Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal düşərgənin “cırtdan” partiyaları yeni “birlik” oyununa start veriblər

Radikal düşərgənin “cırtdan” partiyaları yeni “birlik” oyununa start veriblər

10.04.2015 [09:55]

Pərviz Sadayoğlu

Bir-birini qəbul etməyən və sosial dayağı olmayan bu təşkilatların əsas məqsədi xaricdən gələn ianələrə şərik olmaqdır
Xəbər verildiyi kimi, radikal müxalifət düşərgəsində təmsil olunan bəzi partiyalar yeni “birlik” yaradıblar. Ancaq qarşıdan gələn parlament seçkiləri üçün qurulduğu iddia edilən “Azadlıq 2015” adlı bu qurumun da radikalların bundan öncə yaratdıqları “birlik”lərdən fərqlənməyəcəyi, yəni uğursuzluğa düçar olacağı bəri başdan bəllidir. Bununla belə, Müsavat Partiyasının və AXCP-nin iştirak etmədiyi yeni “birliyi” diqqət mərkəzinə gətirən bir məqam var. Bu məqam radikal düşərgədəki qarşıdurmanın yeni formada təzahür etməsi ilə bağlıdır. Daha dəqiq desək, “Azadlıq 2015”in yaradılmasını radikal düşərgədə AXCP və “Müsavat”ın yaratdıqları monopoliyaya qarşı addım kimi qiymətləndirmək olar.
Çünki yeni “birlik”də təmsil olunan bir sıra təşkilatlar radikal düşərgənin daim ikinci planında qalan, daha doğrusu, “cırtdan” partiyaları adlanır. Məhz bu addan qurtulmaq üçün özlərini “oda-közə vuranlar”ın yığıldığı yeni “birliyin” əsas qayəsi isə “Müsavat” ilə AXCP-nin yiyələndiyi xaricdən gələn maliyyəyə şərik çıxmaqdır. Belə demək mümkündürsə, ermənipərəst xarici dairələrin verdiyi ianələrin yalnız bu iki partiya tərəfindən mənimsənilməsi ikinci plana düşən digər düşərgə təmsilçilərini hərəkətə keçirib. Yəni, keçmiş müttəfiqləri “Müsavat” və AXCP kimi, xalqın dəstəyini ala bilməyən həmin partiyaların əsas qayəsi qarşıdan gələn parlament seçkisi ərəfəsində xarici ermənipərəst dairələrin ayıracağı pullara şərik çıxmaqdır.
Buna görə də, düşərgənin “cırtdan” partiyaları yeni “birlik” oyununa start veriblər. Onların məhz indi “fəallaşmasının” bir səbəbi qarşıdan gələn parlament seçkiləridirsə, digər səbəb də AXCP və “Müsavat” daxilindəki gərginlikdir. Məlum olduğu kimi, hazırda istər AXCP-də, istərsə də Müsavat Partiyasında gərgin proseslər yaşanır. Daxili qarşıdurmaların daha da kəskinləşməsi isə parlament seçkisinə qədər bu təşkilatların bir neçə yerə bölünəcəyinə işarə edir.
Məhz bu cür “əlverişli” vəziyyətdən istifadə edən “cırtdan”lar düşərgə daxilində boy göstərmək istəyirlər. Bununla yanaşı, “cırtdan” adlanan partiyalar istər AXCP, istərsə də “Müsavat”la “birlik”lərin sonunda hər zaman “günah keçisi” olmaqdan beziblər. Yəni, bu iki partiyanın hər zaman məğlubiyyətin sonunda günahkar axtarması və hər zaman da öz müttəfiqini günahkar çıxarması “cırtdan” partiyaları “Müsavat” ilə AXCP-dən kənarda durmağa sövq edib.
Bir sözlə, görünən odur ki, “cırtdan” partiyalar “Azadlıq 2015”i yaratmaqla, sadəcə, xaricdən gələn ianələrdən pay almağı planlaşdırırlar. Lakin radikalların bundan əvvəl yaratdıqları bloklar kimi, yeni “birliyin” ömrünün də uzun olmayacağı öncədən bəllidir. Çünki həmin “birlik”də təmsil olunan “papka-partiyaların” əksəriyyətinin bir-birini qəbul etmədiyi, fərqli siyasi baxışlara malik olması, fərqli siyasi yönümlülüyü ilə tanınması onların bu “birliyinin” qeyri-səmimiyyət üzərində qurulduğunu deməyə əsas verir. Məhz buna görə də, qarşıdakı günlərdə bu düşərgədə proseslərin hansı istiqamətdə irəliləyəcəyini elə bəri başdan təxmin etmək mümkündür.

Paylaş:
Baxılıb: 1149 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30