Regionlarda infrastruktur layihələri uğurla həyata keçirilir
23.12.2017 [09:25]
Görülən işlər nəticəsində bölgələrdə əhalinin içməli su təminatı yaxşılaşdırılır, yaşayış məntəqələri qazlaşdırılır, müasir standartlara cavab verən təhsil və səhiyyə obyektləri tikilib istifadəyə verilir
Azərbaycanda 2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bölgələrin sürətli inkişafını təmin etməklə yanaşı infrastrukturun yenilənməsində də əsaslı rol oynayır. Son 14 ildə respublikamızın inkişafında regionlarda aparılan yenidənqurma, quruculuq-abadlıq işləri, yeni məktəblərin, səhiyyə ocaqlarının, gənclər mərkəzlərinin və bu qəbildən olan digər sosial təyinatlı obyektlərin qurulması, yenilənməsi mühüm əhəmiyyət daşıyır. Artıq illərdir ki, dünyada maliyyə böhranı hökm sürsə də, ölkəmizdə sosial sferada bu və ya digər layihələrin həyata keçirilməsinə böyük həcmli sərmayələr yönəldilir. Bir sözlə, bölgələrdə əhalinin içməli su təminatının yaxşılaşdırılması, yeni məktəb, xəstəxana, tibb müəssisəsi tikilməsi, yolların qurulması, körpülərin salınması prosesi uğurla davam etdirilir. Ümumiyyətlə, ölkədə bütün sosial layihələr tam həcmdə icra olunmaqdadır.
Qeyd edək ki, son illər əhalinin içməli su təminatının yaxşılaşdırılması yönündə bölgələrdə vacib tədbirlər həyata keçirilir. Faktlara diqqət yetirək. Belə ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli Sərəncamına uyğun olaraq, Saatlı rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. Layihə çərçivəsində rayonun 7 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. Kəndlərə içməli suyun verilməsi ilə bağlı Saatlı rayonunun Əlisoltanlı kəndində açılış mərasimi keçirilib. Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonda həyata keçirilən kommunal infrastruktur layihələrindən danışıb. Qeyd edib ki, içməli sudan əziyyət çəkən kəndlərdə icra olunan layihə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Prezident İlham Əliyevin kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılmasını xüsusi diqqətdə saxladığını xatırladaraq, son illər bu sahədə görülmüş işlər barədə məlumat verib: “Aran bölgəsində yerləşən Saatlı rayonunda içməli su təchizatı həmişə aktual olub. Dünya Banklı ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Saatlı şəhərinin su təchizatı infrastrukturu yenidən qurulub və əhali fasiləsiz rejimdə içməli su ilə təmin edilib. Rayonun kəndlərində icra olunan su layihələri də qısa müddətdə yekunlaşıb və kənd sakinləri yüksək keyfiyyətli içməli su ilə təmin ediliblər”.
Açılış mərasimində iştirak edən kənd sakinləri su təminatındakı problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Saatlı rayonunda icra olunan layihələr 7 yaşayış məntəqəsini - Mollavazlı, Bəylər, Əlisoltanlı, Potubəyli, Seyidlər, Qaracalar və Gomuşçu kəndlərini əhatə edib. Kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi Kür sutəmizləyici qurğuları-Sabirabad-Saatlı magistral su kəməri seçilib və kəmərdən kəndlərə çıxışlar verilib. Yaşayış məntəqələrində müxtəlif diametrli polietilen borularla ümumi uzunluğu 15,4 kilometr olan su xətləri çəkilərək ümumi istifadə üçün 48 ədəd bulaq quraşdırılıb. Ümumilikdə, yeni su təchizatı layihələrindən Saatlı rayonunun 7 kəndinin 10 min nəfərdən çox sakini faydalanıb.
Qeyd edək ki, Qazax rayonunun Qazaxbəyli və Orta Salahlı kəndlərinə çəkilən içməli su xəttinin də açılış mərasimi olub. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək, hər iki kəndin sakinlərini yeni su xəttinin çəkilməsi münasibətilə təbrik edib. Bildirilib ki, Qazaxbəyli kəndinə 6 kilometr uzunluğunda su xətti çəkilib və kəndin 12 yerində bulaq tikilib. Beləliklə, kənddəki 240 evin su problemi birdəfəlik öz həllini tapıb. Orta Salahlı kəndinə isə 5,3 kilometr uzunluğunda içməli su xətti çəkilib. Kəndin ayrı-ayrı küçələrində 11 bulaq tikilib və 300-ə yaxın ailənin su problemi həll olunub. Kənd ağsaqqallarından Yasin Qasımov, Məmməd Hüseynov, Nəbi Murğuzov və başqaları kəndlərinin içməli su ilə tam təmin olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sabirabad rayonunda da bu proses uğurla davam edir. Belə ki, bu yaxınlarda Sabirabad rayonunun 18 kəndində əhali içməli su ilə təmin edilib. “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Sabirabad rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. Layihə çərçivəsində rayonun 18 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. Yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə Sabirabad rayonunun Qaralar kəndində açılış mərasimi keçirilib. Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov regionlarda həyata keçirilən kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, Aran bölgəsində yerləşən Sabirabad rayonunda içməli su təchizatı həmişə aktual olub. Son illər həyata keçirilən layihələr çərçivəsində rayon mərkəzi ilə yanaşı, bəzi kəndlərə də keyfiyyətli suyun verilməsi təmin edilib.
“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 47 şəhər və rayon mərkəzində, həmçinin 300-dən çox kənddə içməli su layihələrinin icra olunduğunu diqqətə çatdırıb. K.Həsənov bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 170 kənddə içməli su təchizatı infrastrukturu yaradılıb və kəndlərin böyük əksəriyyətinə içməli suyun verilməsi təmin edilib: “Sabirabad rayonunda həyata keçirilən layihə qısa müddətdə icra olunub. 2014-cü ildə Kür sutəmizləyici qurğularından Sabirabad şəhərinə yeni magistral su kəmərinin çəkilməsi kəmərin marşrutu boyu yerləşən kəndlərin su təchizatı üçün əlverişli imkan yaradıb. Layihənin icrası nəticəsində kənd sakinləri yüksək keyfiyyətli içməli su ilə təmin olunurlar”.
Qeyd edək ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Sabirabad rayonunda icra olunan layihələr Əsədli, Məmişlər, Qaralar, Qəfərli, Qaraqaşlı, Balakənd, Qalağayın, Axısxa, Kovlar, Yenikənd, Qəzəli, Balvar, Həsənli, Cavad, Qaralı, Kürkənd, Suqovuşan və Surra kəndlərini əhatə edib. Kəndləri içməli su ilə təmin etmək üçün su mənbəyi Kür sutəmizləyici qurğuları-Sabirabad-Saatlı magistral su kəməri seçilib. Magistral kəmərdən yaşayış məntəqələrinə çıxışlar verilib və müxtəlif diametrli polietilen borularla ümumi uzunluğu 63 kilometr olan su xətləri çəkilib. Həmin kəndlərdə ümumi istifadə üçün 163 ədəd bulaq quraşdırılıb. Yeni su təchizatı layihələrindən Sabirabad rayonunun 18 kəndinin 40 minədək sakini faydalanacaq.
Xatırladaq ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, 28 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılıb. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 271 min nəfər içməli su ilə təmin olunub.
Ölkəmizdə həyata keçirilən sosial infrastruktur layihələri çərçivəsində bölgələrdə yeni, müasir tələblərə cavab verən uşaq bağçaları da tikilib istifadəyə verilir. Buna nümunə olaraq Ağsu şəhərinin Vidadi küçəsində tikilən 200 yerlik yeni uşaq bağçası-körpələr evini göstərə bilərik. İnşa olunan yeni obyekt ikimərtəbəlidir. Burada 8 qrup fəaliyyət göstərəcək. Balacaların təlim-tərbiyəsi, rahatlığı üçün lazımi şərait yaradılacaq. Hazırda binanın dam örtüyü vurulur, elektrik sistemi qurulur. Uşaq bağçası-körpələr evinin gələn ilin may ayınadək istifadəyə verilməsi nəzərdə tutulub.
Bu prosesin tərkib hissəsi kimi Ağcabədi şəhər 2 saylı körpələr evi-uşaq bağçası üçün də 100 yerlik yeni binanın təməli qoyulub. Bu münasibətlə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər. Çıxış edənlər ölkədə bütün sahələrdə, o cümlədən təhsil sahəsində əldə olunan uğurlardan danışıblar. Bildirilib ki, uşaqların keyfiyyətli təhsil alması və hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Ölkəmizin hər yerində körpələr evləri, uşaq bağçaları, internat və orta məktəblər tikilir və əsaslı şəkildə yenidən qurulur. Respublikamızın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da bu istiqamətdə tədbirlər uğurla davam etdirilir.
Tədbir iştirakçıları uşaq bağçasının layihəsi ilə tanış olduqdan sonra binanın təməli qoyulub. İkimərtəbəli uşaq bağçasında qruplar üçün məşğələ və yataq otaqları, həmçinin musiqi, həkim və digər otaqlar yaradılacaq, bina istilik sistemi ilə təmin olunacaq.
Beyləqan rayonunun Əhmədli kəndinin sakinləri isə kəndə ilk dəfə təbii qaz verilməsinin sevincini yaşayıblar. “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində birlik tərəfindən ölkənin hər yerində genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri həyata keçirilir, “mavi yanacaq”la təchiz olunmayan yaşayış massivlərinin qazlaşdırılması, qaz infrastrukturunun yenidən qurulması və inkişaf etdirilməsi üçün intensiv işlər görülür. Görülən işlərin nəticəsi olaraq dekabrın 20-də Beyləqan rayonunun Əhmədli kəndinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 335 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 25 min 976 metr müxtəlif diametrli polietilen, metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda Beyləqan rayonunun İmamverdili və Birinci Şahsevən kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın vaxtda tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq. Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26

