyaları çərçivəsində missiya iştirakçıları həmçinin bazar və iri marketlər şəbəkələrində olublar. Mətbuat konfransında həmçinin “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı 2018-ci ildə nəzərdə tutulan tədbirlər barədə də məlumat verilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56

