/ / Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
20.04.2019 [10:09]
İndiyədək bölgələrdə rayon mərkəzləri ilə yanaşı 1050 kənd və qəsəbənin içməli su problemi öz həllini tapıb
Ölkəmizdə geniş vüsət alan müasir infrastruktur quruculuğu həmçinin regionlarda əhalinin həyat səviyyəsinin yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıyan su və kanalizasiya təchizatı sisteminin yenilənməsini də əhatə edir. Son illərdə respublikanın bölgələrində Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bir sıra mühüm layihələr icra edilib. O cümlədən reallaşdırılan içməli su layihələri çərçivəsində məhsuldarlığı sutkada 1,6 milyon kubmetrdən çox olan 39 yeni içməli su mənbəyi istismara verilib. Oğuz-Qəbələ-Bakı su kəməri, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi, Mingəçevir, Quba, Xanbulan sutəmizləyici, Külüllü, Qızılqaya, Göygöl suqəbuledici qurğuları, Şirvan-Muğan, Sabirabad-Saatlı qrup su kəmərləri və bu kimi digər layihələr Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsinə, onların sağlamlığının qorunmasına verilmiş mühüm töhfədir. İndiyədək su təchizatı layihələrinin icrasına başlanılan 49 şəhər və rayon mərkəzinin 38-də su şəbəkələrinin tikintisi başa çatdırılıb. O cümlədən rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kənd və qəsəbənin içməli su problemi öz həllini tapıb.
Ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regional inkişaf proqramları çərçivəsində bölgələrdə 11 min km-dən çox magistral və paylayıcı su, 6 min km kanalizasiya xətləri çəkilib. Görülmüş işlərin real nəticəsi olaraq mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfə, fasiləsiz su alanların xüsusi çəkisi isə 4,8 dəfə artıb. Beləliklə, hazırda ölkə üzrə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən xidmət göstərilən əhalinin 69 faizi, regionlarda isə 44 faizə yaxını fasiləsiz içməli su ilə təmin olunur. Perspektivdə hazırda icrası davam etdirilən yeni layihələrin tamamlanması sayəsində ölkə üzrə fasiləsiz və keyfiyyətli su ilə təminat səviyyəsi daha da yüksələcək.
Təkcə 2018-ci ildə ölkə üzrə 1162 km içməli su, 335 km kanalizasiya kollektoru və xətti tikilərək istifadəyə verilib
Əlamətdar haldır ki, respublikamızda digər infrastruktur layihələri kimi, su və kanalizasiya layihələrinin icrası da ildən-ilə daha da intensivləşir. Bu baxımdan 2018-ci il də istisna təşkil etməyib. Bütövlükdə ötən il içməli su təchizatı və kanalizasiya sektorunda görülmüş işlərin əhatə dairəsi daha da genişlənib. Belə ki, 2018-ci ildə yeni iqtisadi şəraitin çağırışlarına uyğun olaraq əvvəlki illərdə başlanılmış layihələr üzrə işlər davam etdirilməklə yanaşı, yeni layihələrin icrasına da start verilib. Ötən il Prezident İlham Əliyevin iştirakı ilə Xaçmaz və Xızı şəhərlərində, həmçinin Altıağac qəsəbəsində su və kanalizasiya şəbəkələri, Mingəçevir və Astara şəhərlərində isə içməli su şəbəkələri istismara verilib. Eyni zamanda Ağcabədi və Daşkəsən şəhərlərində su və kanalizasiya, Biləsuvar şəhərində kanalizasiya şəbəkələrinin tikintisi işləri yekunlaşıb. Ötən il dövlət başçısı Mingəçevir, Tovuz, Ağstafa, Şirvan, Lerik, Ağdaş və Qəbələ şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılması işlərinin davam etdirilməsi ilə bağlı müvafiq sərəncamlar imzalayıb. Bu sərəncamlar çərçivəsində həm yeni su mənbələrinin yaradılması, həm də şəbəkə infrastrukturunun genişləndirilməsi işləri həyata keçirilib. İl ərzində qlobal istiləşmə və quraqlıq nəticəsində bəzi su mənbələrinin məhsuldarlığında baş vermiş dəyişikliklər nəzərə alınaraq Şamaxı, Gədəbəy, Lerik və Tovuz şəhərləri üçün alternativ mənbələrin yaradılması kimi çox vacib layihələr reallaşdırılıb. Ümumilikdə 2018-ci ildə 1162 km içməli su, 335 km kanalizasiya kollektoru və xətti, 8 su anbarı tikilib, 26 ədəd subartezian quyusu qazılıb. Həyata keçirilən bütün layihələrdə keyfiyyət və istehlakçı məmnunluğunun təmin edilməsi kimi amillərə xüsusi diqqət yetirilib.
Kənd yaşayış yerlərində müasir su təchizatı sistemləri qurulur
Məlum olduğu kimi, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanlarla təsdiqlənən regional inkişaf proqramları çərçivəsində həmçinin içməli sudan əziyyət çəkən kəndlərin də problemləri mərhələli şəkildə həllini tapır.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov KİV-ə müsahibəsində bildirib ki, bu sahədə işlər bir neçə istiqamətdə davam etdirilir. “İlk növbədə, içməli su çatışmazlığının kəskin müşahidə olunduğu yaşayış məntəqələri müəyyənləşdirilir. Qeyd edim ki, bəzi kənd və qəsəbələr şəhərlərdə həyata keçirilən layihələr çərçivəsində içməli su ilə təmin olunur. Amma elə kəndlər də vardır ki, onlar şəhər mərkəzlərindən, su mənbələrindən və magistral xətlərdən uzaq məsafədə yerləşir. Bu halda həmin kəndlər üçün xüsusi layihələr icra olunur. Qaçqın və məcburi köçkünlərin, sərhəd bölgəsində yerləşən kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını xüsusi diqqətdə saxlayırıq. Bilirsiniz ki, su mənbələrimizin bir hissəsi işğal altındadır. Biz vaxtilə həmin mənbələrdən qidalanan kəndlərə indi alternativ mənbələrdən içməli suyun verilməsinə çalışırıq”, - deyə Q. Hüseynov vurğulayıb.
“Azərsu” ASC-nin rəsmisi bildirib ki, son illərdə kənd yaşayış məntəqələrinin içməli su ilə təmin olunması istiqamətində işlər intensivləşib. Prezident İlham Əliyevin 17 mart 2017-ci il tarixli və 9 aprel 2018-ci il tarixli sərəncamlarına, eləcə də dövlət investisiya proqramı çərçivəsində reallaşdırılan layihələrə uyğun olaraq son 2 ildə içməli sudan ciddi əziyyət çəkən 211 kənddə işlər görülüb. Bu işlər çərçivəsində 900 km magistral və paylayıcı su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 2500 bulaq quraşdırılıb. Bununla da, 330 min insanın keyfiyyətli içməli suya çıxışı təmin edilib. “Qeyd edim ki, bu kəndlərdə su təchizatı ümumi istifadə əsasında bulaqlar vasitəsilə aparılır və istifadə olunan suya görə əhalidən ödəniş tələb olunmur. Bu da ölkə Prezidentinin müəyyən etdiyi sosial siyasətin tərkib hissəsidir. Ötən ilin mart ayından regionlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan modul tipli sutəmizləyici qurğular “Azərsu”nun xidmətinə verilib. Beləliklə də, xidmət göstərdiyimiz yaşayış məntəqələrinin və abonentlərimizin sayı əhəmiyyətli dərəcədə artıb. Həm kəndlərin, həm də yeni layihələrdən faydalanan əhalinin sayı görülmüş işlərin miqyasını təsəvvür etməyə imkan verir. Kənd əhalisinin içməli suya çıxış imkanlarını artırmaq üçün layihələrin icrası perspektivdə də davam etdiriləcək”, - deyə Q.Hüseynov bildirib.
Şəkidə yeni su layihəsindən 79 min sakin faydalanacaq
Qədim tarixə və böyük turizm potensialına malik Şəki şəhərində əhalinin içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihənin icrası sürətləndirilib. Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihənin növbəti mərhələsində yeni subartezian quyuları qazılacaq, içməli və tullantı su şəbəkələri tikiləcək. Layihənin icra vəziyyəti və görüləcək işlər Şəki şəhərində keçirilmiş təqdimatda geniş müzakirə olunub.
Şəki Şəhər İcra Hakimiyyətinin, “Azərsu” ASC-nin, məsləhətçi və podratçı şirkətlərin nümayəndələrinin iştirak etdiyi tədbirdə layihənin məqsədi, faydası, tikinti-quraşdırma işlərinin icra qrafiki, ekoloji əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, bu layihə əhalinin sosial rifahının yüksəldilməsi, həyat şəraitinin yaxşılaşması və məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Prezident İlham Əliyevin əhalinin içməli su ilə təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını xatırladaraq Şəki şəhərində layihənin birinci mərhələsi üzrə işlərin uğurla yekunlaşdığını vurğulayıb.
Təqdimat zamanı məlumat verilib ki, “Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində həyata keçirilir. Layihənin icrasından 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 79 min nəfər faydalanacaq.
Layihənin birinci mərhələsində əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Kiş mənbəyində sugötürücü qurğu və 13 su anbarı inşa edilib. Eyni zamanda şəhər ərazisində 124 km içməli su və 98 km kanalizasiya şəbəkəsi yaradılıb. Yeni tikilmiş şəbəkədən abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılıb.
Şəki şəhərinin böyüməsi, əhali artımı və turizm potensialı nəzərə alınaraq içməli suya olan tələbatın tam ödənilməsi üçün 15 yeni subartezian quyusu qazılacaq. Artezianların dayanıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə generator stansiyası quraşdırılacaq. Su mənbəyi ilə anbarların əlaqələndirilməsi məqsədilə ümumi uzunluğu 4 km olan toplayıcı su kəmərləri inşa ediləcək.
Şəhər ərazisində içməli su və tullantı su şəbəkələrinin də tikintisi davam etdiriləcək. Cari ildə 30 km içməli su və 30 km kanalizasiya şəbəkələri inşa olunacaq. Yeni yaradılan şəbəkədən abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Layihə çərçivəsində “Şəki Sukanal” TSC üçün müasir tipli yeni inzibati bina tikiləcək.
Layihəyə əsasən, ümumilikdə Şəki şəhərində 22 min kubmetr tutumu olan 21 su anbarının, 314 km içməli su və 294 km tullantı su şəbəkələrinin tikintisi nəzərdə tutulur. Tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə ilkin mərhələdə məhsuldarlığı sutkada 8000 kubmetr olan tullantı su təmizləyici qurğu da inşa ediləcək.
Şəmkirçay sutəmizləyici qurğusunda işlər yekunlaşmaq üzrədir
Qeyd etdiyimiz kimi, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti regional inkişaf proqramları çərçivəsində bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı mühüm layihələr həyata keçirir. Şəmkirçay sutəmizləyici qurğusunun inşası da belə layihələrdəndir. Respublikamızın qərb bölgəsində əhalinin etibarlı və dayanıqlı içməli su ilə təminatına hesablanmış Şəmkirçay sutəmizləyici qurğusunda hazırda işlər son mərhələdədir.
(davamı növbəti sayımızda)
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25

