Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimli Tural Abbaslının əli ilə “Müsavat”da yeni üsyan hazırlayır

Əli Kərimli Tural Abbaslının əli ilə “Müsavat”da yeni üsyan hazırlayır

03.04.2015 [09:52]

Pərviz Sadayoğlu

Qubad İbadoğlunun ardından partiyadaxili narazıları ətrafına toplamağa çalışan Tural Abbaslı AXCP-nin yedəyinə çevrilir
Müsavat Partiyası daxilindəki gərginliklər son günlərdə yenidən aktiv fazaya qədəm qoyub. Qubad İbadoğlunun rəhbərlik etdiyi “narazı” qrupu zərərsizləşdirmənin ardından yeni sədr Arif Hacılı artıq partiyada öz hakimiyyətini bərqərar edəcəyini düşünürdüsə, son baş verənlər bunun o qədər də asan olmayacağından xəbər verir. Belə ki, partiyadan qovulan Qubad İbadoğlunun tərəfdarlarını sıxışdıraraq sıradan çıxarmağa çalışan Arif Hacılının qarşısına yeni bir maneə-Tural Abbaslı çıxıb.
Vurğulamaq lazımdır ki, “Müsavat” rəhbərliyi hər zaman “narazıları” antitəbliğat aparmaqda və onları verilən qərarlara riayət etməməkdə günahlandırır. Budəfəki qarşıdurmanın əsasında da Tural Abbaslının “Müsavat” rəhbərliyinin verdiyi qeyri-rəsmi qərara riayət etməməsidir. Belə ki, Arif Hacılı partiyasının üzvlərinə “Milli şura” adlanan qondarma qurumun və hər zaman Müsavat Partiyasına qarşı düşmən mövqeyi ilə seçilən AXCP-nin keçirdiyi mitinq-tamaşalarına qatılmamağı əmr edib. Amma ötən mitinq-şousuna qatılan Tural Abbaslı bu dəfə də analoji addımı atacağını bildirib. Bu isə başqanlığa keçmiş namizədin artıq A.Hacılıya tabe olmadığını göstərir.
Yeri gəlmişkən, hələ bir müddət öncə-Qubad İbadoğlunun yeni hərəkat təsis etdiyi zamanda Tural Abbaslı Arif Hacılıya qarşı mübarizəsini partiya daxilində aparacağını bildirirdi. Onun fraksiya yaratmaqda israr etməsi, seçkili orqanlara keçirilən seçkilərdə iştirak etməyəcəyi ilə bağlı fikirləri partiyadaxili iqtidarı ələ keçirmiş qrupla hansısa danışığa getmək istəmədiyini göstərirdi. Bundan başqa, Tural Abbaslı Q.İbadoğlunun gedişi ilə partiya daxilində A.Hacılıya qarşı yeganə rəqib kimi səciyyələndirilməyə başlamışdı. Bu faktor isə keçmiş partiya gənclər təşkilatı sədrini belə demək mümkündürsə, ümidləndirmişdi.
O da bəllidir ki, hələ İsa Qəmbərin sədr olduğu dönəmdə AXCP ilə Müsavat Partiyasının birləşməsi məsələsi hər iki təşkilatda birmənalı qarşılanmamışdı. İllərdir ki, bir-birlərinə qarşılıqlı patoloji nifrətə malik bu partiyaların rəhbərləri bu məsələni özlərinin spekulyativ oyunlarının komponenti şəklində ortaya atmışdılar. Görünən budur ki, AXCP sədri Əli Kərimli vaxtilə öz oyununu “qələbə” ilə yekunlaşdıra bilmədiyi üçün yenidən hücuma keçir. Belə ki, hazırda Ə.Kərimli ilə T.Abbaslının eyni mövqedən çıxış etməsi hər iki tərəfin maraqlarına xidmət göstərir. T.Abbaslı Ə.Kərimlinin əlindəki resurslardan istifadə edərək həm partiya daxilində mövqeyini möhkəmləndirmək, həm də yeni sədrə qarşı revanş etmək üçün fürsət əldə edib. Digər tərəfdən, T.Abbaslı bununla Q.İbadoğlunun və tərəfdarlarının qovulmasından sonra Arif Hacılı komandasından narazı partiya üzvlərinin etimadını qazanmağa çalışır.
Təbii ki, hər xırda məqamdan öz şəxsi marağı üçün istifadə edən Əli Kərimlinin də bu “işbirliyindən” xeyri var. Belə ki, xarici ermənipərəst dairələrin verdikləri ianəyə təkbaşına sahib olmaq üçün illərdir “mübarizə” aparan Əli Kərimli bu yolda ən böyük “rəqibi” olan Müsavat Partiyasını sıradan çıxarmaq niyyətindədir. T.Abbaslını öz tərəfinə çəkməklə gələcəkdə qondarma “Milli şura” kimi “Müsavat”ı da özünə tabe etidirmək planları cızan Əli Kərimli Tural Abbaslı kartından istifadə edir.
Beləliklə, “Müsavat” qurultayında saxtakarlıq edərək partiyadaxili hakimiyyəti əlində saxlamağa çalışan İsa Qəmbər-Arif Hacılı tandemi öz qazdıqları quyuya düşüblər. Artıq Arif Hacılının partiya daxilində yaratdığı qeyri-demokratik mühit qüruba enmək üzrədir. Təbii ki, bu qürub onları parlament seçkiləri öncəsi xarici mərkəzlərdən gələcək pullardan da kənarda qoya bilər. Bu səbəblə də A.Hacılının və onun dəstəkçisi olan İsa Qəmbərin Əli Kərimli-Tural Abbaslı cütlüyünə qarşı əsl dirəniş göstərəcəyini proqnozlaşdırmaq mümkündür. Hər bir halda İsa Qəmbər illərdir ki, xarici dairələrdən aldığı pulları belə asan şəkildə əzəli rəqibinə verməyəcək. Bu baxımdan, düşərgə daxilindəki yeni savaşın artıq daha geniş miqyas alacağı qaçılmazdır.

Paylaş:
Baxılıb: 1066 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Analitik

MEDİA

Siyasət

Gündəm

Xəbər lenti

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30