Bakı Teatr Məktəbinin ilk məzunu...
07.09.2024 [07:37]
Xalq artisti Soltan Dadaşovun anım günüdür
7 sentyabr Azərbaycan incəsənətində, mədəniyyət tarixində öz xüsusi yeri olan Xalq artisti Soltan Dadaşovun anım günüdür. Soltan Dadaşov 1906-cı il mayın 27-də Bakıda doğulub. Kiçik yaşlarında ruhani təhsili alan Soltanın fərasət və diribaşlığına, oxumağa həvəsli olmasına görə atası türk-rus məktəbinə verib. Qabaqcıl şagird kimi müəllimlərin sevimlisi olan yeniyetmə Soltan buradan da Realnı məktəbə keçib. Gənc yaşlarından klassik şairlərdən Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin, Seyid Əzim Şirvaninin, Qasım bəy Zakirin ədəbi irsini dərindən mənimsəyən Soltan bəlağətli əruzun əlvan və mürəkkəb vəznlərini dərindən bilən qiraət xiridarı kimi tamaşaçı-dinləyicilərin rəğbətini qazanmışdı. Düşüncə tərzinə, idrak və təfəkkürünə görə həmyaşıdlarından irəli gedən Soltan Dadaşov məktəbdə dram dərnəyi yaratmışdı. O, şagird dostları ilə Mirzə Fətəli Axundzadənin komediyalarından, Nəcəf bəy Vəzirovun məsxərələrindən, Haşım bəy Vəzirovun məzhəkə və vodevillərindən parçalar seçib tamaşalar hazırlayar, özü də bu səhnələrdə həvəskar aktyor kimi çıxış edərdi.
1920-1921-ci illərdə Soltan Dadaşov Bakıdakı Mərkəzi fəhlə klubunun dram dərnəyinin fəallarından olub. Sovet hökumətinin təşkil etdiyi təbliğat və təşviqat briqadalarının fəal üzvü kimi Azərbaycanın rayonlarında aktyor, müğənni kimi çıxışlar edib. 1923-cü ildə milli səhnə mədəniyyətimizi peşəkar ixtisaslı kadrlarla təmin etmək məqsədilə Bakı Teatr Məktəbi (Texnikumu) açılıb. Soltan Dadaşov həmin məktəbin ilk məzunlarından olub və 1924-cü ildə həmçinin Milli Dram Teatrının yardım heyətində aktyorluq edib. Texnikumda oxuduğu illərdə teatrın səhnəsində tamaşaya qoyulmuş bir sıra əsərlərdə epizod rollar oynayıb. Fərasətli tələbə olduğuna, Bakı Teatr Məktəbini əla qiymətlərlə bitirdiyinə, rus dilində sərbəst danışdığına, həssas musiqi duyumuna, Milli Dram Teatrının səhnəsindəki sərbəst yaradıcılıq cəhdlərinə görə və ən əsası, sənət müəllimi Aleksandr Tuqanovun zəmanəti ilə Azərbaycan Respublikasının Xalq Maarif Komissarlığı (XMK) 1927-ci ildə Soltan Dadaşovu Moskvada təhsilini davam etdirməyə göndərib. Mərkəzi Teatr Texnikumunda dörd il təhsil alan Soltan Dadaşov 1931-ci ildə Bakıya musiqili teatr rejissoru ixtisası ilə qayıdıb. O, Moskvada Aleksey Popov, Boris Zaxava, Andrey Petrovski, Boris Suşkeviç kimi məşhur pedaqoqlardan sənət ixtisası dərsi almış, rejissuranın estetik və fəlsəfi əsaslarına bacarıqla yiyələnmişdi.
Təhsilini bitirib təyinatla Azərbaycan Xalq Maarif Komissarlığının sərəncamına göndərilən Soltan Dadaşov opera teatrına quruluşçu rejissor təyin olunub. O, opera teatrında çalışan ilk peşəkar təhsil almış rejissor idi və buna görə də elə ilk işindən onun quruluşları əzəmətli vüsətinə, zəngin koloritinə və tamaşaların səhnə həllinin bəstəkarların partiturası ilə uyğun gəlməsinə görə seçilirdi. S.Dadaşov milli muğam operalarımızı monumental səpkidə hazırlamağa cəhd göstərən və bu sahədə dəyərli nailiyyətlər qazanan, bugünədək davam edən ənənənin təməlini qoyan cəsarətli, yaradıcı və novator rejissor idi. Hansısa klassik operanın əsas partiyalarını azərbaycanca oxuyan vokal ustalarını təkidlə aktyorluq sənətinin incəliklərinə yiyələnməyə, obrazın psixoloji-estetik, sosial-fəlsəfi mahiyyətini ifadəli cizgilərlə tamaşaçılara çatdırmağa təhrik edən ilk milli opera rejissoru da məhz S.Dadaşov olub. O, Opera və Balet Teatrında otuz səkkiz illik rejissorluğu dövründə Üzeyir bəy Hacıbəyovun “O olmasın, bu olsun” (“Məşədi İbad”), “Arşın mal alan”, “Leyli və Məcnun” (bir neçə quruluşda), “Cəbhə və vətən”, “Əsli və Kərəm”, Müslüm Maqomayevin “Nərgiz”, “Şah İsmayıl” (bir neçə quruluşda), Zülfüqar bəy Hacıbəyovun “Aşıq Qərib” (iki quruluşda), Cüzeppe Verdinin “Riqoletto”, “Traviata”, Soltan Hacıbəyovun “Gülşən” (balet), İbrahimov Məmmədovun “Tülkü və Alabaş”, Rujero Leonkovallonun “Məzhəkəçilər” əsərlərinin quruluşçu rejissoru olub.
Aşqabad Dövlət Azərbaycan Teatrı “Dram və Opera Teatrı” adı ilə fəaliyyət göstərdiyi vaxtlarda Soltan Dadaşov həmin kollektivdə tamaşa hazırlamağa dəvət edilib. Rejissor 1937-ci ilin dekabrında Aşqabad teatrında Müslüm Maqomayevin “Şah İsmayıl” operasının məşqlərinə başlayıb. Operanın premyerası 1938-ci il yanvarın 16-da göstərilərək, təntənəli keçən tamaşa sənət ocağının yaradıcılığında hadisə kimi qiymətləndirilib. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında (ongünlüyündə) “Arşın mal alan” operettasının böyük uğurundan sonra Bakıda müstəqil Musiqili Komediya Teatrı yaratmaq barədə dövlətin qərarı oldu. Teatrın ilk işi kimi Zülfüqar bəy Hacıbəyovun “Evliykən subay” operettası seçildi. Operettanın rejissorluğu Soltan Dadaşova tapşırıldı və əsərin ilk tamaşası 1938-ci il mayın 30-da “Rote Fane” parkının (İndiki “Nizami” parkı) möhtəşəm yay salonunda göstərildi. Soltan Dadaşov 1941-ci il mayın 21-də Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında monumental, etno-mədəni xalq mərasim oyun-tamaşasını tamaşaçılara təqdim etdi. Filarmoniyada göstərilən bu tamaşa milli musiqi folkloru xəzinəmizin poetik vüsətini, etnogenezislə bağlı estetik-psixoloji məziyyətlərini böyük ustalıqla səhnədə təcəssüm etdirə bilmişdi. 1945-ci ildə Bakıda ilk dəfə dövlət səviyyəsində Azərbaycan sirki təşkil olunanda rejissorluq işi Soltan Dadaşova tapşırıldı. Onun rejissorluğunda proqramlara milli “zorxana”, “qaravəlli”, “hoqqa” oyun estetikalarının prinsip və formalarını cəsarətlə gətirməsi ilə sirk kollektivi Moskvada, Peterburqda, Minskdə, Riqada, Vilnüsdə, Tallində çıxışlar edib. 1967-ci ildə Soltan Dadaşov sirk proqramında milli folklorumuzun bütün estetik gözəlliklərini, etno-mədəni tariximizin oyun-tamaşa səciyyələrini təcəssüm etdirən xüsusi “Novruz” proqramı hazırlayıb.
Opera və Balet Teatrında işləyən Soltan Dadaşov 1949-cu ildə bağlanmış Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyorlarını, əsasən Filarmoniyanın estradasında çalışan sənətçilərini bir yerə cəm edib. 1954-cü ildə dövlət sözü yazılmadan Azərbaycan Musiqili Komediya Teatrı kimi truppanın fəaliyyətinə nail olub. “Arşın mal alan”, “Məşədi İbad”, dramaturq Məhərrəm Əlizadənin və bəstəkar Ağası Məşədibəyovun “Toy kimindir?”, dramaturq Süleyman Rüstəmin və bəstəkar Səid Rüstəmovun “Durna” operettalarını burada tamaşaya hazırlayıb. Məhz bu kollektivin güclü bazasında truppa 1956-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrı kimi fəaliyyətə başlayıb və bu günədək yaradıcılığını davam etdirməkdədir. S.Dadaşovun rejissor üslubunun novatorluq xüsusiyyətləri, məzmun və forma həllində milli xalq oyunlarından bəhrələnmə cəhdləri Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin də diqqətini cəlb etmişdi. İyirmi yaşına çatanda sənətkar kimi qəbul olunan Soltan Dadaşovun rejissorluğu ilə 1933-1936-cı illər ərzində GTT-də Qriqori Kornellinin “Qaçaq Səməd”, Zəfər Nemətovla Əli Həsənovun “Qaralar Ölkəsində”, Əli Həsənovla Əliməmməd Atayevin “Sürət”, “Çelyuskinçilər”, Mirmehdi Seyidzadənin “Nərgiz” əsərləri tamaşaya qoyulmuşdur. Onun rejissorluğu ilə Dağıstan Muxtar Respublikasındakı Süleyman Stalski adına Ləzgi Dövlət Dram Teatrında M.Xurişlova ilə M.Çistyakovanın “Şahid Sulak” (1960) pyesi tamaşaya hazırlanıb. Soltan Dadaşovun yazdığı, Mirzə Ələkbər Sabirin yaradıcılığının bədii məziyyətlərini, kəskin satirasının ictimai mahiyyətini təcəssüm etdirən “Keçmişin məişət səhnələri” librettosuna Vasif Adıgözəlov musiqili komediya bəstələyib. Həmin əsər 1962-ci ildə rejissor Əliheydər Ələkbərovun quruluşunda Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoyulub.
1934-cü ildən pedaqoji fəaliyyətlə də məşğul olan S.Dadaşov uzun illər Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib. Milli opera teatrı tarixini, onun görkəmli sənətkarlarının yaradıcılıq yolunu dərindən bilən S.Dadaşov “Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Opera və Balet Teatrı” kitabının, xalq artisti Hüseynağa Hacıbababəyov barədə monoqrafiyanın müəllifidir. Eyni zamanda Azərbaycan estradasında rejissorluq etmiş, Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı üçün rəngarəng proqram kompozisiyaları hazırlayıb. Azərbaycan musiqili teatrının inkişafında xidmətlərinə və rejissorluq sənətində qazandığı ciddi nailiyyətlərə görə Soltan Dadaşov 1940-cı il aprelin 23-də Azərbaycan SSR Əməkdar incəsənət xadimi və 1958-ci il aprelin 26-da Xalq artisti fəxri adları ilə təltif olunub.
Görkəmli sənətkar S.Dadaşov 1969-cu il sentyabrın 7-də Bakıda vəfat edib. Məzarı ikinci Fəxri Xiyabandadır.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09

